Legal and Accounting Services MMC Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Legal and Accounting Services MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.Vakansiya Mühasib

Vakansiya: Mühasib

İşəgötürən: Legal and Accounting Services

  • Şəhər – Bakı
  • Yaş – 26 – 55 yaş
  • Təhsil – Ali
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs – İlqar Qarayev
  • Telefon – (012) 564-75-74
  • Əmək haqqı: 300 – 500 AZN

İş barədə məlumat

– Əməkdaşlıq etdiyimiz şirkətlərin, eləcə də sahibkarların vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əməkdaşlıq etdiyimiz şirkət və sahibkarların mühasibatlığına nəzarət etmək, görüşlər keçirmək
– Əmək müqavilələrini tərtib etmək, qeydiyyata salmaq, ştat cədvəlinə, həmçinin tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarını (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanmaq və təqdim etmək
– DSMF hesabatlarını hazırlamaq və təqdim etmək
– Statistika hesabatlarını hazırlamaq və təqdim etmək
– Məşğulluq idarəsinə hesabatları hazırlamaq və təqdim etmək
– İşçilərlə hesablaşmaları təmin etmək
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına və digər müvafiq proqramlara daxil etmək
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarını tərtib edib göndərmək
– Mühasibat uçotu ilə bağlı digər işləri həyata keçirmək
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 16:00-dək


Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Yaş: 26-55
– Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office proqramlarını ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı
– Consulting və ya outsourcing şirkətlərində işləyənlərə üstünlük verilir


Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini cv@laws.az və info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər!


Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Geri qaytarılan mallar vergitutma baxımından necə rəsmiləşdirilir?

posted in: Vergi, Xəbər | 0

mallarGeri qaytarılan mallar vergitutma baxımından necə rəsmiləşdirilir?

Sual: Satdığımız mallar müxtəlif səbəblərdən alıcılar tərəfindən geri qaytarılır. Belə hallarda rəsmiləşdirməni necə aparmalıyıq? E-qaimə ilə satdığımız malların geri qaytarılması mümkündürmü? Malların aktla geri qaytarılması aktını əvəz edə biləcək elektron xidmət varmı?
Keçmiş dövrdən satdığımız malların geri qaytarılması zamanı təqdim etdiyimiz ƏDV hesabatlarda nə kimi dəyişikliklər etməliyik?

Cavab: Bildiririk ki, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar Mülki Məcəllə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda onların dəyərinin alıcıya qaytarılması uçot sənədlərində nəzərə alınır.

Telegram qrupumuza üzv olun

Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.

Əməliyyat tam və ya qismən ləğv edildikdə qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə qaytarılan malların alışını rəsmiləşdirən elektron qaimə-faktura dəqiqləşdirilir və alıcı tərəfindən təsdiqlənir.

Eyni zamanda, vergi tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda mal göndərənin, iş görənin və xidmət göstərənin ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatları dəqiqləşdirilir. İlk növbədə dəqiqləşməyə əsas yaranan dövrdə alıcı tərəfindən təsdiqlənmək şərti ilə elektron vergi hesab-faktura dəqiqləşdirilir. Daha sonra büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Malların geri qaytarılmasının rəsmiləşdirilməsi ilə əlaqədar daha geniş məlumatın alınması üçün Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 163-cü174-cü və 175-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bir çox sosial müavinətlər artırıldı

posted in: Ümumi, Xəbər | 0

Bir çox sosial müavinət artırıldı

sosial müavinət

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi

sahəsində əlavə tədbirlər haqqında Azərbaycan

Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.1. yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması;

1.2. sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması;

1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması;

1.4. ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata çatdırılması;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması;

1.6. müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması;

1.7. beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması;

1.8. uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması;

1.9. dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması;

1.10. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

1.11. müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

1.12. müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması;

1.13. əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması;

1.14. 1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 fevral , 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Torpaq sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanması

posted in: Vergi, Xəbər | 0

TorpaqTorpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.

  1) Kənd təsərrüfatı təyinatlı torpaqların (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) satışı zamanı sadələşdirilmiş vergi həmin torpaq sahəsi üzrə hesablanmış verginin 2 misli məbləğində aşağıdakı qaydada hesablanır:

VM = (S x ŞB x 0,06 manat) x 2

VM – ödəniləcək verginin məbləği

S – torpağın sahəsi (hektarla)

ŞB – kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 1 hektarı üçün müəyyən olunan şərti bal (Nazirlər Kabineti tərəfindən müəyyən edilir)

0,06 manat – kənd təsərrüfatı torpaqların 1 şərti balının torpaq vergisi dərəcəsi

2 – hesablanmış torpaq vergisinə tətbiq edilən əmsal

Misal 1: Fiziki şəxs Lənkəran rayonunda I kateqoriyaya aid 3 hektar düzən torpaq sahəsini satır (şərti bal – 125). Həmin sahənin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı  vergi torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği 0,5 manat olmaqla aşağıdakı qaydada hesablanır:

VM = S x ZƏ x 0,5 manat

VM ödəniləcək verginin məbləği

S – torpağın sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən zona əmsalları

0,5 manat – torpaq sahələrinin hər kvadrat metri üçün baza məbləği

Misal 2: Bakı şəhərində fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin sahə təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

3)    Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı zamanı vergi cədvəl 1-dəki əmsaldan əlavə olaraq cədvəl 2-dəki yüksəldici əmsal tətbiq edilməklə aşağıdakı qaydada hesablanır:

VM = S x ZƏ x YƏ x 0,5 manat

VM ödəniləcək verginin məbləği

S     – torpağın sahəsi (m2-lə)

– cədvəl 1-də göstərilən əmsallar

– cədvəl 2-də göstərilən yüksəldici əmsallar

0,5 manat – sahələrin hər kvadrat metri üçün baza məbləği.

Misal 3: Hüquqi şəxsin mülkiyyətində Gəncə şəhərində sahəsi 1.000 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin sahə təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır: