Microsoft Excel 2019 – Ən vacib 10 yenilik!

posted in: Excel, Xəbər | 0

Microsoft Excel 2019 – Ən vacib 10 yenilik!

Bildiyiniz kimi, Microsoft, 24 sentyabr 2018-ci il tarixdə yeni Microsoft Office 2019 paketini bazara təqdim etdi. Bütün ofis proqramlarını yeniləmiş, vizual olaraq zənginləşdirmiş və inqilabi dəyişikliklər etmiş oldu. Bu yazıda, Excel 2019-dakı ən əhəmiyyətli yeniliklərdən bəhs edəcəyik. Bu yenilikləri – Menu dizaynı, yeni funksiyalar, diaqramlar, pivot cədvəllər, Power Pivot, Power Query, dinamik silsilələr (dynamic arrays) və yeni Data növləri altında qruplaşdıra bilərik.

Qeyd: Aşağıda qeyd etdiyimiz yeni xüsusiyyətlərin hər biri hələlik Insiders kateqoriyalı istifadəçilərdə aktivdir. Aylıq və ya yarımillik Office 365 abunəçilərində mərhələli olaraq hər biri aktivləşdiriləcəkdir.

1. Menu Dizaynı

Aşağıda, hər menuya aid skrinləri görə bilərsiniz. Yenilənmiş menu dizaynı fantastikdir, çox zövqlü və baxımlıdır.

Home
Insert
Page Layout
Formulas
Data
Review
View
Help
Developer
Power Pivot
2. Funksiyalar6 ədəd yeni funksiya əlavə edilmişdir. Hər biri haqqında ətraflı yazılar olacaq. Hələlik qısa overview:

  • CONCAT: Tanış olduğumuz CONCATENATE funksiyasının gördüyü işi görür, lakin “adaşından” həm daha qısa və yığcamdır, həm də diapazonlarla işləmə bacarığınıa sahibdir.
  • IFS: Bir-birinin içində onlarla IF yazmaq əvəzinə, IFS ilə 127 ədəd fərqli şərti test edib, hər birinə müvafiq dəyəri daha rahat yazırıq.
  • MAXIFS: Birdən çox kriteriyaya əsasən ən yüksək dəyərin hesablanmasında istifadə ediləcəkdir.
  • MINIFS: Birdən çox kriteriyaya əsasən ən kiçik dəyərin hesablanmasında istifadə ediləcəkdir.
  • SWITCH: DAX-dan sonra, Excel-də də bu funksiya artıq istifadə edilə biləcəkdir. IFS funksiyasının etdiyinə oxşar funksionallıq göstərir.
  • TEXTJOIN: Seçəcəyimiz delimiter ilə, mətnləri birləşdirməyə yarayır.

3. Diaqramlar

2 ədəd yeni diaqram növü əlavə edilmişdir:

Map Chart

Funnel Chart

4. Yeni Data Növləri

General, Number, Currency, Date, Time, Text kimi data növlərindən sonra, Excel 2019 modelində 2 ədəd yeni data növünü əlavə edib – Stock və Geography.

Ölkə adlarını bir sütuna yazdıqdan sonra yeni Data menusu altında Data Types bloku var.

Geography data növünü seçdikdən sonra həmin ölkələrə aid istənilən məlumat real-time olaraq çəkə bilərik.

İkinci data növümüz isə Stocks-dur, yəni səhmlər. Bu dəfə, şirkət adlarını daxil edərək, onlara aid bütün məlumatı sadə əməliyyat ilə çəkə bilərik:

5.Power BI ilə inteqrasiya

File >> Publish >> Publish to Power BI adresinə gedib, Excel-inizdə olan məlumatları Power BI platformuna transfer edə bilərsiniz.

6. Dinamik Silsilələr (Dynamic Arrays)

Array formullarında istifadə etdiyimiz Ctrl+Shift+Enter kombinasiyasını unutmaq olar. Yeni dinamik silsilələrlə, formul tək bir xanaya yazılmaqla, seçdiyimiz bütün diapazona aid edilə bilər. Faylın həcmini böyütmədən! Bu yenilik Excel 2019-un ən vacib və ən inqilabi yeniliyidir!

Yeni silsilə funksiyaları ilə tanış olun – UNIQUEFILTERSORTSORTBY.

7. Pivot Cədvəllər

  • İstəyə uyğun dizaynı müəyyən etmək, başqa xanalardan formatı import etmək, default Pivot cədvəl özəlliklərini qeyd etmək.
  • Data Modelində yer alan cədvəllərarası əlaqələrin avtomatik müəyyən edilməsi.
  • Measure-ların PivotTable Fields blokundan daha rahat qurulması, edit edilməsi, silinməsi.
  • Tarix formatlı dəyərlərin avtomatik ay/kvartal/il olaraq qruplaşdırılması. Power BI-dakı mexanizm kimi.

8. Şəkil formatlı yazıları Excel cədvəlinə çevirmək

Mobil telefonlar vasitəsilə çəkilmiş şəkilləri, mobil telefonunuzdakı Excel proqramında Excel cədvəlinə çevirə bilərik. Yeni şəkil tanıma mexanizmi ilə artıq əllə daxil etmədən qurtuluruq. Çox güman ki, Excel-in sonrakı versiyalarında bunun desktop versiyaları da təqdim ediləcəkdir.

9. İdeyalar

Ən son analitik vasitələrdən biri olan Ideas, datamızı anında analiz edib, vacib məqamlarını ortaya çıxarır. Bunun üçün data – tabular formatda olmalı, cədvəl olaraq formatlanmalı və ümumi xana sayı 250 mini keçməməlidir. Aşağıda, Microsoftun hazırladığı qısa tanıtımla tanış ola bilərsiniz.

10. Daha sürətli LOOKUP və MATCH

Əvvəllər dəqiqələr çəkən hesablamalar, yeni alqoritmlər ilə saniyələrə endirilir və faylın həcminə heç bir mənfi təsir göstərmir.

Hər mövzu haqqında daha sonra daha ətraflı yazılar olacaq.

Mənbə: xlstuff.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gələn ay 10 gün iş olmayacaq

posted in: Xəbər | 0

20 Yanvar qeyri-iş günüGələn ay 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün qeyri-iş günü olacaq.

Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.

Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün qeyri-iş günü olacaq. Martın 11-i isə iş günüdür.

Martın 2024-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

Martın 27-də isə növbəti iş günüdür.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyinin təşkilatçılığı ilə beynelxalq forum keçirilir

posted in: Vergi, Xəbər | 0

Bakıda beynəlxalq forum işə başlayıbBeynəlxalq forum

Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə” mövzusunda Forum öz işinə başlayıb. Tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarətdir.


Telegram qrupumuza üzv olun

Vergilər naziri Mikayıl Cabbarov Forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən vergilər naziri bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb.

IOTA-nın İcraçı katibi Migel Silva Pinto beynəlxalq Forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib. Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Forum öz işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər. IOTA-nın Katibliyinin nümayəndələri Forumun 2018-2019-cu illər üzrə mandatı barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadənin perspektivləri barədə çıxış ediblər.

Forum öz işini fevral ayının 21-dək davam etdirəcəkdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda banka getmədən hesab açmaq mümkün olacaq

posted in: Bank, Xəbər | 0

Azərbaycanda banka getmədən hesab açmaq mümkün olacaqHesab

Azərbaycanda bank hesablarının açılması ilə bağlı yeni qaydalar hazırlanıb və müzakirədədir.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov məlumat verib.

“Bu qaydalar bazara bir sıra yeniliklər gətirəcək. Vətəndaşlar evdən və yaxud iş yerindən hesab aça biləcəklər.

Ümumiyyətlə, “ASAN finans” sisteminin və bu layihə çərçivəsində “Elektron hökumət” portalının verdiyi imkanlardan istifadə etməklə könüllü və icbari sığorta bazarını genişləndirmək mümkündür. Maliyyə sektorunun ana hədəflərindən biri rəqəmsallaşma, müştəri məmuniyyətinin təmin olunmasıdır. Ötən il cari hesablar üzərindən elektron əməliyyatlarin payı 24%-ə çatıb ki, bu da təxminən 2 dəfə artım deməkdir. Lakin biz bununla kifayətlənməməliyik”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.