Qeyri-rezidentə bu xidmətlərin göstərilməsi ƏDV-yə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0
Qeyri-rezidentSual: Rezident müəssisə tərəfindən qeyri-rezidentə daxili bazarın araşdırılması üzrə xidmətlərin göstərilməsi ƏDV -yə cəlb edilirmi?
Cavab: Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlərin ixracı ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunur. Bazarın araşdırılması üzrə xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində nəzərdə tutulmamışdır. Buna əsasən bazar araşdırmasını həyata keçirən rezident müəssisənin fəaliyyəti həyata keçirdiyi yer Azərbaycan Respublikasının ərazisi olduğundan, bu xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV -yə cəlb edilir.

Müəllif: Dilqəm Göyüşov / Vergilər üzrə mütəxəssis


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 AZN məvaciblə Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: AGRICO MMC

Ümumi məlumat
  • Şəhər: Xırdalan
  • Yaş: 25-45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Kamran Məmmədov
  • Telefon: (012) 404-04-14
  • E-mail: he@agrico.az / info@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Bazar ertəsi – Cümə: 08:30-dan 17:30-dək
– Şənbə: 10:00-dan 16:00-dək
– İş yeri: Aşağı Güzdək qəsəbəsində yerləşir
– Şirkət 20 Yanvar metrosundan servislə təmin edir

Baş Mühasib üçün tələblər

– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu
– Ən azı 3-5 il iş təcrübəsi (istehsalat, satış)
– Müvafiq normativ-hüquqi sənədlər
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Həyatın yığım sığortası üçün ödənilən məbləğlərin gəlir vergisindən azad edilməsi

posted in: Vergi, Xəbər | 0

Həyatın yığım sığortası üçün ödənilən məbləğlərin gəlir vergisindən azad edilməsi.


Sual: Həyatın yığım sığortası üçün ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Bununla bağlı qanunvericilikdə hər hansı dəyişiklik varmı?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsi,102.1.8-ci maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 10 yerli şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0

ləğvAzərbaycanda 10 şirkət: 7 MMC, 2 Müəssisə və 1 kooperativ ləğv olundu.


“İNSTAR LODJİSTİKS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1303454391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi,ev 117 ünvanına bidirə bilərlər.


“AZERBAİJAN ENGİNEERİNG SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2002611131

Ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvana bildirə bilərlər.


“BEYNƏLXALQ TİCARƏT MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1500664901

“MKT İSTEHSALAT KOMMERSİYA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTƏ (VÖEN 9900008361) qoşularaq ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri. Heydər Əliyev prospekti 95 ünvanına bildirə bilərlər.


“GLC-GELİNCİK LABARATUAR CİHAZLARI” MƏHDUD  MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401775311

Ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim ev.2, məhəllə 534, mənzil 12 ünvana bildirə bilərlər.


“BAHAR” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 2000441871

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 27, mənzil 35 ünvana bildirə bilərlər.


“TANA-S” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 1300751191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518 məhəllə, ev 13, mənzil 23 ünvanına bildirə bilərlər.


“VENTURE CAPİTAL İNVESTMENTS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1003426081

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış Sahəsi ev 143, mənzil 25 ünvanına bildirə bilərlər.


“ZÜMRÜD” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1300210221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, A Salamzadə 593-cü məhəllə, ev 2 “D”, mənzil 79 ünvanına bildirə bilərlər.


“İNTELLİGENT SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1802562651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,  Sabunçu rayonu, Bakıxanov ŞTQ, Məmmədəli Şərifli, ev 16, məhəllə 2954 ünvanına bildirə bilərlər.


“OK TAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1902543701

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.