Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

posted in: Vergi, Xəbər | 0

Qeydiyyata alınmış vergi ödəyiciləriQeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb.

2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9.829 (1.122 hüquqi şəxs, 8.707 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 48,9 faizi regionların payına düşüb. Bununla da 1 fevral 2019-cu il tarixinə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979.330-a çatıb. Ay ərzində 1.083 kommersiya hüquqi şəxsin 63,7 faizi; 8.707 fiziki şəxsin isə 3,3 faizi qeydiyyatdan elektron qaydada keçib.

Telegram qrupumuza üzv olun

2019-cu ilin ilk ayında qeydiyyata alınmış təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4.332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Qeydiyyatdan keçmiş NKA-ların sayı 2.293, POS-terminalların sayı isə 890 olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7 faiz və 26,8 faiz çoxdur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan olunur

1 ildən aşağı iş təcrübəsi, mühasib köməkçisi, vakansiyaMühasib köməkçisi vəzifəsi üzrə vakansiya tələb olunur.

Vakansiya: Mühasib köməkçisi

İşəgötürən; AZM Trading MMC

  • Şəhər – Bakı
  • Yaş – 22 – 28 yaş
  • Təhsil – Ali
  • İş təcrübəsi – 1 ildən aşağı
  • Əlaqədar şəxs – Səmədova Kəmalə

Telegram qrupumuza üzv olun

Vakansiya haqqında məlumat

  • Malların və xidmətlərin mədaxil, məxaric, anbarlar arası yerdəyişmə, qiymət qoyulması komletasiyaların icrası, kassa mədaxil məxaric orderlərinin, bank çıxarışlarının və kassa çeklərinin işlənilməsi
  • Həftə içi 6 gün, saat 08:00-dan 18:00-dək
  • Nahar şirkət hesabına

Mühasib köməkçisi bunları bilməli

  • Mühasibatlıq sahəsi üzrə 1 il iş təcrübəsi
  • Excel proqramında işləmək bacarığı olmalı
  • Azərbaycan və Rus dili yaxşı səviyyədə bilməli
  • Mühasibatlıq və vergi üzrə biliklərə malik olmaq
  • MS Office programlarında sərbəst işləməli
  • 1C (8.3 rus versiya) sərbəst işləmək
Telefon: (012) 496-81-13, (077) 717-00-38

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Yeni nəsil kassa aparatları quraşdırılandan sonra yoxlama aparılmayacaq

posted in: Xəbər | 0

YoxlamaNazir müavini: Yeni nəsil kassa aparatları quraşdırılandan sonra yoxlama aparılmayacaq.


“İstehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması istiqamətində ciddi işlər gedir”.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması ilə bağlı infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür: “Artıq bir neçə müəssisədə, yanacaqdoldurma məntəqələrində, ticarət müəssisələrində yeni nəsil kassa aparatları quraşdırılıb. Bu kassa aparatları real vaxt rejimində işləyir. Yəni, nəzarət-kassa aparatına çek vurulan məqamda həmin göstəricilər Vergilər Nazirliyinin bazasında görünür. Bu, hələlik test rejimindədir. Biz indiki halda hansı sualların ortaya çıxacağını müəyyənləşdiririk. Qaytarılma mexanizmi ilə bağlı çoxlu müraciətlər olur. Bu, çox sadə mexanizmdir. Qanunvericiliyə əsasən malların geri qaytarılma müddəti, yəni 15 gün keçəndən sonra bu vəsaitlər avtomatik olaraq alıcının, vətəndaşın bank hesabına qaytarılmalıdır. Amma bu yeni nəsil kassa aparatları quraşdırılan yerdə mümkün olacaq. Biz ümid edirik ki, həm alıcılar, həm satıcılar burada maraqlı olduğundan yeni nəsil kassa aparatlarının tətbiqinə mümkün qədər tez başlayacaqlar. Çünki, alıcılar POS-terminal vasitəsi ilə ödəniş aparılanda 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq. Sahibkarlar da bu məsələdə güzəştlərdən yararlana biləcək”.

S.Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi ilin sonuna qədər iri şəhərlərdə yeni nəsil kassa aparatlarının quraşdırılması prosesinin başa çatmasına çalışacaq.

“Daha sonra digər şəhər və rayonlarda da yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanacaq. Biz çalışırıq mümkün qədər bu proses tez olsun. Bilirsiniz, bu, çox rahatlıq yaradacaq. Yəni, yeni nəsil kassa aparatları quraşdırılandan sonra məlumatların bir çoxu kassa çekində öz əksini tapacaq, biz yoxlama aparmayacağıq. Yəni, yoxlamalara ehtiyac qalmayacaq. Bizim də işimiz asanlaşacaq. Ən vacibi odur ki, vergi ödəyicilərinin işi asanlaşacaq və vətəndaşlarımız da bundan qazanacaq”, – deyə Nazir müavini vurğulayıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələr üçün Ödənişlə Maliyyə üzrə Təcrübə Proqramı elan olunur

posted in: Təcrübə, Xəbər | 0

Maliyyə üzrə Ödənişlə Təcrübə ProqramıTələbələr üçün Ödənişlə Maliyyə üzrə Təcrübə Proqramı elan olunur

Vəzifə: Ödənişlə Maliyyə üzrə  Təcrübə Proqramı

İşəgötürən: Deliver Baku

  • Şəhər – Bakı
  • Yaş – 18 – 25 yaş
  • Təhsil – Natamam ali
  • İş təcrübəsi – 1 ildən aşağı
  • Əlaqədar şəxs – Nəzrin xanım
  • Telefon – (051) 400-45-65, (012) 436-82-57
  • E-mail – info@deliverme.az / info@finstaff.az
  • Əmək haqqı: 100 AZN

Telegram qrupumuza üzv olun

Təcrübə proqramı barədə məlumat

  • İş qrafiki yarı gün
  • Maliyyə direktorunun tabşərəqlarını yerinə yetirmək
  • Məlumatların sistemə daxil edilməsi və s
  • Maya dəyərinin hesablanmasında iştirak

Namizədə tələblər

  • 3-4 – cü kurs tələbələri (maliyyə, mühasibatlıq və audit ixtisasları üzrə)
  • Maliyyə sahəsi üzrə analitik biliklər
  • Komputer proqramlarında sırbıst işləmək bacarığı (Excel, 1C mühasibatlıq)

 

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.