Təmir xərclərinin gəlirdən çıxılmasının Vergilər Nazirliyi tərəfindən misalla izahı

posted in: Vergi, Xəbər | 0

Təmir xərclərinin gəlirdən çıxılmasının Vergilər Nazirliyi tərəfindən misalla izahı.


Sual: Mən bilmək istərdim ki, VM-nin 115.2-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitin qalıq dəyərinin artmasına aid edilirsə və amortizasiya da həmin cəmə (əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir və s.) uyğun hesablanırsa, sonra növbəti il həmin məhdudlaşdırmadan artıq olan hissə təkrar amortizasiya olunur, yoxsa 115.1. maddəsinin 2-ci hissəsindəki kimi növbəti vergi ilinin gəlirindən qalan hissəsi tam çıxılmalıdır? Sadəcə 115.1 və 115.2 hissələrinin aydınlıq gətirilməsini xahiş edirəm. Öncədən təşəkkürümü bildirirəm.


Telegram qrupumuza üzv olun

Cavab: Bildiririk ki, təmir xərcləri gəlirdən iki şəkildə çıxıla bilər:

– Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulan həddlər daxilində birbaşa;

– Həmin həddlərdən artıq olan hissədə Vergi Məcəlləsinin 115.2-ci maddəsində nəzərdə tutulan qaydada amortizasiya ayırmaları şəklində.

İkinci halda təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılan hissəsi kapitallaşdırılır, yəni əsas vəsaitin dəyərinə əlavə edilir və təmir aparılan ildən başlayaraq əsas vəsaitlərinin dəyərinin tərkib hissəsi kimi növbəti illərdə də davam etməklə tədricən amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Qeyd olunan misal olaraq, cari ilin əvvəlinə qalıq dəyəri 50.00 manat olan binaya çəkilən təmir xərcləri 3.000 manat olduqda, 1.000 manat birbaşa gəlirdən çıxılır (50.000*2%), qalan 2.000 manat isə cari ildə binanın dəyərinə əlavə edilir və ilin sonuna alınmış cəmdən (50.000+2.000=52.000 manat) cari ildə 7 faiz dərəcə ilə 3.640 manat amortizasiya ayırmaları hesablnmalıdır. Növbəti ildə isə həmin məbləğ artıq 3.385,2 manat ((52.000-3.640)*7%) təşkil edəcəkdir.

Bax: Vergi Məcəlləsinin 114-cü və 115-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ümidsiz borc məbləğini necə xərcə silməli?

posted in: Xəbər | 0
Ümidsiz borcSual: Sualım Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən, ümidsiz borcların silinməsi ilə bağlıdır. Belə ki, müştəriyə 1000 manat məbləğində (ƏDV xaric) mal təqdim olunmuş və bu əməliyyata görə 180 manat ƏDV hesablanmışdır. Lakin sonradan bu müştərinin müflis olduğu və borcu ödəməyəcəyi aşkar edilmişdir. Bu halda ümidsiz borc kimi xərcə 1000 manat və ya 1180 manat silinməlidir? Öncədən təşəkkür edirik.

Cavab: Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar əvvəllər gəlir kimi vergiyə cəlb olunmuş, lakin sonrakı dövrlərdə ödənilməmiş debitor borcları ümidsiz borc hesab olunur və müvafiq məbləğ gəlirdən çıxılır. Bu halda: – vergi ödəyicisi uçotu hesablama metodu ilə aparmalı; – debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməlidir; – ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalıdır. Qeyd olunan şərtlər yerinə yetirildikdə vergi ödəyicisi ümidsiz borc kimi təsnifləşdirilən debitor borcu ümidsiz borc kimi təsdiqləndiyi və mühasibat kitablarında sildiyi halda gəlir (mənfəət) vergisinin məqsədləri üçün xərc kimi nəzərə ala bilər. Ümidsiz borc məbləğinin silinməsi barədə təfərrüatlı məlumatın alınması üçün borcun predmeti ilə bağlı zəruri sənədləri əlavə etməklə Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 111-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Minimum aylıq əmək haqqı artırıldı!

posted in: Xəbər | 0

Minimum aylıq əmək haqqıMinimum aylıq əmək haqqı artırıldı


Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2460) 1-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2019-cu il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Uçot sistemi təkmilləşdirilir

posted in: muhasibat, Xəbər | 0

mühasibat uçotunun aparılmasıUçot sistemi təkmilləşdirilir

Uçot və qeydiyyatla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi səmərəli vergi nəzarəti sisteminin qurulması, vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçotunun təkmilləşdirilməsi yolu ilə effektiv vergi nəzarətinin təmin edilməsidir. Müsahibimiz Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovdur.

– Ələkbər müəllim, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə vergi ödəyicilərinin uçot məlumatlarının dəqiqləşdirilməsi və uyğunsuzluqların aradan qaldırılması istiqamətində hansı addımlar atılıb?

– Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir və vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi daşıyır.

Vergi nəzarəti formalarından biri uçota nəzarətdir. Daha dəqiq desək, Vergilər Nazirliyinin mövcud informasiya sisteminin məlumatlarına və digər dövlət qurumlarından alınan məlumatlara əsasən, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, vergi ödəyicilərinin və uçot vahidlərinin uçotunun aparılmasını əhatə edən vergi nəzarəti həyata keçirilir. Bu nəzarət vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının və POS-terminalların uçota alınmasını, bank hesablarının açılmasını, baza məlumatları ilə vergi ödəyicilərinin faktiki vəziyyəti arasındakı kənarlaşmaların aşkar olunmasını və müvafiq tədbirlərin görülməsini əhatə edir.

Qeyd edim ki, Vergi Məcəlləsinin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyən olunduqda, vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verilməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilmişdir. Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən, vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

Vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyən olunduqda, vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verilməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilmişdir

– Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) yenidən uçota alınması və uçot yerinin dəyişdirilməsi prosesi necə həyata keçirilir?

Vergi Məcəlləsinin bu ildən qüvvəyə minmiş 34.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda isə o, iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir.

– Məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma prosedurları necədir?

– “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərdə göstərilir ki, məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınması və onlar tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Bu məqsədlə VÖEN-i olmayan, lakin məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olan şəxslər vergi uçotuna alınmalı və müvafiq hesabatlar vergi orqanına təqdim edilməlidir.

“Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan (uçot yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir), mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir) aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə Vergilər Nazirliyinə müraciət edir.


Telegram qrupumuza üzv olun

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə maliyyə sanksiyalarının tətbiqi Vergi Məcəlləsinə daxil edilmişdir. Məcəllənin 57.1-1-ci maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatadək olan işçidən 6 manat məbləğində sosial sığorta haqqı tutulur (200 x 3% = 6 manat).

Sığorta haqqına cəlb edilən aylıq gəlir Sosial sığorta haqqı dərəcəsi
Cəmi Sığortaolunanın gəlirlərindən tutulan Sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Bununla yanaşı, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əməkhaqqının 0,5 faizi məbləğində müəyyən edilmişdir.

Misal: Sığortaedənin vəsaiti hesabına ödənilən: İşçinin 1.500 manat əməkhaqqı üçün işəgötürənin vəsaiti hesabına 239 manat sosial sığorta haqqı, 7,5 manat məbləğində isə işsizlikdən sığorta üzrə sığorta haqqı ödənilir (200 x 22% + 1.300 x 15% = 239; 1.500 x 0,5% = 7,5).

Nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu il tarixədək həmin məbləğə görə işəgötürənin vəsaiti hesabına 330 manat sosial sığorta haqqı ödənilirdi (1.500 x 22% = 330 manat).

– Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində edilmiş dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

– Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı məsələləri Mülki Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Bununla belə, qeyd etməliyik ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna 28 dekabr 2018-ci il tarixdə edilmiş dəyişikliklər islahat xarakterli olmaqla hüquqi şəxslərin onlayn qeydiyyat məsələlərini təkmilləşdirmişdir. Son dəyişikliyə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron qeydiyyatının yeni üsulu, yəni elektron imza olmadan kod-parol vasitəsilə aparılması nəzərdə tutulmuşdur. Bu dəyişiklik hüquqi şəxslərin onlayn qeydiyyat prosesini sadələşdirməklə bir prosedurla və xərc olmadan aparılmasına şərait yaratmışdır. Məlum olduğu kimi, 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən “bir pəncərə” prinsipi ilə həyata keçirilir. 2012-ci ildən etibarən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imza və Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən “ASAN imza” vasitəsilə aparılır. 2018-ci ildə dövlət qeydiyyatından keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin 70 faizi qeydiyyatdan elektron qaydada keçmişdir. 2018-ci ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, hazırda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı şəxsiyyət vəsiqəsində qeyd olunan fin kod vasitəsilə həyata keçirilir.

Məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınması və onlar tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir

Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan İnternet Vergi İdarəsinə daxil olaraq elektron qeydiyyat sistemində fin kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və sənədlər bir prosedurla təsdiqlənir, VÖEN-in verilmə prosesi 20 dəqiqə ərzində yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı (elektron imza olmadan) təlimatı yerləşdirilib. Bu, vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılması üçün elektron imza tələb olunmur. Eyni zamanda, əmək müqaviləsi bildirişinin elektron imza vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində qeydiyyata alınması zərurəti aradan qaldırılmışdır. Dəyişikliyə əsasən, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlər onun “elektron kabinet”inə göndərildiyi andan işçilərlə bağlanmış əmək müqaviləsi qüvvəyə minir və əmək müqaviləsi bildirişlərinin məlumatları avtomatik şəkildə Vergilər Nazirliyinin informasiya sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülür. “Elektron kabinet”ə göndərilmiş qeydiyyat sənədlərinin xüsusi barkodla şifrələnməklə rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi təmin olunur.

…Azərbaycanda vaxtaşırı olaraq həyata keçirilən islahatlar ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. Hesabatda Azərbaycan üçün “Biznesə başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün vaxt və 18 manat xərc nəzərdə tutulmuşdur. Qeyd olunan dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enir və yerli investisiyalı MMC bir prosedurla yarım gün ərzində onlayn qaydada qeydiyyata alınır.

 

Mənbə: vergiler.az