» » » Roma imperiyasında vergi sistemi (1-ci hissə)

Roma imperiyasında vergi sistemi (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemiRoma imperiyasında vergi sistemi (1-ci hissə)

1-ci hissə

E.ə III əsrin əvvəlində yaşamış Roma tarixçisi Kassiy Dion Kokkean vergiləri bu şəkildə əsaslandırmışdı: “Ordunun saxlanılması üçün və digər dövlət xərclərinin ödənilməsi üçün zəruri olan vəsaitləri hardan əldə etməli? Bunu sizə izah edəcəyəm, amma, öncə qeyd etmək istərdim ki, hətta bizdə demokratiya olsaydı belə, bütün hallarda dövlət büdcəsindən ötrü yenə də pul lazım gələcəkdi.

Zira əsgərsiz dövlət mövcud ola bilməzdi, pul məsrəfləri olmadan isə biz ordu saxlaya bilməzdik. Beləliklə, vergilər heç də monarxiyanın fərqləndirici cizgiləri deyil, istənilən hakimiyyət forması vergilərin tutulmasını tələb edir. Biz sahibinə gəlir gətirən istənilən mülkiyyəti vergi yığımına cəlb etməliyik və bundan ötrü imperiyanın hər yerində vergiləri toplayacağıq. Axı, heç bir şəxs və heç bir yerin vergilərdən kənar qalmayacağı tamamilə ədalətlidir, nəticədə onların özləri də başqaları kimi vergi yığımı vasitəsilə dövlətin hər kəsə verdiyi faydalardan istifadə edirlər… ”

Romanın kiçik şəhər-dövlət olduğu zamanlarda onun ictimai xərcləri elə də böyük deyildi, seçilən magistratlar öz vəzifələrini qarşılığını almadan yerinə yetirirdilər. Tributum – hərbi məqsədlər üçün vergi isə qələbə qazanıldığı halda qənimət şəklində geri qaytarılırdı. Bu pul şəklində alınan müxtəlif növlü torpaq vergisi idi.

Vergi məbləğinin müəyyən olunması senz (census) adlanırdı və beş ildən bir seçilən xüsusi yüksək rütbəli məmurlar vasitəsilə həyata keçirilirdi. Onlar həm də vətəndaşlar və hərbi mükəlləfiyyətlilərin siyahısını hazırlayırdılar. Senzorlar adamları əmlak statuslarına görə siniflərə ayırırdılar.

E.ə 250-ci ildə bütün Orta İtaliya özünün çoxsaylı şəhərləri ilə Romaya məxsus idi. Bu isə Roma vergi sisteminin mürəkkəbləşməsinə gətirib çıxardı. Şəhər xəzinəsinə torpaq icarəsindən, rüsum və şəhərlilərdən tutulan digər kommunal vergi gəlirləri daxil olurdu. Bu vergilər və mükəlləfiyyətlər “numera” adlanırdı. Vergilərin təyinatı Romada olduğu kimi hər beş ildən bir müəyyən edilirdi. Bundan əlavə, sakinlər “tributum” adlandırılan dövlət vergisini ödəməyə də cəlb olunurdular.

E.ə. 168-ci ildə üçüncü makedoniya müharibəsi başa çatdıqdan sonra Roma bahalı qınimətlər əldə etdi və “tributum” uzun müddət üçün ləğv edildi.

Asılı dövlətlər və yeni ələ keçirilən əyalətlərdən daxil olan gəlirlər cari xərcləri tam şəkildə ödəyirdi. Bu səbəbdən Roma vətəndaşları torpaq vergisindən tamamilə azad edilmişdilər.

Roma tərəfindən işğal edilmiş dövlətlərdə, onun əyalətlərinə çevrilmiş yerlərdə orada hökm sürən vergi sistemi qorunub saxlanılmışdı, fərq onda idi ki, indi vergilər Roma xəzinəsinə daxil olurdu.  Yox, əgər əyalətə Roma qanunları şamil olunurdusa, belədə onun sakinləri roma vətəndaşlığı alır və torpaq vergisindən azad olunurdular.

Romanın inkişafının erkən çağlarında həmahəng inzibati sistem yox idi, əyalətlərdə dövlət maliyyə orqanları mövcud deyildi. Ona görə də vergi yığımına otkupçuları (publicani) cəlb edirdilər, bu isə korrupsiya və vəzifədən sui-istifadə hallarına gətirib çıxarırdı.

Daha sonralar, e.ə. I əsrdə imperator Oktavian Avqustun dövründə, əyalətlərdə vergi məbləğlərini müəyyən edən və onun toplanılmasına nəzarət edən maliyyə idarələri şəklində xəzinə filialları yaradıldı.

Əyalətlərin vergi imkanlarını dəyərləndirmək, vergi yükünü daha ədalətli bölüşdürülməsini və vergi yığımından daxil olmaların yüksədilməsi üçün əyalət senzləri müəyyən olunurdu. Bundan ötrü əyalətlərin xəritəsi tərtib olunur, şəhərlər, yollar, çaylar və torpaq sahələrinin yerləri dəqiqləşdirilirdi.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.