Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı???

posted in: Vergi, Xəbər | 0

Sual: İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

1) Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?
2) Silinən və ya ləğv edilən mallar gəlirdən çıxılacaq və ya zərər kimi qeyd ediləcəkmi?
Nəzərə alın ki, əskik gələn mallar işçinin əmək haqqısından tutulmayacaq. Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməsə əvəzləşməyə icazə verilirmi?

Cavab: Bildiririk ki, müvafiq qaydada təsdiqlənmiş malların əskik gəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir.

Malların əskik gəlməsi əsaslandırılmadıqda bu malların bazar qiymət gəlir, alış qiyməti isə xərc kimi nəzərə alınmalıdır.

Əlavə olaraq xatırladırıq ki, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu108-ci130.1-ci159.5-ci və 161.3-cü maddələri.

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sirab ASC Mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Sirab ASC

Namizədə tələblər:

– Ali təhsil

– Minimum 5 il iş təcrübəsi

– Yaş həddi 20-30

– Cinsi-kişi

– Vergi,əmək qanunvericiliyi üzrə məlumatlar

– E-gov.az, e-taxes.gov.az və  digər portallardan istifadə etmək

– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti

– Ofiice proqramlarını və Micro  proqramini bilməli

– Rəsmi hesabatların hazırlanması və təqdim olunması üzrə biliklər

– Mühasibatlıqla bağlı yerli qanunveriliyi üzrə biliklər


Aylıq cəmi 7000 AZN məvaciblə Maliyyə Direktoru tələb olunur

İş barədə məlumat

• Gündəlik satış sənədlərinin aparılması;

• Müqavilələrin hazırlanması

• Debitor-kreditorlarla üzləşmələrin aparılması

İş qrafiki – Həftənin 6 günü saat 09:00-18:00. İstirahət günü Bazar

İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A

Əmək haqqı  – 500 azn

Uyğun namizədlərdən cvlərini mövzu yerinə “analitik” yazmaqla cv@sirab.az / info@finstaff.az mail ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


Telegram qrupumuza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidməti müqavilələrdən sui-istifadənin qarşısı alınır

posted in: Müqavilələr, Xəbər | 0

XidmətiAzərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən, mülki-hüquqi xidməti müqavilələrin vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslər üzrə bağlanılması mümkündür.

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2019-cu il üzrə 200 manat) nəzərə alınmadan ödəmə mənbəyində həmin Məcəllənin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir.

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tərəfindən gəlir vergisi ödəyicisi kimi əldə edilən gəlirlərlə xərclər arasındakı fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb bəyan edilməklə dövlət büdcəsinə ödənilir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, əgər vergi ödəyicisi əmək müqaviləsini xidməti müqavilə altında pərdələyibsə, vergi orqanları bu xidməti müqavilələri əmək müqaviləsinə çevirməyə çalışacaqlar: “Bir çox xidməti müqavilələr faktiki olaraq əmək münasibətlərinin pərdələnməsi statusundadır.

Fiziki şəxs fərdi sahibkardırsa, o, hüquqi şəxsə xidmət
göstərmək üçün mütləq qaydada gəlir vergisi rejiminə keçməlidir

Əgər xidməti müqavilə əmək müqaviləsinə çevriləcəksə, bu rejimdə olacaq: əmək müqaviləsi qeyri-neft sektorunun özəl bölməsində bağlanırsa, əməkhaqqı 200 manatadək olduqda işəgötürən tərəfindən 3 faiz, işçi tərəfindən 22 faiz, 200 manatdan yuxarı olduqda isə işçi tərəfindən 10 faiz, işəgötürən tərəfindən isə 15 faiz sosial sığorta haqları ödənilir. 8.000 manata qədər isə gəlir vergisinin dərəcəsi 0-dır. 1 faiz nəzərdə tutulmuş işsizlikdən sığorta hər bir halda əməkhaqqının məbləğindən asılı olmayaraq həm işçi, həm də işəgötürən üzrə 0,5 faizlə müəyyən edilib.

Əgər VÖEN-i olan şəxs xidmət müqaviləsi ilə hüquqi şəxsə xidmət göstərirdisə, 2019-cu ilin yanvarın 1-dən onlar belə xidməti müqavilələrlə sadələşdirilmiş vergi ödəyiciləri kimi xidmət göstərə bilməzlər. Fiziki şəxs fərdi sahibkardırsa, o, hüquqi şəxsə xidmət göstərmək üçün mütləq qaydada gəlir vergisi rejiminə keçməlidir. Gəlir vergisi rejiminə keçdikdə isə əgər 1.000 manat gəliri varsa, xərci yoxdursa, 1.000 manatdan 20 faiz, yəni 200 manat gəlir vegisi hesablanılır və həmin məbləğin 75 faizini dövlət sahibkara güzəştə gedir. Beləliklə, sahibkar aylıq gəlirinin 25 faizi həcmində, yəni 50 manat gəlir vergisi ödəyir”.

N.Şirinov qeyd edib ki, VÖEN əldə etmiş fərdi sahibkar gəlir vergisini ödəməklə yanaşı, minimum əməkhaqqının 20 faizi (01 yanvar 2020-ci ildən – 25 faizi) qədər sosial sığorta ödənişlərini ödəməli olacaq.

İqtisadçı ekspert Anar Bayramov hesab edir ki, xidmət müqaviləsi üzrə yeni dəyişikliklər bu sahədə çalışanları gəlir və xərclərinin uçotunu dəqiq və düzgün həyata keçirməyə vadar edəcək. 1 yanvar 2019-cu ilə qədər xidmət sektorunda çalışanlar ümumi dövriyyənin 4 faizi qədər sadələşdirilmiş vergi ödəyirdilərsə, Vergi Məcəlləsindəki dəyişiklik imkan verir ki, onlar öz uçotlarını düzgün aparmaqla daha az vergi ödəsinlər.

 

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Şirkətlərin kağız daşıyıcıda qeydiyyatı tamamilə ləğv edildi

posted in: Vergi, Xəbər | 0

sənədQeydiyyat üçün kağız daşıyıcıda sənəd ləğv olunub.

Vergilər Nazirliyinin yenicə tətbiq etdiyi “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” layihəsinə uyğun olaraq, biznesə başlamaq istəyənlər cəmi bir prosedur vasitəsilə qeydiyyatdan keçə bilər. Halbuki əvvəllər bunun üçün 3 prosedurdan keçmək tələb olunurdu. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün, ilk növbədə, “elektron imza”, qeydiyyat orqanına müraciət, bundan sonra isə işçilərin qeydiyyata alınması üçün ayrıca müraciəti tələb olunurdu.

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli mövzunu şərh edərkən bildirib ki, artıq hər 3 prosedur ləğv edilib və hüquqi şəxslərin qeydiyyatı yalnız bir prosedurla həyata keçirilir. Bunun üçün biznes fəaliyyətinə başlayan hüquqi şəxsin qanuni təmsilçisi Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalında (https://www.taxes.gov.az) fin-kodunu (şəxsiyyət vəsiqəsində olan fin) və mobil nömrəsini qeyd etməklə xüsusi proqram vasitəsilə mobil nömrənin fin-koda uyğunluğunu dəqiqləşdirməlidir. Fin-kod və telefon nömrəsinin müraciət edən şəxsə məxsusluğu yoxlanıldıqdan sonra onun telefon nömrəsinə xüsusi kod göndərilir. Həmin kodu sistemə daxil edən şəxs onun üçün yaradılmış “Elektron kabinet”ə daxil olur. Burada bütün prosedurlar bir ərizə vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin müraciət ərizəsi göndərildiyi andan onun VÖEN-i müəyyən edilir və gün ərzində işlənib təsdiq olunaraq onun “Elektron kabinet”inə göndərilir. Bu andan həmin hüquqi şəxs biznes fəaliyyətinə başlamış hesab edilir.


Vergilər Nazirliyində çox mühüm yenilik

Sənədlər elektron qaydada həm notariuslara, həm banklara, həm də digər qurumlara təqdim olunacaq

S.Seyidəhmədli qeydiyyat sahəsindəki daha bir yenilik barədə də məlumat verib. Qeyd edib ki, hüquqi şəxslərin qeydiyyat proseduruna dair dəyişikliklərdə direktorların da hüquqları nəzərə alınıb. Bəzi hallarda hüquqi şəxs yaradılarkən direktorların bundan xəbəri olmurdu, bu isə vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlərə yol açırdı: “Mövcud qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. Ona görə də bu məsələlərdə hər hansı narazılıq olmasın deyə, hüquqi şəxsin dövlət qeydiyyatı barədə müraciətin bilavasitə direktor tərəfindən verilməsi nəzərdə tutulur”.

Bildirilib ki, qeydiyyat prosedurunun daha da sadələşdirilməsi məqsədilə bank hesabının açılması prosesində də yenilik var. Nazirliyə müraciət olunduqdan sonra bank hesabı üzrə şəhadətnamənin dublikatı banklar vasitəsilə verilir. İndi kağız dövriyyəni aradan qaldırmaq məqsədilə bütün dövlət qurumları, o cümlədən banklara hüquqi şəxsin şəhadətnaməsinin, nizamnaməsinin və reyestrdən çıxarışının elektron versiyasının göndərilməsi təmin edilib: “Bunun da çox sadə bir üsulu var. Yəni bank işçisi şəhadətnamə-dublikatın nömrəsini kod kimi sistemə daxil edəcək və hüquqi şəxsin VÖEN nömrəsini yazmaqla “Elektron kabinet”ə giriş əldə edərək hüquqi şəxsin şəhadətnaməsinin, nizamnaməsinin və reyestrdən çıxarışının elektron versiyasını əldə edəcək. Bununla da hüquqi şəxsin özü ilə kağız daşıyıcıda hər hansı sənəd aparmasına ehtiyac olmayacaq”.

2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

Yeri gəlmişkən, “İnzibati icraat haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, dövlət orqanı hüquqi şəxs yaratmış şəxslərdən kağız daşıyıcılarda sənəd istəməyəcək. Vergilər Nazirliyi də inzibatçılıq qaydasında elə bir imkan yaradıb ki, sənədlər elektron qaydada həm notariuslara, həm banklara, həm də digər qurumlara təqdim olunacaq. Hüquqi şəxsin şəhadətnaməsi isə xüsusi barkodla təmin edilib. Yəni yalnız şəhadətnaməni təqdim etməklə həmin hüquqi şəxsin mövcud olub-olmadığı Vergilər Nazirliyinin informasiya sistemi tərəfindən yoxlanılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.