Dövlət bugünədək hansı borcları bağışlamışdır? – Maraqlı müəllif araşdırması

posted in: Xəbər | 0
borclarDövlət tərəfindən bugünədək hansı borclar bağışlanmışdır? 
06 mart 2018-ci il tarixli “Məcburi dövlət sosial sığortası sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun 01.04.2018-ci il tarixdən qüvvəyə minməsi ilə Azərbaycan dövləti tərəfindən daha bir mütərəqqi addım atılmış və əsas olaraq sahibkarların vəziyyətini yaxşılaşdıran islahatlar həyata keçirilmişdir. Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 15.2-ci maddəsinə əsasən dövlət iqtisadiyyatın inkişafına şərait yaradır və azad sahibkarlığa təminat verir. Bu kimi qanunlar isə sırf konstitusion normalardan irəli gəlir.
Mövzuya keçməzdən bildirək ki, adıçəkilən qanunun tətbiqi nəticəsində “Sosial sığorta haqqında” qanuna əsasən məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi olan şəxslər (işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s) tərəfindən Dövlət
Sosial Müdafiə Fonduna 01.01.2006-cı il tarixdən 01.04.2018-ci il tarixinədək ödənilməmiş sığorta haqları tam məbləğdə silinir.
Bu qanunun qəbulundan sonra xüsusilə sahibkarlıq subyektlərinin fəaliyyətinə bir daha dövlət dəstəyinin şahidi olduq.
Bəs 2018-ci ilə qədər dövlət tərəfindən başqa hansı güzəştlər olmuş və ya hansı borclar bağışlanmışdır?
Bu sualın cavabını vermək üçün xronologiyaya diqqət yetirmək kifayət edir.
Mövzu çərçivəsində xronologiya üzrə bağışlanmış bir sıra borclar barədə məlumatı təqdim edirik.
– 29.12.1992-ci il tarixli qanunla kənd təsərrüfatı təyinatlı bəzi müəssisələrin 170 milyon 559 min rubl məbləğində olan bank ssudaları üzrə borcları dövlət tərəfindən ödənilmişdir.
– 13.06.1997-ci il tarixli qanunla 1997-1999-ci illər üzrə vergi borclarını tam həcmdə ödəyən dövlət idarə, müəssisə və təşkilatların 01 yanvar 1997-ci il tarixədək olan borcları 50% azaldılmış, maliyyə sanksiyaları üzrə ödənməli olan məbləğlər isə tam həcmdə bağışlanmışdır.
– 09.12.1997-ci il tarixli qanunla isə büdcədən maliyyələşən idarə və təşkilatların məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sığorta haqları və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmışdır.
– 26.03.1999-cu il tarixli qanunla sovxoz, kolxoz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan emal müəssisələrindən başqa digər hüquqi və fiziki şəxslərin 01.01.1999-cu il tarixə olan vergi, peniya və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə silinməklə bağışlanmışdır.
– 16.05.2000-ci il tarixli qanunla sovxoz, kolxoz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan, o cümlədən quşçuluqla məşğul olan emal müəssisələrindən başqa digər hüquqi və fiziki şəxslərin 01.01.2000-ci il tarixə olan məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sosial sığorta haqları və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmış, həmçinin dövlət mülkiyyətində olan, nəzarət zərfi dövlətə məxsus olan və 01.01.2000-ci ilədək özəlləşdirilmiş müəssisə və təşkilatların 01.01.2000-ci il tarixə olan məcburi dövlət sosial sığortası üzrə ödənilməmiş sığorta haqlarının 50, 70 və 80 faizi ödənilibsə, qalan hissəsi və maliyyə sanksiyaları üzrə borcları bağışlanmışdır.
– 11.06.2001-ci il tarixdə verilmiş fərmana əsasən qanunvericiliklə ləğv edilmiş kolxoz və sovxozların, işğal altında olan rayonlarda olan təsərrüfat subyektlərinin, 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramına əsasən özəlləşdirilmiş, özəlləşdirilməsi aparılmış müəssisələrin dövlət büdcəsinə, büdcədənkənar dövlət fonduna, nəzarət zərfi dövlətə məxsus banka olan borcları tam həcmdə bağışlanmışdır.
– 26.09.2003-cü il tarixli fərmana əsasən 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramına və dövlət əmlakının özgəninkiləşdirilməsinin II dövlət proqramına uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş və idarəetməyə verilmiş dövlət müəssisələrinin sosial ödənişlərlə (pensiya və müavinətlərlə) bağlı fərmanın qüvvəyə minmə tarixinə olan borcları dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 08.02.2006-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 31.12.2001-ci ilədək olan borcları (398 046.2 AZN (keçmiş məzənnə ilə)) dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 13.12.2007-ci il tarixli 199 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin pansionat və sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin 01.01.2002-ci il tarixədək istifadə etdikləri elektrik enerjisi, su, təbii qaz və kanalizasiya xidmətlərinə görə olan borcları, həmçinin suya görə “Azərbmingeokaptaj” respublika ekspedisiyasına olan 01.01.2007-ci il tarixə borcları tam həcmdə dövlət büdcəsi hesabına bağışlanmışdır. Həmin qərarla adı qeyd olunan şəxslərin digər xidmətlərə görə olan borcları da tam həcmdə bağışlanmışdır.
– 29.07.2008-ci il tarixli 173 saylı Nazirlər Kabinetinin qərarı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin 01.04.2008-ci il tarixə olan vergi, peniya və maliyyə sanksiyaları üzrə borcları tam həcmdə bağışlanmışdır.
–  29.12.2009-cu il tarixli 207 saylı fərmanla əhalinin təbii qazdan istifadə ilə əlaqədar 327 milyon AZN məbləğində olan borcu tam həcmdə dövlət büdcəsi hesabına ödənərək bağışlanmışdır.
– 09.08.2010-cu il tarixli 148 saylı Nazirlər Kabinetinin qərarına əsasən “Azərenerji” ASC və “Azərbaycan Hava Yolları” QSC-nin SOCAR-a olan 01.01.2010-cu il tarixə olan borcları tam həcmdə bağışlanmışdır. Həmin qərarla həmçinin “Azərenerji” QSC-nin bir sıra dövlət idarələri və nazirliklərə olan borcları da tam həcmdə silinərək bağışlanmışdır.
– 08.04.2011-ci il tarixli 405 saylı fərmana əsasən əhalinin 01.02.2011-ci il tarixə içməli su və kanalizasiya xidmətləri üzrə “Azərsu” ASC-yə olan 294.2 milyon AZN məbləğində borcları dövlət büdcəsi hesabına ödənilərək bağışlanmışdır.
– 10.08.2011-ci il tarixli 133 saylı Nazirlər Kabinetinin qərarı ilə “Azərsu” ASC-nin bir sıra dövlət müəssisələrinə olan 01.02.2011-ci il tarixə olan borcları dövlət büdcəsindən ödənilməklə tam həcmdə bağışlanmışdır.
– 30.12.2016-cı il tarixli qanuna əsasən vergi ödəyicilərinin 01.01.2017-ci il tarixə ödənilməmiş vergilər üzrə hesablanmış faizlərlə əlaqədar şəxsi hesablarındakı borcları tam həcmdə silinərək bağışlanmışdır.

Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

vergi vergidən yayınmaObyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb

Vergi və sahibkar münasibətləri təmiz səhifədən başlamalıdır. Bu gün dövlət-biznes münasibətlərində yeni bir mərhələ start götürüb. Vergi qanunvericiliyində ciddi dəyişikliklər edilib.

Bunu vergilər naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfransda söyləyib.

Nazirin sözlərinə görə, 2019-cu ildə qarşıda duran hədəflərin mühüm bir hissəsi vergi sistemi ilə bağlıdır və verginin iqtisadi tənzimləmədə rolu artıb.

“Şəffaflığın təmin edilməsi istiqamətində yeni yanaşmalar işgüzar mühitdə yeni gözləntilər yaradır. Bu transformasiya dərhal baş vermədi və təbii ki, zaman tələb olunurdu”, – deyən Mikayıl Cabbarov ədalətli biznes mühitinin yaradılması üçün səylərin gücləndiyini vurğulayıb.


Telegram qrupumuza üzv olun

“Elə bir vəziyyət yaranmışdı ki, intizamlı işləmək istəyən şirkətlər bazar paylarını itirməklə üzləşirdilər. Kölgə iqtisadiyyatı, uçotun olmaması vəziyyəti pisləşdirmişdi. 2018-ci ildə kölgə iqtisadiyyatımın səviyyəsinin azaldılması üçün uçot sistemi ilə bağlı işlərimiz bəzən müqavimətlə və bir günlük şirkətlərin yaradılması halları ilə belə qarşılaşdı. Bunların aradan qaldırılması üçün görülən işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb. Şəffaflıq iqtisadiyyatı rəqabətqabiliyyətli edir, ona görə də haqsız rəqabətin qarşısının alınması üçün lazım olan addımları atırıq”.

Nazir bildirib ki, hökumətin qarşısında iki yol olub: vergi yükünün artırılması yolu ilə daxilolmaları yüksəltmək və ya vergi yükünün azaldılması ilə kölgə iqtisadiyyatında qalan subyektləri dövriyyəyə cəlb etmək.

Azərbaycan hökuməti isə bu iki ssenaridən ikincini seçib. 2019-cu ildə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində işlərin davam edəcəyini qeyd edən nazir 2018-ci ildə aparılan yoxlama zamanı ortaya çıxan rəqəmləri açıqlayıb:

“İri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanıb. Bunlar hələ vergi yoxlamasına cəlb edilənlərdir”.

M.Cabbarovun fikrincə, 2019-cu ildə bəyan edilən dövriyyələrin sayı və daxilolmaların həcmi artıb:

“Sənədləşməni tam yoluna qoya bilsək, iqtisadiyyatın ağarması baş verəcək, bu isə ədalətli biznes mühiti yaradacaq”.

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”

posted in: Vergi, Xəbər | 0

Mikayıl Cabbarov – “Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”


“Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik”.

Bunu Bakıda keçirilən “Vergilər, Şəffaflıq, İnkişaf” Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: “Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib”.

Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: “Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi bildiriş formaları təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

forum şəffaflıq İnkişaf vergilərVergi güzəştləri və azadolmalarına dair bildiriş formaları təsdiqlənib


Vergi sistemində həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də uçot sisteminin şəffaflaşdırılması, vergi güzəşti və azadolmalarının iqtisadi səmərəsinin yüksəldilməsidir. Vergi Məcəlləsinə dəyişikliklərdə malların sənədsiz dövriyyəsinə qarşı mübarizə aparılması, habelə vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun sənədləşdirilməsi və dövriyyələrin şəffaflaşdırılması məqsədilə malların sənəd təqdim edilmədən satılmasına, xərclərin rəsmiləşdirilməməsinə, habelə vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Məcəlləyə yeni əlavə olunmuş 58.15-ci maddəyə əsasən, vergi güzəşti və azadolmalarını əldə edən şəxslər vergidən azad olunan gəlirlərin bəyan edilməsinə və ya azad olunmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Mövcud qanunvericilik müəyyən fəaliyyət növlərindən və əməliyyatlardan əldə olunan gəlirləri vergidən azad edir. Bununla belə, həmin fəaliyyət növü ilə məşğul olan şəxslər də gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanına bəyannamə təqdim etməlidirlər. Yəni vergidən azadolma vergi ödəyicilərini digər öhdəliklərindən – bəyannamə verməkdən, uçot aparmaqdan azad etmir.

Vergilər naziri vergi güzəşti və azadolmalarının qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiqinin təmin olunması və maliyyə sanksiyalarına məruzqalma risklərinin azaldılması məqsədilə müvafiq əmr imzalayıb. Bununla da istifadə olunmuş güzəşt və azadolmaların vergi bəyannamələrinin müvafiq sətirlərində düzgün əks etdirilməsi, habelə onlardan istifadə hüququnun müvafiq sənədlərlə əsaslandırılmasının vacibliyi barədə bəyannamələr vergi orqanlarına göndərilməmişdən qabaq vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə bildiriş formaları təsdiq olunub.

Bunlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt və azadolmalara əsas verən sənədlərin siyahısı barədə məlumat”, “Vergi güzəşti və azadolmaları bəyan edən şəxslər üçün bildiriş-xəbərdarlıq”, “Vergi güzəşti və azadolmaları bəyan etməyən aidiyyəti şəxslər üçün bildiriş-xəbərdarlıq” formalarıdır.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş güzəşt və ya azadolmalardan istifadə hüququnu təsdiq edən sənədlər vergi növlərinə müvafiq olaraq qruplaşdırılıb. Buraya aşağıdakı güzəşt və ya azadolmalardan istifadə hüququ verən sənədlər aiddir:

  • muzdlu işlə əlaqədar əldə edilmiş gəlirdən tutulan gəlir vergisi üzrə;
  • muzdlu işə aid olmayan gəlirdən tutulan gəlir vergisi üzrə;
  • mənfəət vergisi üzrə;
  • əlavə dəyər vergisi üzrə;
  • torpaq vergisi üzrə;
  • əmlak vergisi üzrə;
  • sadələşdirilmiş vergi üzrə.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.