Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan edir (Yenilənmiş)

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiDövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 31.01.2019-cu il saat 10:00-dan 20.02.2019-cu il saat 24:00-dək həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Telegram qrupumuza üzv olun

Elektron ərizə üzrə tələb olunan sənədlər

  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar.

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi 16) götürməlidirlər.
  • Müsabiqənin test imtahanı mərhələsi 30.03.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsində namizədlərə təqdim ediləcək 100 test tapşırığından 80-ni özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) İşə qəbul. Müsabiqələr bölməsində yerləşdirilmişdir;
  • Test imtahanı mərhələsində namizədlərə təqdim ediləcək 100 test tapşırığından 20-ni məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları təşkil edəcək.

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla);
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVakansiya: Mühasib

Namizədə tələblər:

  • Ali iqtisadi və ya maliyyə təhsili
  • Mühasib olaraq 2 illik təcrübə olmalı
  • 1C 8 proqramını yaxşı səviyyədə bilməli  (r-keeper, İİKO arzuolunandır)
  • Yaş həddi: 23-35
  • Cins: Qadın
Vakansiya barədə məlumat:
  • Mühasibat uçotunun aparılması
  • Hesablama və xərclərin idarə edilməsi
  • Texnoloji və hesablama kartlarının hazırlanmasına nəzarət.
  • Əsas vəsaitlərin uçotu.
  • Pul intizamının aparılmasına nəzarət
  • Daxili hesabatların hazırlanması.
  • Vergi, tənzimləyici orqanlar, maliyyə institutları ilə qarşılıqlı əlaqə.
  • 1 C proqramı ilə işləmək
  • İnventarların aparılması, yenidən hesablanması.

Telegram qrupumuza üzv olun

Əmək Haqqı 1000 AZN

İş qrafiki: Müsahibə əsasında təyin ediləcək

Tələblərə uyğun gələn namizədlərdən, mövzu yerinə vəzifə adını qeyd edərək CV-lərini hr_resant@mail.ru / info@finstaff.az elektron ünvanına göndərməyi xahiş olunur.

Qeyd: Yazı rus dilindən tərcümə olunmuşdur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

dövlət qeydiyyatıHüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Qanunda çoxdan gözlənilən dəyişiklik nəhayət edilib.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib, belə ki, bundan sonra Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması mümkün olacaq, maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Bunun üçün elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Lakin nəzərə almaq lazımdır ki, dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.

Nizamnamədə dəyişiklik edilən hallarda isə təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Dəyişikliyin yaxşı cəhəti odur ki, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir.

Həmçinin Təsisçinin  və ya onun vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.

Dəyişikliyin tam mətni ilə aşağıda tanış ola bilərsiz: 

“ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775) aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:

“Maddə 9-1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması

9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır.

9-1.2. Müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.

9-1.4. Təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

9-1.5. Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir.

9-1.6. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.

9-1.7. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

9-1.8. Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin (təsisçi dəyişikliyi istisna olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Normadan artıq təmir xərcləri necə silinir?

posted in: Vergi, Xəbər | 0

Sual: Əsas vəsaitlərin təmir xərcləri təyin olunmuş hədd üzrə az və ya artıq məbləğ olarsa necə əks etdirmək olar?

Cavab: Bildiririk ki, əsas vəsaitlərin təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, hesabat ilində gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır, növbəti vergi illərində isə təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi hesabat ilində yaranmış fərq qədər artırılır.

Müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Bax: Vergi Məcəlləsinin 115.1-ci və 115.2-ci maddələri.

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.