Baş mühasib vəzifəsi üzrə vakansiya elan olunur

posted in: Audit, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib tələb olunurVakansiya: Baş mühasib

İşəgötürən: Fiziki şəxs – İstehsal sahəsi

  • Şəhər – Bakı
  • Təhsil – Ali
  • İş təcrübəsi – 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs – Səfərov İsi
  • Telefon – (055) 303-32-31
Vakansiya barədə məlumat
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi-şənbə: 09:00-dan 18:00-dək
– Bazar günü – istirahət


Telegram qrupumuza üzv olun

Baş mühasib bunları bilməli
– Kişi namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İstehsal sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük veriləcəkCV-lərinizi foto ilə birlikdə isi-safarov@mail.ru və info@finstaff.az ünvanına “Baş mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
Mənbə: kadr.az

Fəaliyyət dayandırılıbsa Sosial Sığorta hesabatı verilməlidirmi?

posted in: muhasibat, Vergi, Xəbər | 0

sosial sığorta hesabatıFəaliyyət dayandırılıbsa Sosial Sığorta hesabatı verilməlidir?

Sual: Əgər müəssisə 2018-ci ilin 1-ci rübündə fəaliyyət göstərib, sonra vergi orqanına ərizə ilə müraciət edərək fəaliyyətini 2-ci rübdən etibarən dayandırmışsa və 2018-ci ilin sonuna qədər fəaliyyətini bərpa etməmişdirsə (fəaliyyəti olmamışsa) 2018-ci ilin 4-cü rübü üçün MDSS və İşsizlik üzrə hesabatları vergi orqanına təqdim etməlidirmi?


Telegram qrupumuza üzv olun

Cavab: Vergi ödəyicisi fəaliyyətini dayandırdığı son hesabat dövrü üçün vergi və sosial sığorta hesabatı təqdim etməlidir. Sorğunuzda vergi ödəyicisinin 2018-ci ilin 4-cü rübü ərzində fəaliyyəti olmadığı üçün həmin dövr üçün bəyannamə təqdim etməsi tələb olunmur.

Eyni zamanda sadələşdirilmiş verginin və əlavə dəyər vergisinin ödəyiciləri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni illik olaraq hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edirlər. Bəyannamələrin təqdim edilməsi ilə bağlı məlumatı saytımızın “Vergi bəyannaməsini verən şəxslər” və “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri” bölmələrindən əldə edə bilərsiniz.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

 

Milli Məclis yoxlamalar və valyuta tənzimi ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib

posted in: Audit, Xəbər | 0

qanuna dəyişiklik, yoxlamalarMilli Məclis yoxlamalar və valyuta tənzimi ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib.

Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

Telegram qrupumuza üzv olun

Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna da dəyişikliklər layihəsi də parlamentin bu gün keçiriıən iclasında qəbul olunub. Dəyişikliklə nəzərdə tutulur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin.

Maliyyə bazarlarının dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın. Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur.

Bundan başqa, parlament Azərbaycanda “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru (“Azərpoçt” MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu şəxslər sadələşdirilmiş vergi ödəməlidir

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiNazirlik: İaşə obyektlərində çalışanlar sadələşdirilmiş vergi ödəməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu il yanvarın 1-dən ictimai iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat, Bakı üçün isə iki əmsalı tətbiq edilməklə 20 manat sadələşdirilmiş vergi ödəməli və verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.


Telegram qrupumuza üzv olun

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu zaman ofisiantla obyekti işlədən vergiödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır. Eyni vergiödəyicisi Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir. Vergiödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.

Mənbə: azertag.az