Türkmənistanda təhsil sistemində mühasiblər işdən çıxarılıb

posted in: Xəbər | 0

mühasiblərTürkmənistanda təhsil sistemində mühasiblər işdən çıxarıldı

Bu uşaq bağçalarında ödənişlərin artmasına gətirib çıxardı

Türkmənistanda Aşqabad şəhər təhsil idarəsi sistemindən mühasiblər işdən çıxarılıb. Bu uşaq bağçaları üçün ödənişlərin artımına gətirib çıxarıb.

Bu haqda Xronika Turkmenistana saytı məlumat verib. Bundan sonra valideynlər ödənişləri bank vasitəsilə həyata keçirməlidirlər. ANT saytının verdiyi məlumata görə, bu səbəbdən uşaqlar üçün bağçalara ödənilən məbləğ yüksəlib: adamlar ayda 80 türkmən manatı əvəzinə indi 86,9 manat ödəyirlər ki, bunun 5 manatı bankın komisiyası kimi, 1,9 manatı isə bu zaman verilən qəbzə görə tutulur. Həmin qəbzi isə valideynlər məktəbəqədər uşaq müəssisələrinə təhvil verməlidirlər.

Həmçinin qeyd etmək lazımdır ki, aylıq ödənişlərin yüksəlməsi ilə yanaşı valideynlər üçün daha bir problem də özünü qabarıq nümayiş etdirməyə başlayıb. Belə ki, onlar ayda bir dəfə iş vaxtı ödənişləri etmək üçün banklarda növbə gözləməli olacaqlar. Bundan əvvəl isə uşaq bağçalarına görə ödənişləri valideynlərdən məktəbəqədər uşaq müəssisənin əməkdaşlarından biri toplayırdı və şəhər təhsil idarəsinin mühasibatlığına çatdırırdı, orada isə Təhsil nazirliyi üçün aylıq maliyyə hesabatı tərtib olunurdu.


Telegram qrupumuza üzv olun

Şöbələrdə xərclərin optimallaşdırılması çərçivəsində uşaq bağçalarına ödənişlər üzrə daxil olan vəsaitlərin uçotu və nəzarəti ilə məşğul olan 28 əməkdaş işdən çıxarılıb. Türkmənistanda həmçinin elmlər Akademiyası institutlarında aparılan islahatlar nəticəsində  əməkdaşların üçdə bir hissəsini də işdən çıxaracaqlar. Tikinti nazirliyindən isə artıq yüzlərlə əməkdaş ixtisara salınıb.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Elektron ticarət zamanı bank tərəfindən tutulan ƏDV-ni əvəzləşdirmək mümkündür?

posted in: Vergi, Xəbər | 0
Elektron ticarət zamanı bank tərəfindən tutulan ƏDV-ni əvəzləşdirmək mümkündür?ƏDV-ni əvəzləşdirmək
Sual: Paypal vastəsi ilə ödəniş edilən zaman 18% ƏDV bank tərəfindən tutulubsa geri qaytarmaq mümkündü? ƏDV əvəzləşməsi necə olur? Pul kisəsi deyil, ödəniş vastəsidi. Malların alınması ilə bağlı pul köçürülüb.

Cavab: Bildiririk ki, virtual ticarət meydanlarından, o cümlədən də www.ebay.com saytından malların elektron ticarət qaydasında satışının ƏDV-yə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Paypal, Alipay kimi qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən ödənişin aparılmasına görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.

Bank tərəfindən tutulan əlavə məbləğlər və artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib

İşəgötürən: “Qoç Ət” MMC

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 25 -55 yaş
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Elvin Qurbanov
  • Əmək haqqı: 800 – 900 AZN
  • Telefon: (012) 496-35-68-14
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə, 09:30-dan 18:30-dək, şənbə günü isə 10:00-dan 16:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən qarşılanır


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər

– Cinsi Kişi / Qadın
– Yaş həddi 25-50
– Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
-Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli
Müvafiq sahə üzrə ali təhsilli olması arzu olunandır
– e-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək bacarığı olana üstünlük veriləcəkdir. (Istehsal və satış və s.)
– Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
– Əmək qanunvericilyi üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@qocet.az və info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2019-cu ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergilər2019-cu ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

2019-cu ilin fevral ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş verginin ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübü üzrə bəyannaməni 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin fevral ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin fevral ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin mart ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2018-ci ilin yekunlarına görə

  • hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
  • fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi
2019-cu ilin aprel ayının 1-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

–  20.03.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 27.03.2019-cu il tarixə

–  20.04.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.04.2019-cu il tarixə

– 31.03.2019-cu tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 01.04.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.