İşəgötürənlər əmək müqavilələrində dəyişiklik etməlidirlər

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqavilələrində dəyişiklikİşəgötürənlər əmək müqavilələrində dəyişiklik etməlidirlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalıdırlar. İşəgötürənlər bununla bağlı əmək müqavilələrində dəyişiklik edərək, martın 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər.

19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqqı ödənilən işçilərdən maaşı minimum əməkhaqqından aşağı olan işçilərin də maaşlarında artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir. Müraciətdə qeyd olunur ki, müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq: İnzibati Xətalar Məcəlləsinə əsasən, işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu Mühasib Axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Veysəloğlu Şirkətlər Qrupu Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya: Mühasib

Mühasib vakansiya

İşəgötürən: Veysəoğlu Şirkətlər Qrupu

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri:

Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Vəzifə öhdəlikləri:

– Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Bölgələrdən sənədlərin təhvili;
– Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər:

– Vergi uçotu sahəsində biliklər;
– Micro proqram biliyi arzuolunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az və info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Mühasib yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi və Direktor eyni şəxs olduqda icarə müqaviləsi bağlanmalıdır?

Təsisçi icarə müqaviləsiTəsisçi və Direktor eyni şəxs olduqda icarə müqaviləsi bağlanmalıdır?

Sual: Obyektin mülkiyyət sənədləri öz adımadır, yəni fiziki şəxs olaraq. Həmçinin “AAA” MMC-nin yeganə təsisçisi olaraq tam mülkiyyətçisiyəm. Həmin obyekti “AAA” MMC-nin mülkiyyətində olaraq vergi orqanında uçota salmaq istəyirəm. Lakin vergi orqanından tələb olunur ki, mən hüquqi şəxslə icarə müqaviləsi bağlamalıyam. İcarə müqaviləsini özüm özümlə bağlamalıyammı? Çünki hər iki halda mülkiyyətçi özüməm və buna uyğun olaraq icarə haqqından gəlir vergisini ödəməliyəm. Xahiş edirəm köməklik edəsiniz. Bu məsələ hansı qanunla tənzimlənir onu mənə izah etməyinizi sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, Mülki Məcəllənin müddəalarına əsasən icarə müqaviləsinə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.


Telegram qrupumuza üzv olun

Digər tərəfdən, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.

Əlavə olaraq qeyd etmək istərdik ki, hüquqi şəxsin yeganə təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır.

Əlavə suallarınız yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ombudsmanı nə edəcək?

posted in: Vergi, Xəbər | 0

Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə edəcəkVergi ombudsmanı

Vergilər Nazirliyi vergi ödəyicilərinin hüquqlarının qorunması məsələsini daim diqqətdə saxlayır. Vətəndaş müraciətlərinə vaxtında baxılması, vergi ödəyicilərinin müraciətlərinin keyfiyyətlə araşdırılması, habelə sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş mexanizmlərin təşkili istiqamətində tədbirlər görülür. Vergilər Nazirliyində Vergi Apelyasiya Şurası fəaliyyət göstərir, habelə 2018-ci ildə vergi şikayətlərinə baxılması işinə səmərəli nəzarət məqsədilə yeni apelyasiya mexanizmi də yaradılıb.

Bununla yanaşı, Vergilər Nazirliyi vergi şikayətlərinə baxılması prosesini təhlil edərkən bir sıra hallarda sahibkarların qanuni mənafelərinin pozulmasının vergi əməkdaşlarının yoxlama prosesində, yoxlama aktlarının tərtibi və vergilərin hesablanmasında, habelə vergi ödəyicilərinin düzgün məlumatlandırılmaması nəticəsində baş verməsi faktları ilə bağlı olduğunu müəyyən edib. Məsələn, sahibkar Zülfüqar İsmayılovun xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsinin düzgün müəyyən edilməməsi və ƏDV qeydiyyatına alınması, vergi ödəyiciləri Fidan Cəbiyeva və Fuad Cəbiyevin kameral vergi yoxlamasının hesabat dövründən 3 il keçdikdən sonra aparılması, bir sıra şirkətlərdə mənfəət vergisi bəyannaməsində göstərilən xərclərin uçot baza məlumatları ilə təsdiq edilmədiyi barədə qərarların sonradan təqdim olunmuş təsdiqedici sənədlər əsasında təsdiqini tapması və s. kimi hallarla bağlı araşdırma aparılıb və Vergi Apelyasiya Şurasının qərarı ilə şikayətlər təmin edilib.

Vergi məsələləri üzrə ombudsmanın əsas vəzifəsi vergi ödəyicilərinin şikayət və

müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq,
vergi administrasiyaları ilə münasibətlərinin qarşılıqlı əməkdaşlıq
formatında tənzimlənməsinə kömək göstərməkdir

Apelyasiya verilmiş işlərin, habelə mübahisələndirilən məsələlərin təhlili aparılarkən bir sıra hallarda sahibkarların kifayət qədər hüquqi biliklərə malik olmamaları, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatsızlıqları ilə əlaqədar belə qərarlarla bağlı apelyasiya prosesində iştirak etməkdən çəkindikləri müəyyən edilib. Sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə etmək, belə müdafiə kanallarının və kommunikasiya imkanlarının artırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb. “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”a əsasən, beynəlxalq təcrübəyə söykənərək aparılan belə araşdırmalar zamanı vergi ödəyicilərinin hüquqlarını qoruyan institutların yaradılması praktikası, vergi ödəyicilərinin hüquqlarının qorunmasında Avropa İttifaqına üzv ölkələrin təcrübəsi, belə institutların fəaliyyətini tənzimləyən qanunvericilik aktları, şikayətlərin idarə edilməsi sistemi və s. geniş öyrənilib.

Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək, Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılmasına dair qərar qəbul edib və artıq bununla bağlı vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb. Vergi Ombudsmanı İnstitutu xarici ölkələrdə vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur model kimi tətbiq olunur və uğurlu nəticələri var. Vergi məsələləri üzrə ombudsmanın fəaliyyətinin başlıca məqsəd və vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə kömək göstərməkdir. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlıq etmək, həmçinin korrupsiya halları, sahibkarların qanuni maraqlarının pozulmasına dair şikayətləri araşdırmaq, KİV də daxil olmaqla, hər hansı mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə, öz müstəqil araşdırmasına başlamaq hüququna malik olan şəxsdir.


Telegram qrupumuza üzv olun

Beynəlxalq təcrübəyə əsasən, vergi ombudsmanı vergi orqanları və vəzifəli şəxslərdən məlumat, sənəd və materiallar almaq, sahibkarların müraciəti və razılığı əsasında vergi yoxlamasında iştirak etmək, sahibkarların hüquq və mənafelərinin pozulmasına gətirib çıxaran vergi orqanlarının qərarlarının icrasının dayandırılmasına dair nazirliyin aidiyyəti departamentlərinin rəhbərlərinə vəsatətlə çıxış etmək səlahiyyətinə, habelə biznes subyektlərinin şikayətlərinin hərtərəfli və obyektiv baxılması üçün əlavə ekspertləri cəlb etmək hüququna malikdir.

Vergi Ombudsmanı İnstitutu vergi ödəyicilərinin hüquqlarını qoruyan strukturdur. Belə bir qurumun fəaliyyətə başlaması Azərbaycanın vergi sisteminə bir neçə baxımdan fayda verəcəkdir. İlk növbədə, vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması baxımından aparılan işlərə öz töhfəsini verəcək, onların işini yüngülləşdirəcəkdir. Eyni zamanda, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki vergi ombudsmanının cəmiyyətdə böyük nüfuzu və peşəkarlığının olması ona inamı artırır. Dövlətin özünün bu qurumun mütəxəssislərindən gözləntiləri çoxdur və onun verdiyi rəyə hörmətlə yanaşılır. Bu təşkilatın əməkdaşları ilə vergi ödəyiciləri arasında ünsiyyət dərin olduğundan, onların üzərinə böyük məsuliyyət düşür. Ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə də malikdir.

Hazırda Vergi Ombudsmanı İnstitutunun formalaşdırılması, onun funksiya və səlahiyyətləri, habelə fəaliyyət mexanizmi ilə bağlı iş aparılır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.