13 yerli və 2 xarici şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0

şirkətAzərbaycanda 13 yerli və 2 xarici şirkət ləğv olundu.


“Green Park Shamkir” MMC

VÖEN: 8501328041

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Şəmkir şəhəri, Sabir küçəsi, ev 75 ünvanına bildirə bilərlər.


“SYNERGY TRADING” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403139901

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, ev 55 ünvanına bildirə bilərlər.


“SYNERGY HOSPITALITY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403123971

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, ev 55 ünvanına bildirə bilərlər.


“MAPA İNŞAAT VE TİCARET ANONİM” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI (Ləğv prosesindədir)

VÖEN: 1601261551

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nəsimi rayonu E.Tağızadə küçəsi 18A ünvanına bildirə bilər


BİLƏSUVAR MELİOSERVİS İDARƏSİ

VÖEN: 4100084871

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Biləsuvar Suvarma Sistemləri idarəsinə bildirə bilərlər.


“QARABAĞ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1700780451

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 34 A. ünvanına bildirə bilərlər.


ŞƏKİ MELİOSERVİS İDARƏSİ

VÖEN: 3000095681

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Şəki Suvarma Sistemləri idarəsinə bildirə bilərlər.


“KƏNAN” MƏNZİL TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1500263041

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 1981 məhəllə ünvanına bildirə bilərlər.


“EURASİAN GLOBAL ENERGY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1602969191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 48 mənzil 61 ünvanına bildirə bilərlər.


“HOERBIGER ZANDOV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1402538571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nobel prospekti, 25E, Ağ Şəhər Ofis Binası 8-ci mərtəbə, AZ1025 ünvanına bildirə bilərlər.


“ELİT-DİZAYN” FİRMASI

VÖEN: 1400748021

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 4 A, mənzil 1 ünvanına bildirə bilələr.


“BELFA” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

VÖEN: 1400072831

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, mədən3, ev 53 C ünvanına bildirə bilərlər.


LEQNO-NEFTÇALA MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 6500008291

“MKT İSTEHSALAT KOMMERSİYA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTƏ (VÖEN: 9900008361) qoşularaq ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Heydər Əliyev prospekti 95 ünvanına bildirə bilələr.


“İNNOVASİYA FERMER TƏSƏRRÜFATI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2200242641

“MKT İSTEHSALAT KOMMERSİYA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTƏ (VÖEN 9900008361) qoşularaq ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Heydər Əliyev prospekti 95 ünvanına bildirə bilərlər.


“İNTERSUN MENECMENT KOMPANİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1600562751

“İNNOVA KONSTRAKŞN ƏND KONTRAKTİNQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTƏ (VÖEN: 9900018041) qoşularaq ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 90 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Geri tarixlə ƏDV qeydiyyatına dayandıqda hansı dövrlər üçün ƏDV-ni əvəzləşdirə bilərik?

posted in: Vergi, Xəbər | 0

ƏDVGeri tarixlə ƏDV qeydiyyatına dayandıqda hansı dövrlər üçün ƏDV-ni əvəzləşdirə bilərik?

Sual: Vergi Məcəlləsinin 157.3.3. maddəsinə əsasən əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşmüş şəxs həmin əvvəlki 3 illik dövr ərzində aldığı EVHF-lara əsasən nağdsız ödədiyi Əlavə Dəyər Vergisini əvəzləşdirə bilərmi?
Cavab: Qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə Əlavə Dəyər Vergisi ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün Əlavə Dəyər Vergisi üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü, 177.5-ci maddələri

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi

posted in: Xəbər | 0

Qeyri-kommersiyaQeyri-kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi

Sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri-kommersiya təşkilatı aldığı əvəzsiz köçürmələri, üzvlük haqlarını və ianələri “Mənfəət vergisinin bəyannaməsi”nin müvafiq sətirlərində əks etdirməklə vergi orqanına təqdim etməlidirmi?
Vergi Məcəlləsinin 149.1.5-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri kommersiya təşkilatları tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin təqdim olunması nəzərdə tutulduğundan, sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsi, 149.1.5-ci maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sığorta haqlarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

Sığorta haqlarıVergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır. İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır. Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi və sosial qanunvericilikdə həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılan sığorta müqavilələrinə görə gəlirlərin vergi və məcburi dövlət sosial sığorta hesablanmasından tam azad olunmasında məqsəd sığorta bazarının formalaşdırılması üçün əlavə maliyyə mənbələrinin yaradılması və buna dövlət dəstəyinin göstərilməsidir. Bu güzəştlərin təsiri olaraq 2016-2017-ci illərdə həyatın yığım sığortası üzrə sığorta şirkətləri tərəfindən, müvafiq olaraq, təxminən 80 və 138 milyon manat sığorta haqları toplanıb:

“Ölkəmizdə sığorta bazarının formalaşması prosesi başa çatdığı üçün vergi və sosial qanunvericilikdə bu güzəşt üzrə müəyyən azalmaların tətbiq edilməsinə ehtiyac yarandı. Bundan əlavə, sosial sığorta üzrə bu tip güzəştin olmasının nəticəsi gələcəkdə işçinin pensiya təminatına öz mənfi təsirini göstərir. Çünki bu güzəştlərin tətbiqi nəticəsində sosial sığorta ödəməyən işçinin pensiya kapitalında lazımi vəsait formalaşmaması səbəbindən, işçinin pensiya təminatı olmur və ya az məbləğdə formalaşır”.

İqtisadçı qeyd edib ki, bu il yanvarın 1-dən işçinin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır: “Oxşar hal sosial qanunvericiliyə tətbiq edildiyindən, həmin gəlirlərin 50 faizə qədər hissəsi məcburi dövlət sığorta hesablamalarına cəlb olunur. Bir məsələni xüsusi vurğulayaq ki, Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanunun müddəaları 1 yanvar 2019-cu ilədək bağlanmış həyatın yığım sığortası müqavilələrinə də tətbiq olunur”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.