» » » Kommersiya hüquqi şəxslərin online qeydiyyatı

Kommersiya hüquqi şəxslərin online qeydiyyatı

posted in: Xəbər | 0
birbank biznes

kommersiya onlineXidmətin adı: Kommersiya hüquqi şəxslərin online qeydiyyatı.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Gücləndirilmiş elektron imza

– yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 2.0.11, 2.0.12 və 5-1-ci maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Kommersiya hüquqi şəxslərin online qeydiyyatı elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer:

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

VN-ni Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti:

– sürətli elektron qeydiyyat zamanı dərhal

– adi elektron qeydiyyat zamanı 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə

– Kommersiya qurumunun dövlət reyestrindən çıxarış

– nizamnamə (e-qutuya  göndərilir)

Kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.