» » » Kredit ilə satış zamanı ƏDV öhdəliyi necə tanınır?

Kredit ilə satış zamanı ƏDV öhdəliyi necə tanınır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Kreditlə satışSual: ƏDV ödəyicisi olan hüquqi şəxs kredit ilə mobil telefonları satır. ƏDV öhdəliyi nə vaxt tanınmalıdır? Məsələn, mobil telefon 12 aylıq kreditlə satılır.

Cavab: Bildiririk ki, kreditlə təqdim edilmiş mallara görə elektron vergi hesab-fakturası 5 gün ərzində verildikdə, lakin həmin elektron vergi hesab-faktura üzrə ödəmə 30 gün müddətində həyata keçirilmədikdə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturanın verildiyi vaxt, elektron vergi hesab-fakturası 5 gün ərzində verilmədikdə və ödəmə 30 gün müddətində həyata keçirilmədikdə isə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt həmin malların göndərildiyi və ya təqdim edildiyi vaxt sayılır. Eyni zamanda bildiririk ki, hüquqi şəxs tərəfindən mallar (iş və xidmətlər) fərdi sahibkarlara və ya hüquqi şəxslərə təqdim edildikdə elektron qaimə-faktura verilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci və 166.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.