» » » Aydın Kərimov: Transfer qiymətinin açıqlaması

Aydın Kərimov: Transfer qiymətinin açıqlaması

posted in: muhasibat, Xəbər | 0

Transfer qiymətiTransfer qiyməti – Açıqlama: Aydın Kərimov

Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir:

– Yuxarıda «Bazar qiyməti» bölməsinin 5-ci bəndində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən; – Yuxarıda «Bazar qiyməti» bölməsinin 6-cı bəndində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən;

– Rentabellilik üsuluna əsasən. Bu üsulla malların (işlərin, xidmətlərin) transfer qiyməti, əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin, onun ümumi xərclərində və ya gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisinin aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyat çərçivəsində formalaşan qiymət göstəricisi ilə müqayisəsi əsasında müəyyənləşdirilir;

– Mənfəətin bölgüsü üsuluna əsasən. Bu üsula əsasən malların (işlərin, xidmətlərin) transfer qiyməti eyni müəssisə qrupunun üzvü olan aşağıda 1-ci bənddə göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin qrupun həmin əməliyyatlardan əldə etdiyi məcmu mənfəətindəki xüsusi çəkisinin aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyatlar çərçivəsində formalaşan eyni göstərici ilə müqayisəsi əsasında müəyyənləşdirilir. Misal: «Araz» MMC özünün xaricdə yerləşən «BMQ» törəmə şirkətinə birinin qiyməti 60.000,00 manat olmaqla, ümumi dəyəri 600.000,00 manat olan 10 ədəd avadanlıq satır. Oxşar əməliyyatlara və digər məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən «Araz» MMC və «GMS» arasındakı qiymət- 64.000,00 manat; «MARS» ASC və «BMQ» arasındakı qiymət- 70.000,00 manat; «MARS» ASC və «KPG» arasındakı qiymət- 82.000,00 manat olub. İnterval- 60.000,00 AZN- 82.000,00 AZN arasındadır. Ədədi orta 72.000,00 AZN olur (64.000,00+70.000,00+82.000,00):3. Göründüyü kimi, göstərilən hal üzrə satış qiymətı (64.000,00 AZN) müəyyən olunan intervalın (60.000,00-82.000,00 AZN) aşağı həddindən də az olduğundan, transfer qiyməti kimi ədədi orta- 72.000,00 AZN götürülür və vergilər yenidən hesablanır.

1. Transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:

– Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;

– qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;


Telegram qrupumuza üzv olun

AR-nın rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında. Yuxarıda 1-ci bənddə nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün yuxarıda 1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir. (Qeyd: vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində hər bir şəxs üzrə ümumi dəyəri 500.000,00 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək). Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün yuxarıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən yuxarıda «Bazar qiyməti» bölməsinin 4-cü bəndinin müddəaları tətbiq edilir.

Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin Vergi Məcəlləsində göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.