Yalnız ƏDV-dən azad olunan əməliyyatlar aparan Vergi ödəyicisi ƏDV qeydiyyatını ləğv edə bilər?

posted in: Vergi, Xəbər | 0

Yalnız ƏDV-dən azad olunan əməliyyatlar aparan Vergi ödəyicisi Əlavə Dəyər Vergisi qeydiyyatını ləğv edə bilər?


Vergi ödəyicisi

Sual:
Əlavə Dəyər Vergisi ödəyicisi fəaliyyət növünü dəyişərək yalnız ƏDV-dən azad olunan əməliyyatlar apararsa Vergi Məcəlləsinin 158.1. maddəsini tətbiq etmək hüququ varmı?
Cavab:
Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisi – nin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin Əlavə Dəyər Vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda Əlavə Dəyər Vergisi qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlıq üzrə Təcrübə proqramı elan olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasibatlıq üzrə Təcrübə proqramıMühasibatlıq Təcrübə proqramı

İşəgötürən: The Office

Vakansiya barədə məlumat

Tələblər:

– Ali təhsil müəssisələrinin maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan Sonuncu kurs tələbələri və Yeni məzun
– Öyrənməyə və inkişaf etməyə meylli olmalı
– Mühasibatlıq üzrə ilkin bilikləri olan və bu bilikləri praktiki yolla artırmaq istəyənlər
– Azərbaycan Respublikasının vətəndaşları.
– Microsoft Office proqramında işləməyi bacaran
– Rus və ingilis dillərini bilən
– Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
– Dəqiq, məsuliyyətli və məqsədyönlü
– Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ

Biz sizə təklif edirik:

Həftədə 5 gün,
– Karyera yüksəlişi imkanı

– Təcrübə proqramı ödənişsizdir və cəmi 3 nəfər seçiləcəkdir.

Son müraciət tarixi: 27.03.2019

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “ Mühasibatlıq üzrə təcrübəçi ” qeyd edərək öz CV-lərinizi  hr@theoffice.az  və info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

1000 AZN məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: MühasibMühasib vakansiya

İşəgötürən: Kristal Abşeron MTK

Əmək haqqı: 600 – 1000 AZN

Ümumi məlumat:
Şəhər: Bakı
Yaş: 30 – 45 yaş
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs: Samir Hacıyev
Vakansiya barədə məlumat:
– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
Mühasib üçün tələblər:
– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– 1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
İş qrafiki:
– 6 gün, 09:00-dan 18:00-dək
– AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
– Ezamiyyətlərə hazır olmalı
– Yalnız kişi namizədlər
Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi yalnız Azərbaycan dilində olmaqla samir.haciyev@kristalabsheron.azinfo@finstaff.az e-poçt ünvanına göndərəsiniz.

Kommersiya hüquqi şəxslərin online qeydiyyatı

posted in: Xəbər | 0

kommersiya onlineXidmətin adı: Kommersiya hüquqi şəxslərin online qeydiyyatı.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Gücləndirilmiş elektron imza

– yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 2.0.11, 2.0.12 və 5-1-ci maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Kommersiya hüquqi şəxslərin online qeydiyyatı elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer:

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

VN-ni Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti:

– sürətli elektron qeydiyyat zamanı dərhal

– adi elektron qeydiyyat zamanı 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə

– Kommersiya qurumunun dövlət reyestrindən çıxarış

– nizamnamə (e-qutuya  göndərilir)

Kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.