Vergidən azad olunmuş gəlirlərlə bağlı öhdəliklər

posted in: Vergi, Xəbər | 0

Vergidən azad olunmuş gəlirVergidən azad olunmuş gəlir ilə bağlı öhdəliklər

Sual: Fərdi sahibkar vergidən azad olunmuş gəlir üçün vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim etmədikdə ona hər hansı cərimə nəzərdə tutulurmu?

Cavab: Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər çox ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad olunmuş gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, vergidən azad edilmiş gəlir əldə edən şəxs də, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunmuş gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir.

Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə, ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq olunacaqdır. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun 2-ci maddəsi

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Baş Mühasib vəzifəsi üzrə vakansiya elan olunur
Baş Mühasib vakansiya

Vakansiya – Baş Mühasib

İşəgötürən – Azplast 2012 LLC

Baş Mühasib üçün tələblər:

– Azərbaycan rus dillərində səlis danışıq qabiliyəti;
– Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
– Dağ mədən, tikinti quraşdırma mal materail alınması sahəsində  iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;

İş şərtləri :

– 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
– İş vaxtı : 09:00 – 17:00
– Nahar və nəqliyyat ilə təmin olunma

Vakansiya barədə məlumat:

– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.


Telegram qrupumuza üzv olun

– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir. Və s.

Əmək haqqı: 1500 AZN – dən başlayaraq


Əlaqə nömrəsi : 0559097785 – İR şöbəsinin müdiri
E-mail ünvanı:  cv@azplast.az  və  info@finstaff.az
Ünvan :  Bakı şəh., Grand Park 2  yaşayış kompleksi

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xidməti müqavilə ilə işləyənlərin itirdikləri

posted in: Müqavilələr, Xəbər | 0

Xidməti müqaviləXidməti müqavilə ilə işləyənlərin itirdikləri.

Xidməti müqavilə əsasında işləyən işçi həmin müqavilədə Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan tələbləri rəsmiləşdirməyibsə, işçi kimi bir çox hüquqlarından məhrum edilmiş sayılır. Buraya aşağıdakılar aiddir:
  • Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
  • İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququnu itirir;
  • Hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar;
  • Xidməti müqavilələyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
  • İşçi əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmir;
  • İşəgötürən (sifarişçi) müxtəlif bəhanələrlə işçi ilə əmək münasibətlərinə xitam verə bilər. Bu zaman sifarişçi Əmək Məcəlləsində göstərilən tələblərə görə hər hansı məsuliyyət və sosial öhdəlik daşımır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicilərinin uçot məlumatları dürüstləşdirilir

posted in: Vergi, Xəbər | 0

uçot məlumatlarıVergi ödəyicilərinin uçot məlumatları dürüstləşdirilir


Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyənləşdirildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı yenilikləri şərh edib. Bildirib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün olduğu yer, həm də digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır: “Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin (vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer) yerləşdiyi ünvan üzrə yenidən uçota alınır”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.