“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi xidməti“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək


Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Vergilər. Şəffaflıq. İnkişaf mövzusunda forum keçiriləcək. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının və iş adamlarının iştirakı gözlənilir.

Forumun təşkilində məqsəd Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri və onun gələcək perspektivləri, həyata keçirilən islahatlar və onların nəticələri və s. ilə bağlı müzakirələr aparmaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində iş adamlarının, ictimaiyyət nümayəndələrinin təkliflərini dinləməkdən ibarətdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təhsillə bağlı təqaüdlər artırılır

posted in: Xəbər | 0

Təhsil ilə bağlı təqaüdlərDoktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara – 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 180 manat

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

2. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.

3. Bu Sərəncamın 1.1-ci və 1.4-cü bəndləri ilə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödənilsin.

4. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

5. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134; 2017, № 5, maddə 934; 2018, № 5, maddə 1022), 1-ci, 1-1-ci və 2-ci hissələri ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2019-cu il.

 

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak vergisi dünya ölkələrində – Çexiya (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Çexiya, rezident, vergiƏmlak vergisi dünya ölkələrində – Çexiya (2-ci hissə)

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfə Çex Respublikasındakı vergilər barədə məlumat verəcəyik.

Gəlirdən tutulan vergi
  • Rezidentlər gəlirə görə bütün dünya üzrə vergi ödəyirlər, eləcə də Çexiyada  rezident olmayan mənbələrdən də bu vergi tutulur.
  • Çexiyada qeydiyyata alınmış və ya bu ölkədən idarə olunan şirkətlər rezident sayılır.
  • Çexiyada gəlirdən vergi payı standart olaraq 19% müəyyən edilib.
  • Kapital artımından gəlirlər də bu verginin tərkibində nəzərdə tutulub.
  • İnvestisiya və pay fondları üçün isə gəlirdən 5% həcmində aşağı vergi tarifi nəzərdə tutulub.
  • Çexiya qanunvericiliyi transfer qiymət əmələ gəlməsini tənzimləyən normaları nəzərdə tutur – bir-birindən asılı şəxslər arasında şərtlər azad müəssisələr arasında olan şərtlərə müvafiq qaydada həyata keçirilir.
  • Çexiyada əcnəbi şirkətlər tərəfindən nəzarət olunan gəlirlərin vergiyə cəlb edilməsi norması yoxdur.
  • Çexiyanın ikiqat vergilərin aradan qaldırılması və ya məlumat mübadiləsi ilə bağlı razılaşma olmadığı hər hansı bir ölkəyə məxsus şəxslərə ödənişlər də 35% dərəcəsi ilə vergiyə cəlb edilir.
  • Çexiyada daimi nümayəndəliyi olan və ya AB-də qeydiyyatdan keçmiş şirkətlərə verdiyi faiz və royalitilər müəyyən şərtlərə əməl edildikdə, vergiyə cəlb edilmir.

Telegram qrupumuza üzv olun

ƏDV

  • Çexiyada ƏDV-nin standart payı 21% təşkil edir. Əsas ərzaq məhsulları, dərmanlar, çap məhsulları, tibbi avadanlıqlar, istilik sistemləri, sosial mənzillər üçün Çexiyada 15% ƏDV tətbiq edilir.
  • Maliyyə xidmətləri, daşınmaz əmlakla bağlı əməliyyatlar və s. vergiyə cəlb olunmadan azad edilib.
  • Yalnız pul dövriyyəsi 12 ay ərzində 36 min avronu ötüb keçən şirkətlər ƏDV ödəyiciləri hesab olunurlar. Göstərilən qaydalar qeyri-rezidentlərə şamil olunmur.

Fiziki şəxslərin gəlirə görə vergiyə cəlb edilməsi

  • Rezidentlər bütün gəlirlərə görə, qeyri-rezidentlər isə Çexiyadakı mənbələrdən əldə etdikləri gəlirə görə vergiyə cəlb olunurlar.
  • Standart vergi payı 15% müəyyən edilib
  • Sahibkarlıq fəaliyyəti zamanı il ərzində orta əmək haqqı həcmindən 48 dəfə çox gəlir götürən şirkətlər, hüquqi şəxslər 7%-lik əlavə həmrəylik vergisinə cəlb olunurlar.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ər-Riyad Rusiyanı yeni OPEC-ə dəvət etdi: Neftin qiyməti necə dəyişəcək?

posted in: Məqalə, Xəbər | 0

Neftin qiyməti, OPECƏr-Riyad Rusiyanı yeni OPEC-ə dəvət etdi: Neftin qiyməti necə dəyişəcək?

Səudiyyəlilər ABŞ-la qarşıdurmada özlərinə müttəfiqlər axtarırlar. Səudiyyə Ərəbistanı dünya neft bazarının idarə olunmasını öz əlinə ala biləcək yeni təşkilat yaradılması üçün ilk addımı atıb. The Wall Street Journal (WSJ) nəşri bildirb ki, Ər-Riyad “qara qızıla” tələbatı və təklifi, eləcə də qiyməti müəyyənləşdirəcək, xam neft ixracatçılarından ibarət on ölkənin daxil olacağı alyansa Rusiyanın rəhbərlik etməsini təklif edib. İndiki tərkibdə olan OPEC ABŞ-ın təzyiqləri üzündən neft siyasətinə ciddi təsir göstərmək iqtidarında deyil. Belə ki, Amerika öz neft hasilatını artırmaqla bazardan ənənəvi sahə liderlərini sıxışdıra bilir.

Karteldə baş verə biləcək islahatlar fevralın 18-də OPEC üzvü olan ölkələr və müstəqil istehsalçıların görüşündə müzakirə ediləcək, yeni alyansın yaradılması barədə son qərar isə aprel ayında verilə bilər. WSJ nəşrinin mənbələrinin məlumatına görə, Rusiyaya bu təklif Səudiyyə Ərəbistanının şahzadəsi Mühamməd ibn Salmanın tapşırığı ilə ölkənin energetika naziri Xalid əl-Falihdən gəlib. Yeni alyans yaradılmasının təşəbbüskarları ümid edirlər ki, yeni format neft qiymətlərinin müəyyən səviyyədə qalmasına kömək edə bilər.

OPEC-in dünya bazarında öz nüfuzunu itirdiyi hələ 2015-ci ildən, neftin bir barrelinin qiymətinin 70 dollardan 28 dollara enişi zamanı aydın olmuşdu. Kartelin əsasını təşkil edən Yaxın Şərq ixracatçıları müstəqil şəkildə neft hasil edən ölkələri və ilk növbədə Rusiyanı yardıma çağırmışdılar. OPEC+ müstəqil ixracatçıların qeyri-rəsmi toplantısı çərçivəsində bazardan neft “artıqlığını” azaltmaq barədə qərar qəbul etmək mümkün olmuşdu. OPEC+ razılaşması müxtəlif dövrlərdə birmənalı qarşılanmamışdı.

2016-2017-ci illərdə neft barrelinin qiymət koridoru 45-60 dollar arasında tərəddüd etmişdi. Yalnız 2018-ci ilin yazında bir “çəllək” neftin qiyməti 70 dollar həddinə çatdı ki, bu da ixracatçı ölkələrə neft hasilatını bir qədər yüksəltmək imkanı yaratdı. Oktyabr ayında neftin barreli 85 dollara yüksəldi, ardınca isə yenidən eniş baş verdi və qiymət 50 dollara düşdü. Neft hasilatının aşağı salınması qiymətləri 60-62 dollara qaldırdı, lakin, hətta geniş tərkibdə belə kartel bazardakı qiymətləri tənzimləyə bilmir.


Telegram qrupumuza üzv olun

Bundan əlavə, təşkilat dağılmağa başlayıb: 2019-cu ildə OPEC-in köhnə üzvlərindən sayılan Qətər karteli tərk edib. Öz növbəsində döyüşlərin səngimədiyi Liviya və Nigeriya kimi ölkələr, eləcə də ABŞ-ın sanksiyaları altına düşən İran və Venesuela birliyin demək olar ki, nominal iştirakçılarına çevriliblər. Bu səbəbdən Ər-Riyad yeni alyans yaradılmasına çalışır. İlk növbədə də həmin alyansda özünü və Rusiyanı görür, çünki bu iki dövlətin şirkətləri il ərzində birlikdə 1 milyard ton neft hasil edirlər. Əgər bu ittifaqa Fars körfəzi ölkələrindən BƏƏ, İraq və Küveyt, eləcə də müstəqil neft ixracatçısı olan Qazaxıstan kimi ölkələr də daxil olsalar, onda sözgedən təşkilatın istehsal gücü, karteldən kənarda qalan ölkələri xeyli ötüb keçə bilər.

Yeri gəlmişkən, yeni alyans ilk növbədə ABŞ-a qarşı yaradılır, hansı ki, hazırda neft istehsalı sahəsində liderə çevrilib. Təşkilatın konkret detalları fevralın 18-də məlum olacaq. Aprel ayında isə mümkündür ki, alyansın rəsmi şəkildə yaradılması elan olunsun. Belə olduğu təqdirdə, Vaşinqton dünya enerji resursları bazarında söz sahibliyi uğrunda mübarizədə çox ciddi bir rəqiblə üzləşə bilər. Yaxın zamanlarda barrelin qiymətinə ənənəvi amillər də təsir göstərəcək. Ekspertlər ABŞ və Çin arasında aparılan danışıqlara xüsusi diqqət yetirirlər. Əgər Vaşinqton və Pekin qarşılıqlı olaraq güzəştlərə razı olsalar, neftin barreli 64 dollara kimi yüksələ bilər. Danışıqlar iflasa uğrayarsa, onda enerji resurslarına tələbat aşağı enəcək və bir “çəlləyin” qiyməti 56 dollara düşəcək.

Mənbə:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.