Nağdsız hesablaşmalarla bağlı fərmanda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Nağdsız hesablaşmalarNağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2093) 3-cü hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2019-cu il.


Tam mətn aşağıdakı kimidir:

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli və “ Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanlarında və 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 224) 1-ci hissəsindən “, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini” sözləri çıxarılsın.

2. “ Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2093) 3-cü hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 409 nömrəli fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 14.1-ci bənddən “, lombardlara” sözü çıxarılsın;

3.2. aşağıdakı məzmunda 19-cu hissə əlavə edilsin:

“19. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından:

19.1. Məcəllənin 598-ci (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri və onun müavinləri.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2019-cu il.

Mənbə: president.az

İşçinin iş şəraiti ilə təmin olunması xərcləri gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0

 iş şəraitiSual: İşçini müvafiq iş şəraiti ilə təmin etmək lazımdır, o cümlədən iş yerində təmizlik olmalıdır. Bu ya servis kimi digər şəxs (fiziki və ya hüquqi) tərəfindən həyata keçirilə bilər, ya da işəgötürənin işçisi tərəfindən. Bu, Əmək Məcəlləsində (həmçinin əmək müqaviləsində) nəzərdə tutulduğu kimi, əməyin mühafizəsi sahəsində qanunvericilik tərəfindən də tələb olunur, buna görə də məcburidir, eyni zamanda əmək müfəttişliyi tərəfindən buna nəzarət edilir. Əks halda cərimə tətbiq olunur. İşçini təmiz iş yeri ilə təmin etməklə əlaqədar xərclər gəlirdən çıxılırmı?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Təmizliyin təmin olunması üzrə xərclər gəlirin əldə olunması ilə bağlı deyil, eyni zamanda Əmək Məcəlləsinin müddəalarında təmizliyin təmin olunmasına dair tələb olsa da, müvafiq qanunvericilikdə hər hansı icabri ödəniş nəzərdə tutulmadığından sorğunuzda qeyd olunan müvafiq xərclər gəlirdən çıxılmır.

Bax: Vergi Məcəlləsinin 108-ci və 109.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi KİV-lərə müraciət edib

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi“Media qurumları və jurnalistlər istədikləri vaxt gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi proseslərini əyani şəkildə müşahidə edə, deyilənlərin həqiqətən də şayiə olduğunu bariz şəkildə görə bilərlər”. Bu barədə Dövlət Gömrük Komitəsi-nin (DGK) mətbuat xidmətinin qurumla bağlı bir sıra KİV-lərdə dərc olunan məlumatlarla əlaqədar yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, DGK hər zaman gömrük-media əməkdaşlığına xüsusi önəm verir:

“Ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda hər hansı fakta əsaslanmayan məlumatlar yayılıb.

Belə ki, bu qəbildən olan yazılarda Dövlət Gömrük Komitəsi və onun rəhbərliyinin korrupsiya və rüşvətə qarşı atdığı addımlar alqışlansa da, DGK-nın strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu sahədə neqativ halların hələ də mövcudluğundan bəhs olunur.

Əslində media nümayəndələrinin gömrükdə baş verən prosesləri, xüsusilə komitə rəhbərliyinin də dəfələrlə vurğuladığı kimi mənfi halları diqqətdə saxlaması müsbət haldır və gömrük-media əməkdaşlığının inkişafından xəbər verir. Lakin, bu zaman yalnız konkret faktlara istinad edilməsi, ümumi işə və gömrük-media əməkdaşlığına fayda verə bilər. Qeyd edək ki, yazıda konkret şəxslər, yüklər, bəyannamələr və ya gömrük araşdırması üçün hər hansı dəlil təşkil edəcək vasitə olmadığından, müəllifin özünün də ifadə etdiyi kimi bunları yalnız şayiə və ya kiminsə təxəyyülünün məhsulu adlandırmaq olar.

Bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə gömrük orqanlarının fəaliyyətinə dair yazıları hazırlayarkən konkret faktlara söykənməyi tövsiyə edir”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fiziki şəxslərdən tutulan əmlak vergisi barədə bilmədiklərimiz

posted in: Vergi, Xəbər | 0

əmlak vergisiBu yazımızda fiziki şəxslərdən tutulan əmlak vergisi barədə qeyd etmək istədik.

Vətəndaşlar və qeyri-vətəndaş fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri əmlak vergisinə cəlb olunur.

Fiziki şəxslərin mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə – müvafiq əmsalların qeyd edildiyi qaydalar http://e-qanun.az/framework/29860)

  • Bakı şəhərində 40 qəpik
  • Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu – 30 qəpik
  • Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 20 qəpik
  • Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik

Misal: 50 kvadratmetr ölçüsündə olan yaşayış sahəsinin yalnız 20 kvadratmetri vergiyə cəlb olunur.

Cari il üzrə əmlak vergisinin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini hər il avqustun 1-dən gec olmayaraq vergi ödəyicisi olan əmlak mülkiyyətçilərinə verməlidirlər.

Onu da xatırladaq ki, misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının, müharibə əlillərinin, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin, pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
You need to add a widget, row, or prebuilt layout before you’ll see anything here. 🙂