» » » Fəaliyyət dayandırılıbsa Sosial Sığorta hesabatı verilməlidirmi?

Fəaliyyət dayandırılıbsa Sosial Sığorta hesabatı verilməlidirmi?

posted in: muhasibat, Vergi, Xəbər | 0
birbank biznes

sosial sığorta hesabatıFəaliyyət dayandırılıbsa Sosial Sığorta hesabatı verilməlidir?

Sual: Əgər müəssisə 2018-ci ilin 1-ci rübündə fəaliyyət göstərib, sonra vergi orqanına ərizə ilə müraciət edərək fəaliyyətini 2-ci rübdən etibarən dayandırmışsa və 2018-ci ilin sonuna qədər fəaliyyətini bərpa etməmişdirsə (fəaliyyəti olmamışsa) 2018-ci ilin 4-cü rübü üçün MDSS və İşsizlik üzrə hesabatları vergi orqanına təqdim etməlidirmi?


Telegram qrupumuza üzv olun

Cavab: Vergi ödəyicisi fəaliyyətini dayandırdığı son hesabat dövrü üçün vergi və sosial sığorta hesabatı təqdim etməlidir. Sorğunuzda vergi ödəyicisinin 2018-ci ilin 4-cü rübü ərzində fəaliyyəti olmadığı üçün həmin dövr üçün bəyannamə təqdim etməsi tələb olunmur.

Eyni zamanda sadələşdirilmiş verginin və əlavə dəyər vergisinin ödəyiciləri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni illik olaraq hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edirlər. Bəyannamələrin təqdim edilməsi ilə bağlı məlumatı saytımızın “Vergi bəyannaməsini verən şəxslər” və “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri” bölmələrindən əldə edə bilərsiniz.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.