» » » Kreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu

Kreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu

posted in: Xəbər | 0
birbank biznes

Kreditlərin silinməsiKreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu.


1. Hazırda 10000 ABŞ dollarınadək xarici valyutada kredit borcu (faizlər və cərimə nəzərə alınmadan) olub devalvasiyanın təsirinə məruz qalmış vətəndaşlara (krediti vaxtında ödəyib-ödəməməsindən asılı olmayaraq) kreditin əsas məbləği 0.78 məzənnə ilə hesablanacaq, artıq hissəni dövlət ödəyəcək. Əvvəlcə ötən dövr üçün borcların 0.78 manatdan artıq hissəsi banklara ödəniləcək, növbəti illər üzrə ödənilməli olan hissə isə vətəndaşlara veriləcək. 0.78 manatadək olan hissəni isə vətəndaşlar ödəməli olacaq. Faizlər üzrə və dəbbə üzrə güzəştlər əlavə şəkildə müəyyənləşdiriləcək. Hər bir şəxs üzrə ödənilən vəsaitin ümumi həcmi 5000 dollaradək ola bilər.
2. 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə 10000 ABŞ dollarınadək və ya 17000 manatadək kredit borcu olan və kreditin ödənilməsini 360 gündən (1 il) çox gecikdirən vətəndaşlarla borcun qaytarılmasına köməklik etmək üçün illik 1 faizlik yeni kredit müqavilələri bağlanacaq.
3. Bu kreditlər üzrə faizlər və cərimələr silinəcək, məhkəmədə və icrada olan işlərə xitam veriləcəkdir.

Müəllif: Elnur Əliyev / Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.