» » » Qeyri-rezidentə bu xidmətlərin göstərilməsi ƏDV-yə cəlb edilirmi?

Qeyri-rezidentə bu xidmətlərin göstərilməsi ƏDV-yə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0
Qeyri-rezidentSual: Rezident müəssisə tərəfindən qeyri-rezidentə daxili bazarın araşdırılması üzrə xidmətlərin göstərilməsi ƏDV -yə cəlb edilirmi?
Cavab: Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlərin ixracı ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunur. Bazarın araşdırılması üzrə xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində nəzərdə tutulmamışdır. Buna əsasən bazar araşdırmasını həyata keçirən rezident müəssisənin fəaliyyəti həyata keçirdiyi yer Azərbaycan Respublikasının ərazisi olduğundan, bu xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV -yə cəlb edilir.

Müəllif: Dilqəm Göyüşov / Vergilər üzrə mütəxəssis


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.