Dünyanın ən varlı adamı Jeff Bezos-un həyat heyakəsi

posted in: Məqalə, Xəbər | 0

Jeff Bezos“Bloomberg”in versiyasına görə, planetin ən varlı adamı tituluna amerikan iş adamı, Jeff Bezos layiq bilinib, belə ki, onun sərvəti 137 milyard dollar təşkil edir. O, 1982-ci ildən bəri (varlı adamların reytinqi məhz, həmin ildən dərc olunmağa başlayıb) dünyada olan varlıların hər birindən daha çox sərvətə malikdir. Siyahıda ikinci yerdə isə Bill Gates qərarlaşıb.

Bezos öz sərvətini informasiya texnologiyaları (IT) sənayesində toplayıb. Onun başlıca aktivi – Amazon – internet-mağazasıdır, hansı ki, mövcud olduğu 24 il ərzində kitab satışını həyata keçirən kiçik bir meydançadan, hər şey ilə ticarət yapan dünyada ən nəhəng onlayn-riteylerə çevrilib. Bezosun daha bir yetişdirməsi: Blue Origin aerokosmik şirkəti gələn ildən Yerin orbitinə turist putyovkaları satmağı planlaşdırır və ilk qrupdaca kosmik turist kimi milyarderin özü iştirak etməyə hazırlaşır.

Bezos 54 il bundan əvvəl New-Mexico ştatında anadan olub. Onun anasının həmin vaxt 16 yaşı var idi, sirk ustası olan atasının isə bundan bir qədər çox, amma o, uşağın həyatında iştirak etməmək barədə qərar verdi. Hələ uşaqlıqdan oğlanda texniki zehniyyət yaxşı inkişaf etmişdi və o, bir çox bacarıqlara malik idi. Böyüklərə məxsus çarpayıda yatmaq arzusunu sübut etmək istəyən bu uşaq, özünün uşaq çarpayısını vintaçanın köməyilə səliqə ilə açaraq, bir kənara yığmışdı.

Jeff Bezos sonralar xatırlayırdı ki, onun üçün həyatda bənzəməyə çalışdığı iki nəfər var idi: Thomas Edison və Walt Disney. Birinci bacarıqlı ixtiraçı, amma, fərsiz biznesmen  idi. İkinci – əksi. Bezos dahi ixtarıçı və eyni zamanda dahi biznesmen olmağı arzulayırdı.

O, Priston universitetinin fizika fakültəsini bitirdi, hansı ki, orada kompüter elmlərini öyrənmişdi. Onun ilk startapı xəbərləri faks vasitəsilə çatdıran servis oldu. Yeri gəlmişkən, nəticədə Jeff-in mediabiznes sahəsinə münasibəti soyumadı: 2013-cü ildə o, The Washington Post amerikan nəşriyyat evini 250 milyon dollara satın aldı.


Telegram qrupumuza üzv olun

20 il bundan əvvəl isə o, öz həyatında ən başlıca qərarı verdi. Bunun dərk edilməsinə onu 1994-cü ildə İnternetin sürətli templərlə inkişafı səbəb oldu və Bezos bu bayramı öz həyatında hiss etmək istədi. Bu səbəbdən o, İnternetdə satmaq üçün 20 məhsulun siyahısını hazırladı və ən optimal variant olan kitablar satışı üzərində dayandı. Beləcə Amazon doğuldu. Baxmayaraq ki, Bezos ilkin olaraq onu Cadabra (Abracadabra-nın qısaldılmış variantı) adlandırmaq istəyirdi. Amma, hüquqşünaslardan birinin şirkəti səhvən Cadaver (meyit) adlandırmasından sonra Bezos şirkətin adını dəyişdirdi.

İnternet-mağazanın ofisi odun peçi ilə istilənən qarajda yerləşirdi, investorlarla görüşləri isə Jeff yerli kitab mağazasında aparırdı. İlk günlərdə şirkətin qapısında zəng asılmışdı, kim isə alış-veriş etdikdə o, zəng çalırdı. Bir neçə həftədən sonra zəngi kəsmək lazım gəldi, çünki o, aramsız çalmağa başlamışdı və işləməyə mane olurdu…

Hazırda Amazon şirkətində bütün dünya üzrə 500 min əməkdaş çalışır. Bezos bir müdir kimi çox tələbkardır və ilkin dövrlərdə o, hətta əməkdaşların üzərinə səsini də qaldırırdı. Belə şayiələr gəzir ki, o, hətta qəzəbin idarə olunması üzrə mütəxəssis də işə götürübmüş. Bundan əlavə, biznesmen həm də hədsiz qənaətcilliyi ilə məşhurdur. Onun şirkətində əməkdaşlara digər amerikan şirkətlərindən fərqli olaraq, gərginliyin azaldılması məqsədilə qida, massaj və digər əyləncələr təklif olunmur. Amma, bu heç də Jeff-in şirkətinə kapitallaşmaya görə dünyanın ən nəhəng şirkəti olmasına mane ola bilməyib: şirkətin kapitallaşması 700 milyard dollar təşkil edir və təhlilçilərin dəyərləndirməsinə görə bir neçə ildən sonra bu, 1 trilyona çata bilər ki, bu da tarixdə bir ilk olacaq.

Bununla yanaşı, Jeff Bezos sırıyıcı reklama bir o qədər də inanmır. Amazonun reklam büdcəsi belə bir şirkət üçün çox azdır. Bezos rəqəmsal dövrdə belə məhsulların reklamı üçün insanların bilavasitə özlərinin bir-birinə daha yaxşı məlumat ötürdüyünə əmindir. Ona görə o, həmişə belə deyir: “Siz müştərinizi xoşbəxt etsəniz, o, bunu beş dostuna çatdıracaq. Bədbəxt etsəniz, bu barədə beş yüz tanışı xəbər tutacaq”.

Bezos Amazonu, ardınca da Blue Origini yaratdıqda onun ideyalarının uğur qazanacağına az adam inanırdı. Əksinə, onu əhatə edənlər üzünə gülür və arxada isə tənqid edirdilər. Lakin Jeff Bezos həmişə özünə deyirdi: mən, sınaqdam çıxarmasam, sonra peşman olacam. Və indi ondan biznesdə onun uğurunun başlıca sirri nədədir soruşduqda, belə bəyan edir: “Biznesdə verilən geniş yayılmış sualdır: niyə? Bu yaxşı sualdır, lakin ondan daha qiymətli: niyə də yox?”

Jeff Bezos-un həyatından sizləri heyrətləndirəcək üç fakt:

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi

posted in: Xəbər | 0

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “ Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki ”nin təsdiq edilməsi haqqındaNəzarət-kassa aparatları

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

                                                                                                                                                      Azərbaycan Respublikası Nazirlər                                                                                                                                                         Kabinetinin 2019-cu il 14 fevral

                                                                                                                                                           tarixli 52 nömrəli Qərarı ilə

                                                                                                                                                                   təsdiq edilmişdir.

 

Nəzarət-kassa aparatlarının tətbiqi QRAFİKİ

 

 

 

 

 

 

 

 

 

 

Mərhələlər

 

 

 

 

 

 

 

 

 

Təsərrüfat subyektlərinin (obyektlərinin) təsnifatı

 

 

 

 

 

 

 

 

 

Bakı şəhəri

 

 

 

 

 

 

 

 

 

Gəncə şəhəri

 

 

 

 

 

 

 

 

 

Sumqayıt şəhəri

Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı,

Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad, Naftalan, şəhər və rayonları (kənd və qəsəbələr istisna

olmaqla)

 

 

 

 

 

 

 

Digər rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla)

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri

1 2 3 4 5 6 7 8
 

 

I mərhələ 2019-cu il 1 iyul

tarixədək

iri ticarət mərkəzləri (“Mall” tipli) 2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
şəbəkə sistemli marketlər 2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il

1 oktyabr tarixədək

2019-cu il

1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək
yanacaqdoldurma məntəqələri 2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
 

 

 

II mərhələ 2019-cu il 1 oktyabr tarixədək

Ixtisaslaşmış qaydada avtomobil satışını həyata

keçirən vergi ödəyiciləri

 

2019-cu il 1 iyul

tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

şadlıq evləri

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
mebel satışı üzrə ixtisaslaşmış müəssisələr 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək

 

 

 

1 2 3 4 5 6 7 8
 

 

III mərhələ 2020-ci il 1 yanvar

tarixədək

Əlavə Dəyər Vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat

subyektləri (obyektləri)

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

 

2020-ci il 1 yanvar tarixədək

 

IV mərhələ 2022-ci il 31 dekabr tarixədək

digər pərakəndə ticarət və (və ya) ictimai iaşə

fəaliyyəti üzrə təsərrüfat subyektləri

(obyektləri)

 

 

2021-ci il 1 aprel

tarixədək

 

 

2021-ci il 1 aprel

tarixədək

 

 

2021-ci il 1 aprel

tarixədək

 

 

2021-ci il 1 oktyabr tarixədək

 

 

2021-ci il 31 dekabr tarixədək

 

 

2022-ci il 31 dekabr tarixədək

 

Qeyd.

  1. Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.
  2. Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.
  3. Mənbə: cabmin.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

posted in: İş elanı, Xəbər | 0

Mühasib vakansiyaMühasib vəzifəsi üzrə vakansiya elan olunur

Vəzifə: Mühasib

  • Şəhər – Bakı
  • Yaş – 25 – 55 yaş
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs – Eldar Məmmədov
  • Telefon – (077) 725-87-87
  • Əmək haqqı: 300 – 500 AZN
Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 16:00-dək


Telegram qrupumuza üzv olun

Mühasib bunları bilməli

– Təhsili önəmli deyil
– Yaş: 25-50
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office proqramlarını ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı
– Consulting və ya outsourcing şirkətlərində işləyənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib ” qeyd edərək öz CV-lərini em571632@mail.ru və info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən Azərbaycan dilində və şəkilli CV göndərən namizədlərin müraciətlərinə baxılacaq. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər!

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi müəssisədəki təsis payını tam olaraq bağışlayarsa hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Təsisçi təsis payıTəsisçi müəssisədəki təsis payını tam olaraq bağışlayarsa hansı vergi öhdəlikləri yaranır?

Sual: Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisənin nizamnamə kapitalında 100% paya malik olan təsisçi kommersiya fəaliyyətində istifadə olunması məqsədilə özünə məxsus olan maşın və avadanlıqları əvəzsiz olaraq həmin müəssisəyə verib və bu əmlak bazar qiymətlərinə əsasən müəssisə tərəfindən qiymətləndirilərək mədaxil olunub və qanunvericiliyə müvafiq olaraq əmlak vergisinə cəlb edilib. Bilmək istərdim ki, hal-hazırda təsisçi müəssisədəki təsis payını tam olaraq öz oğluna bağışlayarsa buna görə təsisçinin və müəssisənin hansısa vergi öhdəliyi yaranırmı? Ümumiyyətlə təsis payının atadan oğula bağışlanması və bununla əlaqədar olaraq müəssisənin təsis sənədlərində müvafiq dəyişikliklərin edilməsi üçün hansı sənədlər hazırlanmalıdır və hansı orqanlara müraciət olunmalıdır?

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən hüquqi şəxsin nizamnamə kapitalında 100 faiz paya malik olan təsisçi fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri gəlir vergisindən azaddır.


Telegram qrupumuza üzv olun

Eyni zamanda, təsisçi fiziki şəxs tərəfindən hüquqi şəxsdəki iştirak payı ailə üzvünə bağışlanarkən bağışlama müqaviləsinin bağlandığı tarixə aktivlərin bazar qiyməti ilə iştirak payının nizamnamə kapitalındakı nominal dəyəri arasındakı fərq təsisçi fiziki şəxsin vergi tutulan gəlirlərinə aid edilərək Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Bunlarla yanaşı, vergi qanunvericiliyinə əsasən cəmiyyətin 100 faiz paya malik olan tək təsisçisi tərəfindən iştirak payının ailə üzvünə bağışlanması zamanı cəmiyyətin vergi öhdəliyi yaranmır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.7-ci, 96.1-ci, 101.2-ci, 102.1.3.2-ci, 142.1-ci və 143-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununu.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.