Auditorlar Palatası Audit şirkətləri və sərbəst auditorlar üçün seminar keçirəcək

posted in: Xəbər | 0

Auditorlar Palatası seminarAuditorlar Palatası Audit şirkətləri və sərbəst auditorlar üçün seminar keçirəcək.

Hörmətli Auditor təşkilatlarının rəhbərləri və Sərbəst auditorlar,

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 1.2.2-ci “2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının auditinin aparılmasına dair tövsiyələrin hazırlanması və auditor təşkilatları və sərbəst auditorlara çatdırılması” və Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2018-ci il 26 sentyabr tarixli 1/66 saylı “Azərbaycan Respublikasında auditor xidmətinin təşkilinin yaxşılaşdırılması üzrə əlavə tədbirlər haqqında” sərəncamının 5-ci “Auditor təşkilatları və sərbəst auditorlar üçün auditin aparılmasına dair tövsiyələrin hazırlanması təmin edilsin” bəndlərinin icrasına uyğun olaraq, hazırlanmış “Auditor təşkilatları və sərbəst auditorlar üçün auditin aparılmasına dair tövsiyələr”in təqdimatına dair 2019-cu il 08 fevral tarixində saat 11:00-da Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən Seminar keçiriləcəkdir.

Həmin tövsiyənin auditor təşkilatları və sərbəst auditorlar üçün əhəmiyyətini nəzərə alaraq, seminarda iştirakınız məcburidir. Auditin aparılmasına dair tövsiyə ilə ətraflı tanış olmaq və seminarın işində aktiv iştirak etmək üçün bu linkdən istifadə edə bilərsiniz:

Auditin aparılmasına dair tövsiyə

http://audit.gov.az/uploads/Shura_267_7_elave.pdf

(Əlaqələndirici şəxs: Şöbə müdirinin müavini Aytən Seyidəliyeva).

(Telefonlar: 012-465-65-35; 012-465-65-48 (daxili 105), (055) 866-44-29 (mob).

Email: hesabat@audit.gov.az    

Mənbə: audit.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İş yerində stresin öhdəsindən necə gəlməli?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

stress Mühasiblər Stress ilə mübarizəStress ilə mübarizə – Mühasiblər üçün məsləhətlər.

Səbəblərlə tanış olaq

Müasir dünyada stress halları əsasən iş yerindəki problemlərlə əlaqəlidir. “Mühasiblərdə stres elə də güclü olmur, lakin, olduqca uzun müddətdə davam edə bilir. Uzunmüddətli stress isə insan orqanizminə qısamüddətli stresdən daha güclü təsir edir”, – psixoterapevt Oleq Kuzin belə söyləyir. Stresi dəf etməkdən ötrü, onun niyə yarandığını başa düşmək çox mühümdür. İş yerində stresin başlıca mənbələri – bu yüksək məsuliyyət, müdirlərin qəzəbinə tuş gəlməmək üçün böyük həcmdə işləri qısa müddətdə yerinə yetirmək kimi hallarla əlaqəlidir.


Mühasiblərin işlərini itirməklərinin səbəbləri

Stress necə olur?

“Hesabatların hazırlanmasnın  proqnozlaşdırılan hal olduğunu başa düşmək çox vacibdir, deməli, həmin dövrdə stress hallarına da öncədən hazırlaşmaq lazımdır”, – Psixoanaliz üzrə Şərqi Avropa universitetinin psixoterapiya kafedrasının müdiri Svetlana Yerşova belə söyləyir. Mütəxəssislər stresin iki səviyyəsini qeyd edirlər: eustress və distress. Eustress zamanı orqanizm stress halında olduğunu dərk edir, problemləri həll etmək üçün gücləri mobilizə edir. Distress mərhələsində isə orqanizm stress nəticəsində aşınır, ona görə kənardan yardıma ehtiyac duyulur. Əgər, sizinlə məhz, hansı stress növünün baş verdiyini başa düşə bilsəniz, onda lazımi formada ona reaksiya verə bilərsiniz.

Qüvvələri mobilizə edirik

“Eustress zamanı orqanizmin reaksiyasından ağılla istifadə etmək lazımdır: kəskinləşmiş diqqəti işə yönəltmək və bu zaman reaksiya sürətini tətbiq etmək lazımdır. Enerjiniz tükəndikdə isə orqanizm başqa mənbələrdən (şəxsi maraqlar, fizioloji tələbatlar) qidalanmasın deyə özünüzü süni şəkildə gümrahlaşdırmağa ehtiyac yoxdur. Eustresdən yaranan oyanma bir qədər zəiflədikdən sonra , dərhal ruhi yüksəlişi təmin edən hansısa digər bir fəaliyyət növünə keçmək lazımdır”, analitik psixoloq Tatyana Kabluşkova belə məsləhət verir. “Stresin profilaktikası üçün dostlarla ünsiyyət, yeni hobbi ilə məşğul olmaq ən yaxşı üsullardan biri hesab olunur. Orqanizmdə yığılaraq toplanmış adrenalini isə kənar etməkdən ötrü intensiv fiziki məşqlər kara gəlir”, – Oleq Kuzkin əlavə edir.


Mühasib olmaq üçün 5 səbəb

Stres ilə necə mübarizə etməli

Psixoloqların məsləhətləri:

  • Özünüzün və ya həmkarlarınızın dəfələrlə öhdəsindən gəldiyiniz hesabatları hazırlamaq təcrübəsinə istinad edin.
  • İşdən əlavə digər həyat sahələrinə aid məsələlərə də diqqət yetirin.
  • Adrenalini idmanının köməyilə kənar etməy öyrənin: səhərlər qaçışla və ya axşamlar aerobika ilə məşğul olun – hər bir kəs öz zövqünə uyğun seçim edə bilər.
  • Yerinə yetirdiyiniz işlərə görə özünüzü mükafatlandırın: özünüzə hansısa xoşəgələn bir şeyi rəva görün: bazarlıq edin, şirniyyat qəbul edin, bir qədər bayağı, lakin şən verilişlərə baxın. Başlıcası – özünüzü stresə təslim etməyin.
  • Lazımi anda diqqəti işə yönəltmək və özünüzə əmin olmaqdan ötrü öz orqanizminizin gərgin və zəifləmiş vəziyyətlərini fərqləndirməyi öyrənin. Bu sizə dağı-dağ üstə qoymaqda yardım edə bilər. Bu işdə isə autotreninq və meditasiya sizin köməyinizə çata bilər.
  • Özünüzü effektiv nəticəyə kökləyə bilən “sehirli ovsun”, xüsusi ibarə düşünüb tapın.
  • Qarşınıza özünüzü qorxudan: “etməliyəm”, “hökmən” və s. bu kimi məqsədlər, yollar qoymayın. Başa düşün ki, sizin həyatınız yalnız işdən ibarət deyil, hadisələrə bir qədər sadə yanaşmağa səy göstərin.
  • Yumor hissini yaddan çıxarmayın. Özünüz və ərtafınızdakılar üçün ünsiyyət qurmaqla əhvali-ruhiyyə yüksəkliyi yaradın. Əhvalınızı yüksəltmək üçün məsələn, qapıya belə bir məzəli lövhə də vurmaq olar: “Giriş qadağandır: hesabatların hazırlanmasına hazırlıq işləri görülür!”, “Mühasibatlıq sorğulara filan tarixədək cavab verir. Həmin tarixə kimi giriş qadağandır!” Yeri gəlmişkən, bu cür şüarların düşünülüb-tapılması da çoxsaylı müsbət emosiyalar doğura bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Lady Sharm-ın Baş mühasibi də istintaqa cəlb edilib

posted in: Vergi, Xəbər | 0

Lady SharmDaxili İşlər Nazirliyi (DİN) Lady Sharm mağazalar şəbəkəsində keçirilən xüsusi əməliyyatla bağlı rəsmi açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. Lady Sharm-ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin Lady Sharm şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində  Lady Sharm-ın sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur – Accounting and Tax Resources

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Accounting and Tax Resources

    • Şəhər: Bakı
    • Yaş: 25 – 30 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Fatimə xanım
Vakansiya barədə məlumat:
– Aylıq, rüblük və illik Vergi, Dsmf, statistika, məşğulluq kimi hesabatların verilməsi
– Vergi orqanları ilə yazışmalar
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Gündəlik ödənişləri icra etməli
– 1C uçotunda işlərin aparılması
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– İş qrafiki: 6 günlük iş qrafiki, həftə içi saat 09:00-dan 18:00-dək, 6ci gün 10:00-dan 14:00-dək
Namizədə tələblər:
– Ünsiyyətqurma və komandada işləmək bacarığı
– Nizam-intizam qaydalarına riayət etməli
– Problem həll etmək bacarığına malik
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Verilən tapşırıqların düzgün yerinə yetirilməsi

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.