» » » Əmlak vergisi dünya ölkələrində – Macarıstan, Almaniya, Yunanıstan (3-cü hissə)

Əmlak vergisi dünya ölkələrində – Macarıstan, Almaniya, Yunanıstan (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

əmlak, əmlak vergisiƏmlak vergisi dünya ölkələrində – Macarıstan, Almaniya, Yunanıstan (3-cü hissə)

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Macarıstan, Almaniya və Yunanıstandakı vergilər barədə məlumat verəcəyik.

Macarıstanda tutulan əmlak vergisi barədə:

Əmlakın alınması zamanı 2-4%; qeydiyyatı üçün 19,8 avro; yeni əmlaka görə ƏDV tutulmur; əmlaka görə illik vergi 0-3,6%; kapital artımına görə 16%; miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40%; fiziki şəxslərdən tutulan gəlir vergisi 16%, hüquqi şəxslərdən isə 19% vergi tutulur.


Telegram qrupumuza üzv olun

Almaniyada tutulan vergilər barədə:

Əmlak alınarkən 3,5-6,5%; əmlakın qeydiyyatı zamanı 1,5%; yeni əmlak alınarkən ƏDV tutulmur; əmlaka görə illik vergi əmlakın dəyərinin 0,35 əmsalı vurulsun 4,40-dan 8,10-yə qədər; kapital artımına görə 15%; miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 50%-ə qədər; fiziki şəxslərdən gəlir vergisi 0-45%; hüquqi şəxslərdən isə 15% vergi tutulur.

Yunanıstanda tutulan vergilər barədə:

Əmlak alınarkən tutulan vergi 3-23%; qeydiyyata salınması zamanı 0,475%; yeni əmlak alınarkən ƏDV tutulmur; əmlaka görə tutulan illik vergi hər kv.metrə görə 2-13 avro; kapital artımına görə 5-20%; miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40%; fiziki şəxslərdən tutulan gəlir vergisi 22-42%; hüquqi şəxslərdən tutulan gəlir vergisi 26% təşkil edir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.