Gəlir vergisi güzəşti qazanacaq işçilərlə bağlı meyarlar təsdiq edildi

posted in: Vergi, Xəbər | 0

pul cinayət yoluVergi güzəşti alacaq işçilərin meyarları təsdiqləndi


“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2019-cu il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının
Baş naziri                         Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 18 fevral
tarixli 56 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun
MEYARLARI
1. Ümumi müddəalar

 

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə uyğun olaraq neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Meyarlar

2.1. Neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə;

2.1.2. bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar:

2.1.2.1. mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;

2.1.2.2. il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas götürülür.

2.2. Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər.

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

650 AZN məvaciblə 1 il iş təcrübəsi olan Mühasib tələb olunur

posted in: İş elanı, Xəbər | 0

vakansiya mühasibCarçıoğlu Group minimum 1 il iş təcrübəsi ilə Mühasib axtarır

  • Vakansiya: Mühasib
  • İşəgötürən: Carçıoğlu Group
  • Əmək haqqı: 650 AZN
Vakansiya barədə məlumat

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
•Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında  düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• İşində məsuliyyətli, dəqiq və detallara diqqətli olmalı;


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər

• Yaş həddi 22-30;
• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı;
• Mühasibatlıq sahəsi üzrə minimum 1 il təcrübə;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C 8.3 (3 rəqəmli ), MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;

Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini  farajullayeva.aydan@gmail.com və info@finstaff.az elektron ünvanına (“Mühasib” başlığı ilə) göndərə  bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çörəyin qiymətində dəyişiklik gözlənilirmi?

posted in: iqtisadiyyat, Xəbər | 0

çörəyin qiymətiİqtisadiyyat naziri: ” Çörəyin qiyməti ilə bağlı  dəyişiklik gözlənilmir”

Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiyməti ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“İdxalda və daxili istehsalda payı 35%-dən yuxarı olan idxalçı və istehsalçıların hamısı nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz”.

Nazir əlavə edib ki, bu baxımdan süni qiymət artımına yol verilmir: “Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda qiymətləri bazar tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır. Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin, hesablamalar aparılır. Bu gün sahibkarlar tərəfindən çörəyin qiymətində dəyişiklik gözlənilmir. Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hesablama Palatası “Uyğunluq auditinə dair Təlimat”ı təsdiqləyib

posted in: Audit, Xəbər | 0

Hesablama Palatası uyğunluq auditiHesablama Palatası “Uyğunluq auditinə dair Təlimat”ı təsdiqləyib

Hesablama Palatası növbəti kollegiya iclası keçirib.

İclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

– Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrasına dair;

– Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair;


Telegram qrupumuza üzv olun

– Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın təşkili vəziyyətinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Kollegiya iclasında, eyni zamanda Hesablama Palatasının nəzarət fəaliyyətini gücləndirilməsi məqsədilə bu fəaliyyətin metodoloji əsasların təklmilləşdirilməsi istiqamətində hazırlanan “Uyğunluq auditinə dair Təlimat”ın müzakirəsi keçirilib.

“Uyğunluq auditinə dair Təlimat” “Hesablama Palatası haqqında” qanunun tələblərinə əsasən, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən dərc edilmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) 1 (Lima Bəyanaməsi), 130 (Etika Məcəlləsi), 100 (Dövlət sektorunda auditin təməl prinsipləri), 400 (Uyğunluq auditinin təməl prinsipləri), 4000 (Uyğunluq auditi standartı) və Beynəlxalq Audit Standartların ümumi prinsiplərinə uyğun hazırlanıb.

Təlimat qanunvericiliklə Hesablama Palatasına (bundan sonra Palata) həvalə edilmiş vəzifə və hüquqlar daxilində kənar dövlət maliyyə nəzarəti üzrə uyğunluq auditinin təşkili və keçirilməsini tənzimləyir, Palata tərəfindən aparılan uyğunluq auditinin planlaşdırılması, aparılması və yekun sənədlərin tərtibi üzrə vahid tələbləri müəyyən edir.

“Uyğunluq auditinə dair Təlimat” geniş müzakirə olunaraq təsdiq edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.