Kredit ilə satış zamanı ƏDV öhdəliyi necə tanınır?

posted in: Vergi, Xəbər | 0

Kreditlə satışSual: ƏDV ödəyicisi olan hüquqi şəxs kredit ilə mobil telefonları satır. ƏDV öhdəliyi nə vaxt tanınmalıdır? Məsələn, mobil telefon 12 aylıq kreditlə satılır.

Cavab: Bildiririk ki, kreditlə təqdim edilmiş mallara görə elektron vergi hesab-fakturası 5 gün ərzində verildikdə, lakin həmin elektron vergi hesab-faktura üzrə ödəmə 30 gün müddətində həyata keçirilmədikdə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturanın verildiyi vaxt, elektron vergi hesab-fakturası 5 gün ərzində verilmədikdə və ödəmə 30 gün müddətində həyata keçirilmədikdə isə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt həmin malların göndərildiyi və ya təqdim edildiyi vaxt sayılır. Eyni zamanda bildiririk ki, hüquqi şəxs tərəfindən mallar (iş və xidmətlər) fərdi sahibkarlara və ya hüquqi şəxslərə təqdim edildikdə elektron qaimə-faktura verilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci və 166.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

700 manat məvaciblə 1C Operatoru tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 0

1C OperatorVəzifə: 1C Operator

İşəgötürən: Arsenal Group

    • Şəhər: Bakı
    • Yaş: 25 – 35 yaş
    • Təhsil: Natamam ali
    • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Bağırova Nüşabə

1800 manat məvaciblə Baş mühasib axtarılır

İş barədə məlumat

– Filiallardan daxil olan sənədlər əsasında 1C bazasının daim yenilənməsi
– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət
– 09:00-dan 18:00-dək
– Nahar şirkət hesabına verilir

Namizədə tələblər

– 1C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı
– Əla səviyyədə MS proqramlarını bilmək (əsasən excel) – və Rus dilini sərbəst bilmək
– Riyazi analitik biliklərin olması
– Ali təhsil (təhsilin maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması) üstünlükdür
– Problem həll etmək bacarığına malik
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Verilən tapşırıqların vaxtında və dəqiq icrası

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bizə göstərilən xidmət üçün E-qaimə verilməyibsə, xərcə silə bilərik?

posted in: Xəbər | 0

E-qaiməSual: Xidməti müqavilə bağlanarkən xidmət göstərən qarşı tərəfə e-qaimə göndərməzsə xidmət göstərənə ödənilən məbləğ gəlirdən tutulan xərclərə aid edilə bilərmi?

Cavab: Bildiririk ki, statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura və elektron vergi hesab-fakturadan vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır. Bununla belə qeyd olunmalıdır ki, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədi xərc sənədi kimi nəzərə ala bilər.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.8.2-ci, 71-1-ci və 109.8-ci maddələri, Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi məcəlləsində son dəyişikliklər” mövzusunda təlim keçiriləcək

posted in: Vergi, Xəbər | 0

NağdsızVergi məcəlləsində son dəyişikliklər mövzusunda təlim keçiriləcək

Hörmətli sahibkarlar!

Sizi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə Vergi məcəlləsində son dəyişikliklər mövzusunda 14-15.02.2019  tarixlərində məlumatlandırıcı seminarda iştirak etməyə dəvət edirik.

Seminar Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı Rəşad Əhmədov tərəfindən keçiriləcək. Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/Wd5qje linkində qeydiyyatdan keçmək mütləqdir.

Seminarın keçirilmə tarixi:               14 – 15.02.2019

Başlama saatı:                                10:00 – 12:00

Ünvan:                                             Bakı ş, Akad. Həsən Əliyev küç., 57, 3-cü mərtəbə (ASK-nın ofisi)

Son qeydiyyat tarixi:                        13.02.2019, saat 17:00-a qədər

Tam proqram üzrə seminarda iştirak edənlərə sertifikat təqdim olunacaq.

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir.

Ödənişi təsdiq edən sənəd ən gec təlimin ilk günü təqdim olunmalıdır!

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

Hesab: AZ11TURA38090005629800100944

VÖEN: 1300024361

 

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Tel: (994 12) 465 72 42 (daxili: 113)

Mənbə: ask.org.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.