Azərbaycanlı bloggerlər vergi ödəyəcək?!

posted in: Vergi, Xəbər | 0

bloggerlərBir sıra bloggerlər onlara gəlir vergisinin tətbiq olunacağı ilə bağlı xəbəri qəzəblə qarşılayıb.

Azərbaycanda sosial şəbəkələrdə reklamdan gəlir əldə edən bloggerlərin vergiyə cəlb edilməsi təklif olunub. Belə bir təkliflə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev çıxış edib.

Quliyev deyib ki, qanunvericiliyə əsasən, bu insanlar da kommersiya fəaliyyəti ilə məşğul olan digərləri kimi, xüsusi ilə də fiziki və hüquqi şəxslər olaraq 18% ƏDV-dən əlavə 10% gəlir vergisi ödəməlidir. Əgər bir şəxs vergi orqanlarında qeydiyyatdan keçməyibsə və sosial şəbəkədə nağdsız şəkildə reklamdan gəlir əldə edirsə, o zaman bank sözügedən əməliyyata görə 18% ƏDV tutur.

Onun sözlərinə görə, əgər reklam sifarişçisi xarici vətəndaş və ya şirkətdirsə, onda yerli rezidentlər də Azərbaycanın vergi qanunvericiliyinə əsasən vergi ödəməlidir.


Telegram qrupumuza üzv olun

Hazırda Azərbaycanda bloggerlik sahəsi xeyli inkişaf edib. Təkcə məşhur şəxslər – aktyorlar, müğənnilər, modellər deyil, adi adamlar da öz bloqlarını yaradaraq bu fəaliyyətlə məşğul olurlar. Sputnik Azərbaycan azərbaycanlı bloggerlər arasında sorğu keçirərək Vergilər Nazirliyinin təklifinə necə yanaşdıqlarını soruşub.

Məşhur blogger Zaur Nəcəfbəyov Vergilər Nazirliyinin əməkdaşının sözlərindən təəccüblənib.

“Biz hansısa yeri məşğul etmirik. Hər kəs öz səhifəsini yaradır və insanlara nəyi necə etməyi, nəyi haradan almağı, necə hazırlamağı, hansı endirimlərin olduğunu, xidmətləri və s. bildirir. Bizə motivasiya vermək əvəzinə anti-motivasiya edirlər. Biz illərlə izləyici toplayırıq, kimdənsə nəsə ummuruq, sadəcə, nəsə təklif edirik və yaxşı nəsə etməyə çalışırıq. Əgər belə bir qanun qəbul olunsa, onda onu yalnız 100-200 mindən çox feyk deyil, real izləyicisi olanlara şamil etməlidirlər” – deyə Nəcəfbəyov bildirib.

Blogger Könül Əliyeva nazirliyin bu təklifindən sonra bloggerliklə məşğul olduğuna təəssüflənib. Əliyeva bir çox reklam agentlikləri ilə işləyir və düşünür ki, bu vergiləri həmin şirkətlər ödəməlidir, o deyil. O, öz bloqunda əsasən müxtəlif geyimləri, kosmetikaları, aksessuarları nümayiş etdirir və buna görə cüzi pul alır.

“Bloggerliklə bu yaxınlarda məşğul olmağa başlamışam. Bu, sadəcə mənim hobbimdir. Əvvəllər sosial şəbəkə istifadəçilərinə yalnız özümə aid olan şeyləri nümayiş etdirirdim. Mənim məqalələrim hamının xoşuna gəlirdi və ona görə də səhifəmə üzv olurdular. Mənə izləyici toplamaqda heç kəs yardım etməyib. Sonra tədricən elə adamlarla tanış olmuşam ki, onlar məndən öz səhifəmdə bəzi reklamları etməyi istəyiblər. Başa düşmürəm ki, əgər mən çoxlu pul qazanmıramsa, onun 10%-ni vergiyə, 18%-ni də ƏDV-yə niyə ödəməliyəm?!” – deyə Əliyeva bildirib.

Əliyevanın fikrincə, vergilər elə şəkildə müəyyən edilməlidir ki, bloggerlər onu ödəməkdə maraqlı olsun. Əks təqdirdə, onlar vergidən yayınacaqlar.

Məşhur azərbaycanlı təşkilatçı, prodüser və blogger Aqil Məmiyev həmkarlarından fərqli olaraq heç vaxt öz bloqunda reklam postları bölüşmür. Bloggerlik onun üçün əsasən hobbidir. Onun məqsədi öz postları ilə insanları maarifləndirmək, şəkilləri ilə onlara öz tərzlərini yaratmaq üçün nümunə olmaqdır. Bloggerlərin vergi ödəməsi ilə bağlı məsələyə gəlincə, Məmiyev deyir ki, belə qanun bütün ölkələrdə var və bu, tamamilə təbiidir.

“Bu cür qanunlar, Qərb ölkələrində, blogger və influencer anlayışı yarandıqdan sonra mövcud idi. Hətta bir neçə il əvvəl mediada belə bir məqalə ilə tanış oldum ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan bloggerlər yazdıqları hər bir sətir üçün vergi ödəməlidirlər. Orada deyilirdi ki, xəbər, internet üzərindən bloq yazan və yazdıqları ilə gəlir əldə edən şəxslər gəlir vergisi ödəyəcək. Şəxsi məqsədləri üçün gəlir güdülməyən yazılara görə isə vergi ödənilməyəcək. İndi görürəm ki, bizdə də bunu tətbiq etmək niyyətindədirlər” – deyə Məmiyev bildirib.

Bloggerin fikrincə, bu, əslində işlərin ciddiliyinə gətirib çıxardardı: “Bundan sonra blogger və ya influencer xidmət göstərdiyi şirkətlə ciddi müqavilə şərtləri ilə çalışacaq, sadəcə söz əsasında deyil. Rəsmi müqavilə əsasında işləyərək əldə etdiyi gəlirdən verginin ödənilməsi normal haldır. Bu cür qanunlar hər halda fəaliyyətin ciddiliyinə gətirib çıxaracaq”.

Qonşu Türkiyədə də belə qanunun olduğunu vurğulayan Məmiyevin sözlərinə görə, orada bloggerlər, sosial mediada səhifələri olanlar da xəbər agentlikləri, portallar kimi reklam şərtləri ilə çalışan zaman vergi ödəyirlər. Blogger hesab edir ki, bu qanunun tətbiqi bizdə bloggerlərlə şirkətlər arasında reklam şərtləri ilə işi daha da ciddiləşəcək. Onun fikrincə, vergi sistemi influencer və vaynerlərə də tətbiq olunmalıdır.

Mənbə: sputnik.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2500 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Agrico MMC

Şəhər: Bakı

Yaş: 30 – 50 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Kamran Məmmədov

E-mail: hr@agrico.az / info@finstaff.az

Əmək haqqı: 2000 – 2500 AZN
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

– İş yeri Aşağı Güzdək qəsəbəsində yerləşir
– Şirkət 20 Yanvar metrosundan servislə təmin edir.

Maraqlanan namizədlər mövzu yerində Baş mühasib yazmaqla öz CV-lərini hr@agrico.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Ən azı 3-5 il iş təcrübəsi (istehsalat, satış);
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV alıcıya necə qaytarılacaq?

posted in: Vergi, Xəbər | 0

ƏDVVergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ticarət və xidmət müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılması nəzərdə tutulur. Belə ki, ödənişi Pos-terminallar (nağdsız) ilə həyata keçirənlər 18% olan əlavə dəyər vergisinin məbləğinin 15%-ni, nağd edənlər isə 10%-ni geri alacaqlar.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ƏDV-nin geri qaytarılmasına başlamaq üçün ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən (onlayn) kassaların quraşdırılması başa çatdırılmalıdır:

“Bu ildən etibarən ticarət və xidmət müəssisələrində real vaxt rejimində işləyən nəzarət kassa aparatları quraşdırılacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisəsində onlayn kassalar quraşdırılıb. Çalışırıq ki, ilin sonunadək bu işləri başa çatdıraq”.  

Sahib Ələkbərov qeyd edib ki, əlavə dəyər vergisi sadə və avtomatik şəkildə geri qaytarılacaqdır. Həmçinin ƏDV-ni geri almaq istəyən mütləq kart sahibi olmalıdır:

“Alıcı gəlir ticarət şəbəkəsinə – malı aldı, çeki vuruldu və ya POS terminal vasitəsilə ödəniş aparıldı – avtomatik olaraq rəqəmlər Nazirliyin bazasında əks olunacaqdır. Çalışırıq ƏDV-nin qaytarılması avtomatik rejimdə olsun. Alıcınını çeki harasa aparması, orada yoxlanılması və ƏDV-nin geri qaytarılması olmayacaqdır. Təxminən 15 gün müddətindən sonra (alınmış mal geri qaytarıla bilər) qaytarılacaq məbləğ alıcının kartına köçürüləcəkdir. Burada nağd ödənişdən söhbət gedə bilməz. Qaytarılan əlavə dəyər vergisi kartlara otuzdurulacaqdır”.

Mənbə: marja.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşçisi olmayan fiziki şəxslər bu hesabatı verməlidirlərmi?

fiziki şəxslərİşçisi olmayan fiziki şəxslər işsizlikdən sığorta hesabatını verməlidirlərmi?

Sual: İşçisi olmadan, təkbaşına fəaliyyət göstərən fiziki şəxslər işsizlikdən sığorta hesabatını verməlidirlərmi?

Cavab: İşsizlikdən sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada Vergilər Nazirliyinə hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək sığortaedənlərin vəzifəsinə aid edilmişdir. “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri üçün sığortaedən dedikdə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən şəxslər nəzərdə tutulduğu üçün, işçisi olmayan şəxslər tərəfindən təqdim olunması nəzərdə tutulmamışdır.

 

Mənbə: taxes.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.