Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib

Mühasib tələb olunurMühasib vakansiya

İşəgötürən: Pera Plastik Qrup MMC

Əmək haqqı: 500 – 600 AZN

Şəhər – Bakı
Yaş – 35 – 40 yaş
Təhsil – Ali
İş təcrübəsi – 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs – HR Menecer

Vakansiya barədə məlumat
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
– İş qrafiki: 09:00-dan 18:00-dək
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər
– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Ali iqtisadi təhsil xanım
– Şirkətə gediş-gəliş xidməti avtobusladı


Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uyğun olmayan CV-ə baxılmayacaq).

Əvvəlki illərin məzuniyyət məbləği 2019-cu ildə ödənilərsə vergiyə necə cəlb olunmalıdır?

posted in: məzuniyyət, Vergi, Xəbər | 0

Əvvəlki illərin məzuniyyət məbləği 2019-cu ildə ödənilərsə vergiyə necə cəlb olunmalıdır?
məzuniyyət

Sual: Bildiyimiz kimi 2019-cu ildən etibarən özəl sektorda 8000 manata qədər əmək haqqı gəlir vergisindən azaddır. Özəl sektorda çalışan işçi 2019-cu ilin yanvar ayında işdən çıxdıqda 2017, 2018-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən əmək haqqından gəlir vergisi tutulmalıdırmı?

Cavab: Fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edildiyindən işəgötürən tərəfindən ödənilən kompensasiya işçinin vergi tutulan gəlirlərinə aid edilməklə kompensasiyanın verildiyi ayda gəlir vergisinə cəlb edilir. Buna əsasən işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yəni, Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir və Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları nəzərə alınır.

Bax: Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddəsi, Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci, 102.1.6-cı maddələri

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi?

posted in: Vergi, Xəbər | 0

müqavilə Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi?

Vergi orqanlarında uçotda olan fiziki şəxslər üzrə

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü müstəqil olaraq hesablayıb bəyan edilməklə dövlət büdcəsinə ödəyir.

 Vergi orqanlarında uçotda olmayan fiziki şəxslər üzrə


Telegram qrupumuza üzv olun

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2018-ci il üzrə 173 manat) nəzərə alınmadan ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanıb, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödəməlidir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyində görüş keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində görüş keçirilib

Vergilər

Fevralın 21-də Vergilər naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ezoral, Türkiyə-Azərbaycan parlament dostluq qrupunun rəhbəri, İstanbulun millət vəkili Şamil Ayrım və Türkiyə Parlamentinin bir qrup millət vəkili ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq məsələləri və onun perspektivləri   müzakirə edilib.

Media və Kommunikasiya Mərkəzi


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.