Yeni idxal gömrük rüsumu tətbiq ediləcək

posted in: Uncategorized | 0

idxal gömrük rüsumuYeni idxal gömrük rüsumu tətbiq ediləcək

Sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları martın 8-də qüvvəyə minəcək.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” qərarına əsasən, həmin tarixdən məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad ediləcək.

Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq.

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqavilələrinin sayında artım müşahidə olunub

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqavilələrinin sayı artıbəmək

Yanvar ayında əmək müqavilələrinin statistikasında müsbət dinamika müşahidə edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, buna səbəb qanunvericilikdə aparılmış son dəyişikliklər olub: “Bu ilin yanvar ayında əmək müqavilələrinin sayında 20 minədək artım müşahidə edilib.

Bizim düşüncəmiz belədir ki, həm minimum əməkhaqlarının artırılması, həm gəlir vergisinin tutulması ilə bağlı özəl sektorda böyük güzəştlərin tətbiq edilməsi, həm də məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi kimi amillər əmək bazarının leqallaşması və əmək müqavilələrinin artması baxımından böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, 2019-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, özəl və qeyri-neft sektorunda çalışan və aylıq gəliri 8.000 manatdan aşağı olan muzdlu işçilərin əməkhaqqından vergi tutulmur. Bu da işçilərin və onların gəlirlərinin uçotunun şəffaflaşmasına imkan verir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Xidməti müqavilə kimə sərfəlidir: İşəgötürənə yoxsa işçiyə?

posted in: Vergi, Xəbər | 0

Xidməti müqavilə kimə sərfəlidir: İşəgötürənə yoxsa işçiyə?Xidməti müqavilə

Bəzi biznes strukturları vergi və sosial ödənişlərdən yayınmanın yeni üsulunu «tapıb»

Sahil Əzizov tanınmış dizayn şirkətlərindən birinin əməkdaşıdır. 21 illik staja malik Sahil əmək fəaliyyətinə başladığı gündən işəgötürənlə əmək müqaviləsi bağlayıb və müqavilənin şərtlərinə uyğun olaraq istirahət və məzuniyyət günlərindən, əlavə məzuniyyətdən, Əmək Məcəlləsində nəzərdə tutulan digər sosial üstünlüklərdən bəhrələnib. Ona aid vergi və sosial ödənişlər də qanunamüvafiq qaydada çalışdığı şirkət tərəfindən ödənilib. Lakin bütün bunlar 2015-ci ilin payızınadək davam edib.

“2015-ci ilin sentyabrında şirkətdəki işçilərin bir qismi ilə əmək müqaviləsini ləğv edib onlarla xidməti müqavilə bağladılar. Səbəbini isə belə izah etdilər ki, şirkətin əmək haqqı xərcləri yüksəkdir və bunu azaltmaq lazımdır. Ancaq heç kəsi işdən azad etmək istəmirdilər, öz işinin ustası olan bu adamların işdən uzaqlaşdırılması şirkətə daxil olan sifarişləri azalda bilərdi. Ona görə də işçilərin bir qismini əvvəlki qaydada işdə saxladılar, bir qismi ilə də xidməti müqavilə bağladılar”, – qrafik dizayner vəzifəsində çalışmış Sahil Əzizov deyir.


Telegram qrupumuza üzv olun

Əsində nə Sahil Əzizovun çalışdığı şirkətin fəaliyyətində, nə də onun özünün iş rejimində heç nə dəyişməmişdi. Şirkət indiyə qədər fəaliyyətini əvvəlki əmək kollektivi ilə və həmin iş rejimində davam etdirir. Sahil Əzizov da, xidməti müqavilə bağlanmış digərləri də əmək müqaviləsi əsasında çalışan işçilər kimi hər gün əvvəlki rejimdə və qrafikdə işə gəlir, şirkətin tapşırıqlarını yerinə yetirib əmək haqqı alır, ildə bir dəfə məzuniyyətə gedir və s. Yeganə dəyişiklik odur ki, şirkət tərəfindən xidməti müqavilə əsasında işləyən işçilərə ödənilən məbləğ əmək haqqı deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. Başqa sözlə, onlar əmək haqqını sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs kimi adına VÖEN açdırmaqla əmək haqqı alır. Bu zaman həmin işçilər şirkətin onlara ödədiyi məbləğin 2 faizini vergi orqanına, 26 manatını isə DSMF-na ödəyir.

“Biz rəhbərliyin tələbini yerinə yetirməsək də, iş yeri ilə vidalaşmalı olacaqdıq. Çünki gözləmədiyimiz halda işçilərin yarıya qədəri ilə əmək müqaviləsinə xitam verildi və bunun əvəzinə xidməti müqavilə bağlamaq təklif olundu. İşimizi itirməmək naminə xidməti müqavilə əsasında işləmək təkifini qəbul etdik” – deyə, Sahil Əzizov vəziyyəti izah edir.

İşəgötürənlə işçilər arasında əmək münasibətlərinin bu şəkildə “qaydaya salınması” təkcə Sahil Əzizovun çalışdığı şirkətə aid deyil. Son illər bəzi işəgötürən təşkilatlar işçiləri əmək müqaviləsi deyil, xidməti müqavilə əsasında işə götürməyə başlayıb. Məqsəd işəgötürənin vergi orqanları qarşısında məsuliyyətini azaltmaq, vergilərdən və sosial ödənişlərdən yayınmaqdır. Mövcud qanunvericilik əmək münasibətlərinin xidməti müqavilələr əsasında tənzimlənməsini qadağan etməsə də, əmək müqaviləsindən fərqli olaraq, xidməti müqavilə mülki xarakter daşıdığından xidmət göstərənin, yəni işçinin vergi və sosial ödənişlərlə bağlı öhdəliklərinin sifarişçinin (işəgötürənin) deyil, icraçının (işçinin) üzərinə qoyur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Əmlak vergisi dünya ölkələrində – İspaniya, İtaliya (4-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

əmlak vergisiƏmlak vergisi dünya ölkələrində – İspaniya, İtaliya (4-cü hissə)

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda İspaniya və İtaliyada mövcud olan göstəricilərdən bəhs edəcəyik.

İspaniyada tutulan əmlak vergisi barədə:

Yeni əmlak alınarkən onun sahibindən 6-11% həcmində vergi tutulur. Əmlakın qeydiyyata salınması zamanı 0,2-2,0%  vergi ödəməli olursan. Yunanıstandan fərqli olaraq İspaniyada yeni əmlakdan 10% həcmində ƏDV tutulur. Əmlaka görə illik 0,3-3%  həcmində vergi ödəməlisən. Kapital artımına görə isə 20-24% vergi ödəyirlər. Miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə dövlətə 20-24% həcmində vergi ödənilir. İspaniyada fiziki şəxslərdən 20-47%, hüquqi şəxslərdən isə 30% gəlir vergisi tutulur.


Telegram qrupumuza üzv olun

İtaliyada tutulan əmlak vergisi barədə: 

Yeni əmlak alınarkən vergi ödənilmir. Əmlakın qeydiyyatı zamanı 2-9%+50-200 avro miqdarında vergi tutulur. Yeni satın alınan əmlaka görə bu ölkədə 4-22% civarında ƏDV ödəməli olursan. Əmlaka görə illik ödənilən vergi isə 10,6% faiz həddində müəyyən edilib. Kapital artımına görə 20% vergi ödənilir. Miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə dövlətə 4-85 həcmində vergi ödəməlisən. İtaliyada fiziki şəxslərin gəlirlərindən 23-43%+yerli büdcəyə də ayrıca ödəniş etməlisən, hüquqi şəxslərdən isə 27,5% vergi tutulur.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.