Vergi islahatları movzusunda seminar keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi islahatlarıVergi islahatları movzusunda seminar keçiriləcək.


Fevralın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “PwC Azərbaycan” ilə birgə “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda seminar keçiriləcək.

Mərkəzdən bildirilib ki, tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara son vergi dəyişikliklərini və sahibkarlıq subyektləri qarşısında qoyulan öhdəlikləri öyrədəcək.

Seminar “PwC Azərbaycan” şirkətinin mütəxəssisləri tərəfindən aparılacaq. Bu seminar vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilmiş əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzuları əhatə edəcək. Seminar şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar üçün nəzərdə tutulub.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sosial şəbəkədə gəlir qazanan sadələşmiş vergi ödəyicisi ola bilməz??

posted in: Vergi, Xəbər | 0

gəlirSual: Mən youtube.com saytından gəlir əldə etdiyimə görə 2017ci ilin dekabr ayında VÖEN açmışam. VÖEN-im usd Bank Hesabına bağlıdır Əsas failiyətim DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN SAİR FƏRDİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ.

Mən ödənişlərimi bu təsnifat koduna ödəyirəm 114329 – Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi bilmək istəyirəm ki, Mənim Fəaliyətimə görə Dəyişiklik varsa zəhmət olmasa mənə bildirin. Əsas fəaliyət növü hansı olmalıdır və Ödəniş Edəcəyim Təsnifat kodu Hansı Kod olmalıdır?

Cavab: Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.


Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

Sorğunuza əsasən, gəlirlərinizin “YouTube” videohostinqi tərəfindən ödənildiyi və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz 1 yanvar 2019-cu il tarixdən etibarən gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Qeyd olunan gəlirdən hesablanmalı olan vergi “Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi” 111121 büdcə təsnifat kodu ilə ödənməlidir.

Vergi Məcəlləsinin 102.1.30-cu və 218.5.10-cu maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bəzi malların idxal gömrük rüsumlarının dərəcələri dəyişdirilib

posted in: Xəbər | 0

idxalAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 34
Bakı şəhəri, 5 fevral 2019-cu il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri ”ndə dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli və 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri ”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8702 40 000 9 alt yarımmövqeyindən sonrakı sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 – digərləri:

1.2. “8702 90 111 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 111 – – – – – xüsusi olaraq tibbi məqsədlər üçün, nəzərdə tutulmuş avtomobillər:
8702 90 111 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 0
8702 90 111 2 – – – – – – digərləri əd 0

1.3. “8702 90 112 1” alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı sətirlər əlavə edilsin:

8702 90 112 2 – – – – – – məxsusi olaraq hava 

limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən

əd 0
8702 90 112 3 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 0,5 ABŞ 

dolları

1.4. “8702 90 119 1” alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı sətirlər əlavə edilsin:

8702 90 119 2 – – – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən əd 0
8702 90 119 3 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 0,5 ABŞ 

dolları

1.5. “8702 90 191 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 191 – – – – – xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər:
8702 90 191 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 0
8702 90 191 2 – – – – – – digərləri əd 0

1.6. “8702 90 192 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 192 – – – – – sürücü daxil olmaqla 120 

nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar:

8702 90 192 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 1,2 ABŞ 

dolları

8702 90 192 9 – – – – – – digərləri əd 1 sm3 1,2 ABŞ 

dolları

1.7. “8702 90 199 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 199 – – – – – digərləri:
8702 90 199 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 1,2 ABŞ 

dolları

8702 90 199 9 – – – – – – digərləri əd 1 sm3 1,2 ABŞ 

dolları

1.8. “8702 90 311 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 311 – – – – – xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş 

avtomobillər:

8702 90 311 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 0
8702 90 311 2 – – – – – – digərləri əd 0

1.9. “8702 90 312 1” alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı sətirlər əlavə edilsin:

8702 90 312 2 – – – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış 

qazla hərəkətə gətirilən

əd 0
8702 90 312 3 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 0,7 ABŞ 

dolları

1.10. “8702 90 319 1” alt yarımmövqeyinə aid sətirdən sonra aşağıdakı sətirlər əlavə edilsin:

8702 90 319 2 – – – – – – məxsusi olaraq hava 

limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən

əd 0
8702 90 319 3 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 0,7 ABŞ 

dolları

1.11. “8702 90 391 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 391 – – – – – xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər:
8702 90 391 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 0
8702 90 391 2 – – – – – – digərləri əd 0

1.12. “8702 90 392 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 392 – – – – – sürücü daxil olmaqla 120 

nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar:

8702 90 392 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 1,2 ABŞ 

dolları

8702 90 392 9 – – – – – – digərləri əd 1 sm3 1,2 ABŞ 

dolları

1.13. “8702 90 399 0” alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

8702 90 399 – – – – – digərləri:
8702 90 399 1 – – – – – – sıxılmış qazla hərəkətə gətirilən əd 1 sm3 1,2 ABŞ 

dolları

8702 90 399 9 – – – – – – digərləri əd 1 sm3 1,2 ABŞ 

dolları

  1. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                      Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aviabilet satışı üzrə vergi belə hesablanmalıdır

posted in: Excel, Vergi, Xəbər | 0

AviabiletAviabilet satışı üzrə vergi belə hesablanmalıdır.


Sual: Aviabilet satışı sahəsində bizim müəssisə subagent qismində fəaliyyət göstərir. Yəni biz subagent olaraq müqavilə əsasında agent müəssisədən e-qaimə ilə aviabilet alır üzərinə 16-20 manat xidmət haqqımızı əlavə edərək e-qaimə ilə korporativ müştərilərimizə satırıq. Müştəri bizə aviabiletin xidmət haqqı daxil dəyərini ödədikdən sonra biz də öz növbəmizdə həmin aviabiletin xidmət haqqısız dəyərini öz agentimizə ödəyirik. 2018-ci ildə biz sadələşdirilmiş verginin ödəyicisi olmuş 4% vergini xidmət haqqından ödəmişik.

Əgər biz subagent olaraq korporativ müştərimizlə 210.000,00 manatlıq müqavilə bağlasaq bizim ƏDV qeydiyyatına durmaq öhdəliyimiz yaranacaq yoxsa yox? Belə ki, aviabilet satışı sahəsində subagent qismində fəaliyyət göstərən müəssisənin real dövriyyəsi onun aldığı xidmət haqqından formalaşır və biz 210.000,00 manatlıq müqavilə üzrə təqdim olunacaq aviabiletlərdən xidmət haqqı olaraq 8400,00 manat gəlir əldə edəcəyimizi ( 210.000,00 AZN : 500 AZN (sifariş oluncaq biletlərin orta dəyəri) = 420 bilet nəzərdə tutulub X 20 AZN Xidmət haqqı = 8400,00 AZN ) planlaşdırmışıq. Bizim 210.000,00 manatlıq müqavilədən real dövriyyəmiz 8400,00 manat olacağı halda Vergi Məcəlləsinin 155.1 maddəsi yəni ƏDV qeydiyyatına durmaq öhdəliyi bizə şamil olunur yoxsa yox?


Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

Cavab: Sorğunuzda qeyd olunan halda, sizin digər vergi ödəyicilərinə xidmət göstərdiyinizi nəzərə alaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 8400 manat əsasında müəyyən olunur.

Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 220.000 manat (440×500) əsasında müəyyən olunacaqdır və ƏDV qeydiyyatına durma öhdəliyi yaranır.

Bax: Vergi Məcəlləsinin 155.1-ci və 172-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.