» » » Geri tarixlə ƏDV qeydiyyatına dayandıqda hansı dövrlər üçün ƏDV-ni əvəzləşdirə bilərik?

Geri tarixlə ƏDV qeydiyyatına dayandıqda hansı dövrlər üçün ƏDV-ni əvəzləşdirə bilərik?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVGeri tarixlə ƏDV qeydiyyatına dayandıqda hansı dövrlər üçün ƏDV-ni əvəzləşdirə bilərik?

Sual: Vergi Məcəlləsinin 157.3.3. maddəsinə əsasən əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşmüş şəxs həmin əvvəlki 3 illik dövr ərzində aldığı EVHF-lara əsasən nağdsız ödədiyi Əlavə Dəyər Vergisini əvəzləşdirə bilərmi?
Cavab: Qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə Əlavə Dəyər Vergisi ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün Əlavə Dəyər Vergisi üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü, 177.5-ci maddələri

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.