Təsisçi ilə borc müqaviləsinin notariusda təsdiqinin zəruriliyi

posted in: Müqavilələr, Xəbər | 0

TəsisçiTəsisçi ilə borc müqaviləsinin notariusda təsdiqinin zəruriliyi

Sual: Müəssisənin təsisçisi xarici hüquqi şəxsdir. Təsisçi ilə faizsiz borc müqaviləsi yalnız tərəflər arasında bağlanmışdır. Notarial təsdiq zəruridirmi?

Cavab: Bildiririk ki, Mülki Məcəllədə mütləq şəkildə notarial qaydada təsdiq daşınmaz əmlaka sahiblik və istifadə hüququnu təsdiqləyən müqavilələrə şamil edilir.

Pul öhdəliyini özündə ehtiva edən əqd tərəflərin hüquqlarının müdafiəsi baxımından notarial təsdiq məqsədəuyğundur.

Bax: Mülki məcəllənin 146-cı və 438-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

3000 AZN məvaciblə İstehlak krediti riskləri üzrə şöbə müdiri axtarılır

posted in: Vakansiya, Xəbər | 0

Vakansiya: İstehlak krediti riskləri üzrə şöbə müdiri axtarılırİstehlak krediti, vakansiya

İşəgötürən: UNİBANK
Əmək haqqı: 2000 – 3000 AZN

Şəhər: Bakı

Yaş: 25 – 35 yaş

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: İnarə Qaragözova

Telefon: (012) 541-33-33,2326

E-mail: inara.garagozova@unibank.az, info@finstaff.az

 

Vakansiya barədə məlumat

– İri həcmli məlumat bazaları ilə işləmək
– Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi
– Bankın layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi
– Risklərin idarə edilməsi fəaliyyətinin optimallaşdırılması
– İdarəetmə hesabatlarının hazırlanması və işlənməsi
– İş qrafiki: 09:00-dan 18:00-dək


Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Ali təhsil (iqtisadyyat və ya riyaziyyat sahəsində), bu sahələr üzrə olmadığı halda – kredit və ya risklərin idarə edilməsi sahəsində      digər ali təhsil və ya kvalifikasiya
– Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
– Analitik düşünmə bacarığı
– IFRS 9 təcrübəsi
– Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik
– Xarici dil (İngilis dili) üzrə “Upper-intermediate” səviyyədə bilik
– Bank işini və Maliyyə Bazarlarına Nəzarət orqanının və bu sahədə mövcud digər qanunvericilik aktlarını mükəmməl bilmək
– Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı

 

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

 

Ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər azalıb

posted in: Vergi, Xəbər | 0

vergiÖtən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 11,2 faiz azalıb.


Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da yayılmış 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində deyilir.

“Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu bildirən cənab Prezident öz çıxışlarında vergi orqanlarının vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayır.

Ötən il vergi sistemində idarəetmə prinsipləri yenidən təşkil edilib və təkmilləşdirilib, müasir innovativ texnologiyalar tətbiq olunub, şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib. 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz olub, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib.


Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin
yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq
təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib

Vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da öz təsirini göstərib, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 2017-ci illə müqayisədə 11,2 faiz azalıb. Bununla belə, bu mövzu üzrə müraciətlərin sayı 2019-cu ildə görüləsi işlərin hələ çox olduğunu göstərir.

Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business 2019” hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, “Biznesə başlama” indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib və həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur”, – deyə məqalədə qeyd olunur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Minimum əməkhaqqının artımı nə qədər insanı əhatə edəcək?

posted in: Xəbər | 0

əməkhaqqının artımıMinimum əməkhaqqının artımı nə qədər insanı əhatə edəcək?


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqının artırılması respublikada əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır.


Minimum aylıq əmək haqqı artırıldı

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkədə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir eyni zamanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

Telegram qrupumuza üzv olun

Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əmək haqları dəfə, eləcə də minimum əmək haqları 6,5 dəfə artırılıb.

Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.