Yaşayış sahələrinin satışı zamanı verginin hesablanması kalkulyatoru

posted in: Vergi, Xəbər | 0

verginin hesablanması Yaşayış sahələrinin satışıYaşayış sahələrinin satışı zamanı verginin hesablanması kalkulyatoru.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin və bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin nəzərinə!

Hesablayıcı-kalkulyatordan istifadə etməklə ödəməli olduğunuz vergi məbləğini asanlıqla müəyyənləşdirə bilərsiniz.

Faylı yükləyin:  Yaşayış sahələrinin satışı zamanı verginin hesablanması kalkulyatoru (489 downloads )

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Mühasibatlığı üzrə Ödənişli Təcrübə Proqramı elan olunur

posted in: Vakansiya, Vergi, Xəbər | 0

Ödənişli Təcrübə Vergi mühasibatlığıVakansiya: Vergi Mühasibatlığı üzrə Təcrübə Proqramı

Vakansiya haqqında

İdarə: Maliyyə
Şöbə: Mühasibatlıq
Bölmə: Vergilər
İş qrafiki: Tam ştat (09:00 – 18:00)
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 17.02.2019
Müqavilə müddəti: 3 ay
Müqavilənin növü: Ödənişli, əmək müqaviləsi ilə

Sizin əsas vəzifə öhdəlikləriniz

* Vergi növləri üzrə hesabatların doldurulması.
* Hesablanmış və mühasibatlıq proqramına daxil edilmiş vergiyə cəlb olunan məbləğlərin hesablar üzrə müqaisəli təhlilin aparılması.
* İllik mənfəət vergisinin hesablanması üçün bilavasitə və sərbəst məfəətdən çıxılan xərclərin bölgüsünün aparılmasında köməklik göstərmək.
* Vergilər Nazirliyindən daxil olan məktubların cavablandırılmasına köməklik  göstərmək.
* Mühasibatlıq üzrə digət tapşırıqların icrası.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil (bakalavr)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Vergi qanunvericiliyi və mühasibatlıq haqqında ilkin biliklərə sahib olmaq.
* Analitik düşünə bilmək.
* Detallara diqqət yetirmə qabiliyyəti.
* Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək.
* MS Office Proqramlarını bilmək.

Təcrübə Proqramı üçün Müraciət
CV-nizi   recruitment@azerconnect.az / info@finstaff.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda Vergi Mühasibatlığı üzrə Təcrübəçi qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əsas və əlavə iş yerində əmək haqqının cəmi 8000 manatı keçərsə vergi necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0

əməkSual: Öyrənmək istəyirik ki, əgər işçi, 2 iş yerində işləyirsə və 2 iş yerində cəm olaraq 8000 manatdan yuxarı əmək haqqı alırsa (ayrı-ayrılıqda 8000 manatdan az) bu halda gəlir vergisi necə hesablanır?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan əmək haqqlarının hər ikisi neft–qaz olmayan və qeyri-dövlət sektorundan olduğu halda 8000 manata qədər olan hissəsi gəlir vergisindən azaddır.

Bax: Vergi Məcəlləsinin 101.1-1-ci və 101.1-2-ci maddələri.

Sual: İşçi özəl-qeyri neft sektorunda 2 şirkətdə işləyir. Hər birindən 4500 AZN əmək haqqı alır. Cəmi 9000 AZN. Bu işçinin əmək haqqı 101.1-2 -ci maddəyə əsasən vergidən azaddır, ya əlavə iş yeri 1000 AZN vergiyə cəlb etməlidir?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan əmək haqqlarının hər ikisi neft–qaz olmayan və qeyri-dövlət sektorundan olduğu halda 8000 manata qədər olan hissəsi gəlir vergisindən azaddır.

Bax: Vergi Məcəlləsinin 101.1-1-ci və 101.1-2-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi ilə borc müqaviləsi hansı halda notariusda təsdiq edilməlidir?

posted in: Müqavilələr, Xəbər | 0

Təsisçi, borc müqaviləsiSual: Təsisçi ilə borc müqaviləsi hansı halda notariusda təsdiq edilməlidir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Telegram qrupumuza üzv olun

Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə əsasən təsisçi ilə hüquqi şəxs arasında borc müqaviləsinin notarial qaydada təsdiq olunması tələbi nəzərdə tutulmamışdır.
Bax: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 110-cu, 123.1-ci, 150-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.