Baş mühasib olmaq üçün nə lazımdır?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Baş mühasib olmaq üçün nə lazımdır?Baş mühasib olmaq

Baş mühasib olmaq üçün aşağıdakılara nəzər yetirək:

Minimum olaraq bunlar:

  • Ali iqtisad və ya maliyyə təhsili (“Mühasibat uçotu” və ya digər iqtisadi ixtisas);
  • Mühasib kimi iş təcrübəsi – 3 ildən 5 ilə kimi;

İri şirkətlər üçün:

  • Şirkətlərin baş mühasibi qismində ən azından 1-3 il iş stajı;
  • Peşəkar attestatın mövcudluğu;

Arzular:

Mühasib peşəsini maraqlı edən 8 fakt

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib peşəsi haqqında 8 maraqlı faktMühasib peşəsi

Bir çoxları mühasib peşəsini cansıxıcı və darıxdırıcı hesab edirlər. Bütünlüklə rəqəmlər, daim təkrarlanan əməliyyatlar, yaradıcılığın olmaması və s. Amma, özünüz mühasib kimi çalışdıqdan sonra bütün bu təsəvvürlər köklü şəkildə dəyişikliyə uğrayacaq!

Beləliklə, mühasiblərin işində çoxsaylı müsbətlər var:

 

  • Məntiqi düşüncə inkişaf edir. Provodkalarla müqayisədə yapon krossvordları və rebusları “boş” şeydir! Və əgər birincisi – hobbidirsə, işdə hər şeyi düzgün “düzüb-qoşmaq” çox yüksək dəyərləndirilir. Əlbəttə, zamanla avtomat kimi hərəkət etməklə, artıq bu və ya digər hesabı niyə seçdiyin barədə hətta düşnmürsən belə.
  • Vərdişlər yaranır. Nahaq yerə deməyiblər ki, təkrar biliyin anasıdır. Və buna qədər çətinliklə etdiklərin, bir neçə cəhddən sonra çox az vaxtda yerinə yetirilir. Bunun hesabına iş vaxtından istirahət etmək və şəxsi biliklərini artırmaq üçün müəyyən zaman da çırpışdıra bilirsən.
  • Özünüintizam güclənir. Mühasibatlıqda isə istənilən xırdalıqlar, istənilən detal mühüm əhəmiyyət kəsb edir. Hətta öz iradəndən asılı olmayaraq, bütün işləri dəqiqliklə və vicdanla yerinə yetirirsən. Çünki hər şey “qəpiyinə kimi” düz gəlməlidir! Bunu diqqətə aldıqdan sonra şəxsi büdcən də dəqiqliklə planlaşdırır və nəzarət edirsən, bu isə düşünülməmiş məsrəflərdən yan keçməkdə kömək edir.
  • Daim yeni məlumat axını. Əgər Siz rəqəmlərlə “dostluq” edirsinizsə, quru sənədlər və hesabatların arxasından biznesin necə apardığının təsvirini görürsünüz. Axı, bütün iqtisadi əməliyyatlar mühasibin “əli” vasitəsilə həyata keçir. Təhlilə meyilli insan mühasibatlıqdan rəhbərliyin idarəetmə qərarlarının effektliliyini izləyə bilər. Mühasib şirkətin nə dərəcədə gəlirli olduğunu görə bilir. Şirkətlərin bağlanması (ləğvi) və ya ştatın ixtisara düşməsi xəbəri mühasibdən ötrü sürpriz olmayacaq, ona görə iş yerini zamanında dəyişməyə hazır olur. Bundan əlavə, müasir həyat mühasibdən çeviklik və daimi ixtisasın artırılmasını tələb edir. Bu vəzifədə daim öyrənməlisən, belə ki, qanunvericilik dəyişdirilir, yeni alətlər, proqramlar və texnologiyalar peyda olur. Bir sözlə, darıxmaq üçün vaxt qalmır.
  • Stabillik. Birincisi, təxmini iş həcmi əvvəldən məlum olur və planlaşdırmaya uyğunlaşır. Çox nadir hallarda “axşama” nəsə etmək kimi bir iş qalır. İkincisi, mütəxəssislərə tələbat həmişə yüksək olaraq qalır. Hətta 40-50 yaşlı mühasib üçün belə yeni vakansiyadan imtina təhlükəsi görünmür. Əksinə, təcrübə həmişə sizin xeyrinizə işləyir.
  • Ünsiyyət. Mühasib bir çox insanlarla iş görməli olur. Bu zaman özünə əminlik yaranır, “yox” demək, dediyində israr etmə və müxtəlif həmsöhbətlərə yanaşma bacarıqları formalaşır.
  • Səlahiyyət. Sizin hətta rəhbərlikdən hesabat tələb etmək hüququnuz var. Sadə əməkdaşlar isə Sizinlə yaxşı münasibətlər qurmaqda maralı olacaqlar – Sizdən çox şey asılıdır. Misal üçün, hesabların vaxtında ödənişi, əməkhaqqının verilməsi və s.
  • Özü üçün çalışmaq imkanı. Hazırda bir çox kiçik şirkətlər mühasibatlıq işlərinin aparılmasını kənardan olan mütəxəssislərə həvalə edirlər. Siz də bu cür müəssisələrdən bir neçəsinin mühasibatlıq işlərini apara bilərsiniz. Bu zaman isə öz zamanınızı, gəlirinizi də özünüz müəyyən edə biləcəksiniz. Şəxsi bizneslə məşğul olmaq qərarı verdikdə isə, mühasibatlıqla bağlı incəliklər sizdən ötrü heç də “qaranlıq meşə” təsiri başğışlamayacaq.

Gözəl şair Boris Çiçibabin bütün həyatı boyunca tramvay və trolleybus idarəsində mühasib olmuşdu. Görürsünüzmü, mühasib – heç də yalnız kağızlar içində qurdalanan bəhanəçi və bezikdirici biri deyil.

 

 

                                                                                                                                                                                  Anna Perevoznik


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu Baş Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Veysəloğlu Şirkətlər Qrupu Baş Mühasib axtarırBaş mühasib vakansiya

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İşin Təsviri:

Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarətin təmini.

Vakansiya barədə məlumat:

– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
– Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları tərtib etmək və nəzarətini təmin etmək;
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
– Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək;
– Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
– Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
– Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək.


Telegram qrupumuza üzv olun

Baş Mühasib üçün tələblər:

– Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
– ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
– Logo Unity proqram biliyinin olması arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az  və info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “ Baş Mühasib ” yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 11 yerli, 1 xarici şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0

ləğvAzərbaycanda 11 yerli, 1 xarici şirkət ləğv olundu


“RSU-I” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 1400103161

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 11, mənzil 6 ünvanına bildirə bilərlər.


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ

VÖEN: 1301595701

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1005, Nəsimi rayonu , Mirzə İbrahimov küçəsi 8 ünvanına bildirə bilərlər.


“BOBEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2902012711

Ləğv olundugunu elan edir. Kreditorlar iki ay ərzinde tələblərini Sumqayıt şəhəri, 3 mikrorayon, ev 19/33, mənzil 19 ünvanına bildirə bilərlər.


Telegram qrupumuza üzv olun

“UNİFARM, İNC.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1701132341

“UNİFARM, İNC.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra “Filial”) (VÖEN: 1701132341) Şirkətin 05 fevral 2019-cu il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edir. Bütün tələblər, bildirişlər, iddialar yaxud sorğular Nümayəndəliyin kreditorları tərəfindən bu elan dərc edildiyi gündən iki ay ərzində Nümayəndəliyin AZ1095, Bakı şəhəri,Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 14, mənzil  32 ünvanına bildirilməlidir.


BAKI MODERN MƏKTƏBİ

VÖEN: 1502090351

Ləğv elunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər.


“INPAY INTERNATİONAL AZERBAİJAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1503213801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Kərpic, ev 14, mənzil 1/2 ünvanına bildirə bilərlər.


“BEST PHARMACEUTİCAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1901400461

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yeni Günəşli yaylası, ev 2, döngə 3 ünvanına bildirə bilərlər.


“SMART AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1503959321

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov , ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.


“BMP İNTERNATİONAL MEDİCAL GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1502832711

Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.


“STAR TREYD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2000997571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.


“SƏMA TİCARƏT MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1600408571

Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.


“ASSET HOUSE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1402523991
Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanına bildirə bilərlər.
Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.