» » » Əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli təsdiqləndi

Əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli təsdiqləndi

posted in: Xəbər | 0
birbank biznes

Vahid Tarif Cədvəli Tarif Cədvəli Əməyin ödənilməsiƏməyin ödənilməsi – Vahid Tarif Cədvəli təsdiqləndi


Bakı şəhəri, 28 fevral 2019-cu il

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid        Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının        tənzimlənməsi    və        “Dövlət          büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə       müəyyən               edilmiş   aylıq                    tarif        (vəzifə)     maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə

maaşlarının məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

  1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv
  2. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

                                                                                                                                                     

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral

tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA- nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin 

                                                                                        Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)
1 180
2 187
3 195
4 203
5 211
6 219
7 228
8 237
9 246
10 256
11 266
12 277
13 288
14 300
15 324
16 363
17 435
18 587
19 881

 

 

Aparatın rəhbəri                                          Xələf Xələfov

                                                                                                                                                    

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral

tarixli 68 nömrəli Qərarına 2 nömrəli əlavə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin
                                                                                        Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)
1 180
2 187
3 195
4 203
5 211
6 219
7 228
8 237
9 246
10 256
11 269
12 283
13 297
14 323
15 352
16 405
17 515
18 654
19 895

 

Aparatın rəhbəri                                                                                                                                                             Xələf Xələfov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.