Vergilər Nazirliyində çox mühüm yenilik

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiVergilər Nazirliyi daha bir mühüm yeniliyə hazırlaşır.

Elektron xidmətlərin təqdim edilməsi sahəsində dövlət orqanları arasında öndə olan Vergilər Nazirliyi bu sahədə fəaliyyətini davam etdirir.

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bildirib ki, yenicə tətbiqinə başlanılan “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” layihəsi də bu istiqamətdə həyata keçirilən islahatların davamıdır: “Qeydiyyat sahəsindəki dəyişikliklər sahibkarların dəstəklənməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilib. Bu istiqamətdə bizim növbəti layihəmiz hüquqi şəxslərin qeydiyyat məlumatlarındakı dəyişikliklərlə bağlı müraciətlərin elektronlaşdırılmasını nəzərdə tutur.

Hüquqi şəxsin təsis sənədlərinə edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə elektron qaydada müraciət edilə biləcək. Yəni əvvəllər qeydiyyata alınmış hüquqi şəxslərin dövlət reyestr məlumatları: məsələn, direktoru, hüquqi ünvanı dəyişib, yaxud nizamnamə kapitalı artıbsa, bu halda həmin məlumatların yenilənməsi elektron qaydada mümkün olacaq. Elektron qaydada müraciət zamanı Vergilər Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək imza ilə təsdiqlənəcək”.


2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

Qeyd olunub ki, nizamnaməyə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanacaq. Bu halda, təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olub onu imza ilə təsdiqləyəcək.

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki bu dəyişiklik məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, şəffaflığın təmin edilməsi, vaxta qənaət, biznes strukurları üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyır: “Sahibkar yalnız elektron xidmətlərdən istifadə etməklə qısa müddətdə və asan yolla dövlət qeydiyyatı ilə bağlı məlumatlarında da dəyişiklik edə bilər. Bundan sonra yekun sənədlər sahibkarın “Elektron kabinet”inə göndərilməklə proses yekunlaşacaq”. Hazırda layihə razılaşdırma mərhələsindədir və onun yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergilər2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli olan vergilər barədə YADDAŞ.

2019-cu ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

    • Əlavə dəyər vergisi bəyannaməsi,
    • Aksiz vergisi bəyannaməsi,
    • Yol vergisi bəyannaməsi,
    • Mədən vergisi bəyannaməsi,
    • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübü üzrə bəyannaməni 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin fevral ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

  • 2019-cu ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 20.04.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 22.04.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət rüsumu haqqında Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

Dövlət rüsumuDövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci maddədə “4.1-1-ci və 4.1-2-ci” sözləri “4.1-1 – 4.1-3-cü” sözləri ilə əvəz edilsin.

2. 4.1-3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-3. Bu Qanunun 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”.

3. aşağıdakı məzmunda 4.1-4-cü maddə əlavə edilsin:

“4.1-4. Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-3-cü maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.


“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Faylı yükləyin: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Aylıq cəmi 7000 AZN məvaciblə Maliyyə Direktoru tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə DirektoruVəzifə: Maliyyə Direktoru

İşəgötürən: Kontinent İnşaat MMC

Funksiyaları

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
  • Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
  • Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;

700 manat məvaciblə 1C Operatoru tələb olunur

  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin etmək;
  • Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil və icrasına nəzarət etmək;
  • Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
  • Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik;
  • Maliyyə planının hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;
  • Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir.
  • Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlanmasını idarə etmək;
  • Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmin etmək;
  • Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
  • Müstəqil auditorlara iş əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək;
  • Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları yerinə yetimək;

Vəzifəyə olan tələblər

  • Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
  • Təcrübə: Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
  • Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
  • Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı;
  • İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı;
  • Dil biliyi: Azərbaycan, Rus, İngilis.

Telegram qrupumuza üzv olun

Digər şərtlər

  • Əmək haqqı 5000-7000 azn (net)

Bilməlidir

  • Rəhbərliyin qərar, sərəncam və əmrlərini;
  • Mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
  • Müəssisənin strukturunu, onun prespektiv inkişafını;
  • Mühasibat uçotunun müəssisələrdə təşkilini;
  • Maliyyə hesablarının forma və qaydalarını;
  • Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
  • Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
  • Debitor və kreditorlarla hesablaşma qaydalarını;
  • Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
  • Yoxlanış və sənədli təftişin qaydalarını;
  • Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
  • İqtisadiyyatın əsaslarını, istehsalın, əməyin və idarəetmənin təşkilini;
  • Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
  • Əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Maraqlanan namizədlərdən öz cv-lərini hr@kontinent.az / info@finstaff.az ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.