» » » Hansi sənədlər olduqda 102.2.5 maddəsinə əsasən vergi güzəşti əldə etmək olar?

Hansi sənədlər olduqda 102.2.5 maddəsinə əsasən vergi güzəşti əldə etmək olar?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Sual: Aşağıdakı sualıma aydınlıq gətirməyinizi xahiş edirəm:

Müəssisəmizdə çalışan işçi (1987 təvəllüdlü) atasının 1994 ildə Ağdam şəhərində çoxsaylı qəlpə yaralarından vəfat etdiyi haqda ölüm kağızı təqdim etmişdir. Azərbaycan Respublikasının VergiMəcəlləsinin güzəştləri haqqında 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının – maddəsi həmin işçiyə şamil oluna bilərmi?

Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan şəxs aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları; Doğum haqqında şəhadətnamə.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.