Azərbaycanda 24 yerli və 1 xarici şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0
şirkət“REAL BAKI FUTBOL KLUBU” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1304458321

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 41 ünvanına bildirə bilərlər.


“RT GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1403911011

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev, ev 9A, mənzil 4 ünvanına bildirə bilərlər.


“SAFE SPACE” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1903525851

Ləğv olunduğunu elan. Kreditorlar tələblərini AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanına bildirə bilərlər.


“NELDER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1302733571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov, ev 20, mənzil 22/23 ünvanına bildirə bilərlər.


“ECOLIME” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1701481241

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva 55, mənzil 23 ünvanına bildirə bilərlər.


“SYNERGY DEVELOPMENT” MMC
VÖEN: 1401444911

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva 55, mənzil 23 ünvanına bildirə bilərlər.


“VİALİNK SIĞORTA BROKERİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1702411121

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu,Aqil Quliyev, ev 15, mənzil 26 ünvanına bildirə bilərlər.


“KƏNAN” MƏNZİL TİKİNTİ KOOPERATİVİ
VÖEN: 1500263041

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 1981 məhəllə ünvanına bildirə bilərlər.


“KÜR İNŞAAT-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1100521141

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi,5 B mənzil 63 ünvana bildirə bilərlər.


“BAHAR” KİÇİK MÜƏSSİSƏSİ
VÖEN: 2000441871

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 27, mənzil 35 ünvana bildirə bilərlər.


“NM” FİRMASI
VÖEN: 1000086301

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə, ev 51 ünvana bildirə bilərlər.


“XƏZƏR” KİÇİK MÜƏSSİSƏSİ
VÖEN: 1100037471

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Səlyan şossesi, ev 25 ünvana bildirə bilərlər.


“S.B.S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1500111141

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1147, Bakı şəhəri, Binəgədi rayonu, 9-cu mikrorayon, ev 11, mənzil 23 bildirə bilərlər.


“ADVENTURE TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1402578651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 16, mənzil 9 ünvana bildirə bilərlər.


“METROMEDİA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1700511131

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəgədi rayonu, İlqar Ağayev küçəsi, ev 3, mənzil 164 ünvana bildirə bilərlər.


“NUR ÇINQIL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 8500445791

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Şəmkir rayonu, Şəmkir şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanına bildirə bilərlər.


“R.E.N.-OİL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1901037091

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanına bildirə bilərlər.


“PETEK GROUP LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1701184351

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanına bildirə bilərlər.

Əsas vəsaitlərin vergi uçotunun mühasibat uçotu ilə uzlaşdırılması

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisiHazırda ölkəmizdə mühasibat uçotu sahəsində beynəlxalq standartlara keçid dövrü gedir. Bu proses heç də asan olmur və buna görə də çoxlu sualların yaranması təbiidir. Ən başlıca məsələ isə vergi uçotunun həmin standartlara uyğunlaşdırılmasıdır. Buna dair bir çox məsələlər uçot subyektləri tərəfindən aradan qaldırılmalıdır.

Mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, ölkəmizin vergi qanunvericiliyinə əsasən, istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan maddi aktivlər əsas vəsait kimi tanınır. Bir çox mühasiblər bunu düzgün anlamırlar, çünki bu tanınma meyarı vergi uçotu məqsədləri üçündür. Mühasibat uçotunun tanınma meyarında məbləğ həddi (yəni 500 manat) mövcud deyil. Üstəlik də mühasibat standartları meyarlar üzrə əsas vəsaitin istifadəsinin subyekt üçün iqtisadi faydasının olmasını tələb edir.

Beləliklə, hazırda əsas vəsaitlərin uçotu sahəsində mühasibat standartları ilə vergi uçotu arasında fərqlərin olması bir çoxlarını narahat edir. Ancaq əslində belə bir uzlaşmanın aparılması yolları var və onlar bir-biri ilə ziddiyyət təşkil etmir.


Yeni nəsil kassa aparatları nə vaxt və kimin hesabına qoyulacaq?

Hazırda bir çox subyektlər mühasibat standartları meyarlarına cavab verən əsas vəsaitlərin dəyəri 500 manatdan az olduqda bunu birbaşa olaraq xərcə silir və uçotunu təmin etmir. Bəzi subyektlər isə daha düzgün olmayan addım atırlar: onlar bu cür aktivləri ehtiyat kimi tanıyırlar və istifadəyə verirlər.

Əvvəllər azqiymətli və tezköhnələn əşyaların xüsusi qaydada uçotu aparılırdı. Məsələn, istifadəyə verildikdə 50 faiz amortizasiya hesablanır, qalan hissə isə uçotdan silinəndə xərcə aid edilirdi. Lakin hazırda bu cür anlayış nə vergi uçotunda, nə də mühasibat uçotunda var.

Bəs əslində necə olmalıdır? Təsərrüfat subyektinin mühasibat sistemi əsas vəsait meyarlarına cavab verən bütün aktivləri elə əsas vəsait kimi tanımalıdır. Dəyəri 500 manat və az olduqda dəyər xərcə silinməli və mühasibat məqsədləri üçün əsas vəsait kimi sıfır dəyəri ilə uçotu təmin olunmalı, tam sıradan çıxana kimi isə hərəkətinə nəzarət edilməlidir. Bu aktivlərin uçotu sub-hesabda aparılmalıdır və onun göstəriciləri vergi hesabatlarında öz əksini tapmamalıdır.

Digər ciddi məsələ isə tam amortizasiya olunmuş əsas vəsaitlərin uçotu ilə bağlıdır. Bir çoxları əsas vəsaitlər işlək vəziyyətdə ola-ola, qalıq dəyəri olmadığı üçün onları uçotdan silirlər. Bu isə yolverilməzdir. Mühasibat uçotu bütün aktivlərin uçotda saxlanmasını tələb edir və əsas vəsaitin qalıq dəyərinin olmaması onun uçotdan kənarlaşdırılmasına əsas vermir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kredit ilə satış zamanı ƏDV öhdəliyi necə tanınır?

posted in: Vergi, Xəbər | 0

Kreditlə satışSual: ƏDV ödəyicisi olan hüquqi şəxs kredit ilə mobil telefonları satır. ƏDV öhdəliyi nə vaxt tanınmalıdır? Məsələn, mobil telefon 12 aylıq kreditlə satılır.

Cavab: Bildiririk ki, kreditlə təqdim edilmiş mallara görə elektron vergi hesab-fakturası 5 gün ərzində verildikdə, lakin həmin elektron vergi hesab-faktura üzrə ödəmə 30 gün müddətində həyata keçirilmədikdə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturanın verildiyi vaxt, elektron vergi hesab-fakturası 5 gün ərzində verilmədikdə və ödəmə 30 gün müddətində həyata keçirilmədikdə isə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt həmin malların göndərildiyi və ya təqdim edildiyi vaxt sayılır. Eyni zamanda bildiririk ki, hüquqi şəxs tərəfindən mallar (iş və xidmətlər) fərdi sahibkarlara və ya hüquqi şəxslərə təqdim edildikdə elektron qaimə-faktura verilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci və 166.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

700 manat məvaciblə 1C Operatoru tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 0

1C OperatorVəzifə: 1C Operator

İşəgötürən: Arsenal Group

    • Şəhər: Bakı
    • Yaş: 25 – 35 yaş
    • Təhsil: Natamam ali
    • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Bağırova Nüşabə

1800 manat məvaciblə Baş mühasib axtarılır

İş barədə məlumat

– Filiallardan daxil olan sənədlər əsasında 1C bazasının daim yenilənməsi
– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət
– 09:00-dan 18:00-dək
– Nahar şirkət hesabına verilir

Namizədə tələblər

– 1C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı
– Əla səviyyədə MS proqramlarını bilmək (əsasən excel) – və Rus dilini sərbəst bilmək
– Riyazi analitik biliklərin olması
– Ali təhsil (təhsilin maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması) üstünlükdür
– Problem həll etmək bacarığına malik
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Verilən tapşırıqların vaxtında və dəqiq icrası

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.