Qoç Ət MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVakansiya: Mühasib

İşəgötürən: Qoç Ət MMC

  • Şəhər: Bakı
  • Yaş: 24 – 55 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Elvin Qurbanov
İş barədə məlumat– “QOÇ ƏT” MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən topdan və pərakəndə satışla məşğul olan müəssisə oldugundan bu sahədə işləmiş şəxslərə daha çox üstünlük veriləcək
– İş yeri Lökbatan ərazisində oldugundan həmin ərazilərə yaxın yerlədən olan namizədlərə üstünlük verilsə də,şəhər mərkəzindən gedəcək şəxslər üçün də nəqliyyat ayrılır
– Bütün, DSMF, statistika hesabatlarının hazırlanması və göndərilməsi
– İnternet vergi idarəsində mövcud olan əməliyyatları sərbəst şəkildə icra etmək, texniki əməliyyatları qanunvericiliyin tələblərinə uyğun icra etmək
– Məşğulluq orqanına hesabatların hazırlanması və təqdim edilməsi
– İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək, VI gün 10:00-dan 15:00-dək
– Nahar şirkət tərəfindən qarşılanırCV-lərinizi fotoşəkil ilə birlikdə hr@qocet.az elektron ünvanına göndərməyiniz xahiş olunur



Namizədə tələblər

– E-gov.az elektron portalında işləyə bilmək
– Maliyyə və mühasibat sahəsində ali təhsilli olmasına üstünlük verilir
– MS Office proqramlarında
– 1C proqramını bilməli

Mənbə: kadr.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Maliyyə Departamentində Ödənişli Təcrübə Proqramı

posted in: Maliyyə, Təcrübə, Xəbər | 0

TəcrübəMaliyyə Departamentində Ödənişli Təcrübə Proqramı.

Şirkət: “Azerinteltek” QSC

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Vəzifə öhdəlikləri:

• Maliyyə Departamentində gündəlik işlərin görülməsi;
• Verilənlərin təhlil üçün yararlı hala salınması;
• Departamentin layihələrində aktiv şəkildə iştirak edilməsi;
• Hesabatların hazırlanması;


Mühasib/İnsan Resursları/Maliyyə üzrə təcrübəçilər tələb olunur

Vakant vəzifə üzrə tələblər:

• Ali iqtisadi təhsil (Maliyyə, iqtisadiyyat);
• Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması
• Ofis proqramlarında sərbəst işləmək bacarığının olması (Excel biliyinə üstünlük veriləcək)
• ACCA və digər tanınmış sertifikatlar üzrə imtahanlara hazırlananlara üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 fevral 2019-cu il tarixinədək jobs@azerinteltek.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV əvəzləşməsi: 175.1-ci yoxsa 175.4-cü maddə?

posted in: Vergi, Xəbər | 0

ədvƏDV əvəzləşməsi: 175.1-ci yoxsa 175.4-cü maddə?


Sual: Müəssisə həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan əməliyyatlar aparır. Əgər müəssisə hər iki sahənin uçotunu ayrı-ayrılıqda aparırsa ədv-yə cəlb olunan əməliyyatlara görə əldə etdiyi VHF-ları tam əvəzləşdirə bilər? Xahiş edirəm bu haqda ətraflı izah və istinad verəsiz.

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Bax: Vergi Məcəlləsinin 175-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotu haqqında Qanunda kiçik dəyişiklik edilib

posted in: muhasibat, Xəbər | 0

mühasibat“ Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Maddə 3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179) aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:

“1.3. Bu Qanun Ələt azad iqtisadi zonasına şamil edilmir. Ələt azad iqtisadi zonasında mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Mənbə: president.az


Telegram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.