» » » Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi?

Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

müqavilə Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi?

Vergi orqanlarında uçotda olan fiziki şəxslər üzrə

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü müstəqil olaraq hesablayıb bəyan edilməklə dövlət büdcəsinə ödəyir.

 Vergi orqanlarında uçotda olmayan fiziki şəxslər üzrə


Telegram qrupumuza üzv olun

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2018-ci il üzrə 173 manat) nəzərə alınmadan ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanıb, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödəməlidir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.