1500 AZN məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Baş mühasib vakansiyaBaş mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Vakansiya: Baş mühasib

İşəgötürən: International Logistics Company

İş yeri:  Bakı, Marine Plaza
Əmək haqqı: 1300-1500  AZN (bilik və təcrübədən asılı olaraq)
İş qrafiki: 5 günlük iş həftəsi: 09:00-18:00

Vakansiya barədə məlumat:

– Mühasibat, vergi uçotu, DSMF, Statistika, Əmlak ilə bağlı bütün əməliyyatların icrası, hesabatların tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
– Vergi hesabatlarının hazırlanmaq: Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.;
– DSMF hesabatlarının hazırlanmaq: B1, B3 və s.;
– Vergi orqanları ilə yazışmalar aparmaq;
– BTP proqramı vasitəsi ilə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək;
– E-Qaimə fakturalarının və VHF hazırlamaq;
– “Elektron hökümət” portalı ilə işləmək bacarığı;
– Statistika hesabatlarını hazırlanmaq və təqdim etmək;
– 1C uçotunda işlərin aparmaq.


Telegram qrupumuza üzv olun

Tələblər:

• Ali təhsil (riyazi, iqtisadi və ya maliyyə-mühasibatlıq);
• Müvafiq sahə üzrə minimum  3 il  iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis-dili biliyi;
• BTP, B1-B3, MS Excel və Office proqramlarından istifadə etmə bacarığı;
• Vergi qanunvericiliyi sahəsində biliklərə malik olmalı;
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
• Komandada işləmək bacarığı, məsuliyyətli və stressə davamlı.

Xahiş olunur CV-lərinizi 14 Mart 2019-cu il tarixinədək e-poçtun “subject” hissəsində “Baş Mühasib” qeyd etməklə hr@logistics.com.az və info@finstaff.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.
Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əvəzsiz alınmış əsas vəsaitlərə amortizasiya hesablanmalıdırmı?

posted in: muhasibat, Xəbər | 0

əsas vəsaitlər amortizasiyaƏvəzsiz alınmış əsas vəsaitlər  üçün amortizasiya hesablanmalıdırmı?

Sual: Məlumdur ki, əvəzsiz alınmış əsas vəsaitlər satışdankənar gəlir hesab edilərək, bazar qiyməti ilə mənfəət vergisinə cəlb edilir. Həmin əsas vəsaitlər alıcının vergi uçotunda bazar qiyməti ilə mədaxil edilib, amortizasiya hesablanmalıdırmı?
Əgər amortizasiya hesablanmalı deyilsə, o zaman bu əsas vəsaitlərin vergi uçotunda mədaxili zamanı hansı müxabirləşmə verilməlidir? (amortizasiya hesablandığı təqdirdə verilən müxabirləşmə DT əsas vəsait KT gəlir)

Telegram qrupumuza üzv olun

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsində göstərilir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları AR Prezidenti tərəfindən müəyyən edilir.

Cavab: Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi əmlak üzərində mülkiyyət hüququnun başqasına verilməsi olduğu üçün əmlakın təqdim edilməsi sayılır.

Qeyd edilənlərə əsasən alıcı tərəfindən əvəzsiz əsasla əldə edilmiş əmlak onun gəliri hesab edilir və bu əmlak alıcının balansına götürüldüyü halda amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Müxabirləşmə barədə isə aidiyyəti üzrə səlahiyyətli orqan olan Maliyyə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu13.2.12-ci və 114-cü maddələri.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Prioritet peşələr üzrə standartlar hazırlanacaq

posted in: peşə, Xəbər | 0

peşə, prioritet peşələrPrioritet peşələr üzrə standartlar hazırlanacaq

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən olunmuş əsas hədəflərdən biri işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması da var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartları hazırlanacaq. Strategiyanın tələblərinə uyğun olaraq peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil edilməsində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Qeyd edək ki, son illər qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aydın Kərimov: Transfer qiymətinin açıqlaması

posted in: muhasibat, Xəbər | 0

Transfer qiymətiTransfer qiyməti – Açıqlama: Aydın Kərimov

Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir:

– Yuxarıda «Bazar qiyməti» bölməsinin 5-ci bəndində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən; – Yuxarıda «Bazar qiyməti» bölməsinin 6-cı bəndində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən;

– Rentabellilik üsuluna əsasən. Bu üsulla malların (işlərin, xidmətlərin) transfer qiyməti, əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin, onun ümumi xərclərində və ya gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisinin aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyat çərçivəsində formalaşan qiymət göstəricisi ilə müqayisəsi əsasında müəyyənləşdirilir;

– Mənfəətin bölgüsü üsuluna əsasən. Bu üsula əsasən malların (işlərin, xidmətlərin) transfer qiyməti eyni müəssisə qrupunun üzvü olan aşağıda 1-ci bənddə göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin qrupun həmin əməliyyatlardan əldə etdiyi məcmu mənfəətindəki xüsusi çəkisinin aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyatlar çərçivəsində formalaşan eyni göstərici ilə müqayisəsi əsasında müəyyənləşdirilir. Misal: «Araz» MMC özünün xaricdə yerləşən «BMQ» törəmə şirkətinə birinin qiyməti 60.000,00 manat olmaqla, ümumi dəyəri 600.000,00 manat olan 10 ədəd avadanlıq satır. Oxşar əməliyyatlara və digər məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən «Araz» MMC və «GMS» arasındakı qiymət- 64.000,00 manat; «MARS» ASC və «BMQ» arasındakı qiymət- 70.000,00 manat; «MARS» ASC və «KPG» arasındakı qiymət- 82.000,00 manat olub. İnterval- 60.000,00 AZN- 82.000,00 AZN arasındadır. Ədədi orta 72.000,00 AZN olur (64.000,00+70.000,00+82.000,00):3. Göründüyü kimi, göstərilən hal üzrə satış qiymətı (64.000,00 AZN) müəyyən olunan intervalın (60.000,00-82.000,00 AZN) aşağı həddindən də az olduğundan, transfer qiyməti kimi ədədi orta- 72.000,00 AZN götürülür və vergilər yenidən hesablanır.

1. Transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:

– Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;

– qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;


Telegram qrupumuza üzv olun

AR-nın rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında. Yuxarıda 1-ci bənddə nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün yuxarıda 1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir. (Qeyd: vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində hər bir şəxs üzrə ümumi dəyəri 500.000,00 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək). Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün yuxarıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən yuxarıda «Bazar qiyməti» bölməsinin 4-cü bəndinin müddəaları tətbiq edilir.

Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin Vergi Məcəlləsində göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.