Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər Naziri vətəndaşları qəbul edəcəkVergilər Naziri

Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin nəzərinə!

Vergilər Naziri bu rayonlarda vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov 25 fevral 2019-cu il tarixində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.


Telegram qrupumuza üzv olun

Qəbula gəlmək istəyən vətəndaşlar 20-23 fevral 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.azelektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi yoxlamalarından daxil olan məbləğ açıqlandı

posted in: Vergi, Xəbər | 0

Ötən il Azərbaycanda səyyar vergi yoxlamaları ilə dövlət büdcəsinə 466 milyon manat daxil olub

2018-ci ildə 1707 səyyar vergi yoxlaması təyin edilib, 1703-ü başa çatdırılıb.

2017-ci il ilə müqayisədə yoxlamaların sayı 3,3 dəfə azalıb. Belə ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4% göstəricidir.

Yoxlamaların sayının azalması ilə əlaqədar hesablanmış əlavə vəsaitin məbləği azalsa da auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsait dəfə artaraq 136,3 min manatdan 273,5 min manata çatıb.

Ümumiyyətlə, 2018-ci ildə Səyyar Vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 465,7 mln. manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 1,7 dəfə azdır.

Qeyd edək ki, 2017-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 787,8 mln. manata bərabər olub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi bağlamaq üçün işçidən tələb olunan sənədlər

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsi bağlamaq üçün işçidən tələb olunan sənədlərəmək müqaviləsi

Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. Məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə bu barədə müvafiq sənəd təqdim edilir. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Telegram qrupumuza üzv olun

İşçilərin əmək müqaviləsi olmadan işə götürülməsi vergi qanunvericiliyinə də ziddir. Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratdığı üçün işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Vergi Məcəlləsinin 58.10-cu maddəsində müəyyən olunmuş yeni maliyyə sanksiyası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun qüvvəyə mindiyi gündən (1 yanvar 2019-cu il) 1 il müddətində belə hala birinci dəfə yol verildikdə yalnız vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq olunur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Performance Center Co 1100 AZN əmək haqqı ilə Aparıcı Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaPerformance Center Co Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya: Aparıcı Mühasib

İşəgötürən: Performance Center Co

Mühasib üçün tələblər:

– Ali iqtisadi təhsil;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli ;
– 1C 8.3 proqramı ilə işləmək bacarığı;
– Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
– Təhlil qabiliyyətinin olması (mühasibatlıq);

Vakansiya barədə məlumat:

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Maliyyə hesabatlarının tərtib olunması;
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.


Telegram qrupumuza üzv olun

Əlavə məlumat:

– İş günləri: həftədə 6 gün
– İş saatı: 09:00-18:00
– Əmək haqqı: 900-1100 AZN

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV)   hr@performance-center.az və info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.