» » » Təsisçi ilə borc müqaviləsi hansı halda notariusda təsdiq edilməlidir?

Təsisçi ilə borc müqaviləsi hansı halda notariusda təsdiq edilməlidir?

posted in: Müqavilələr, Xəbər | 0
birbank biznes

Təsisçi, borc müqaviləsiSual: Təsisçi ilə borc müqaviləsi hansı halda notariusda təsdiq edilməlidir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.


Telegram qrupumuza üzv olun

Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə əsasən təsisçi ilə hüquqi şəxs arasında borc müqaviləsinin notarial qaydada təsdiq olunması tələbi nəzərdə tutulmamışdır.
Bax: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 110-cu, 123.1-ci, 150-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.