» » » Çexiya ilə bağlı maraqlı faktlar (3-cü hissə)

Çexiya ilə bağlı maraqlı faktlar (3-cü hissə)

posted in: Məqalə | 0
birbank biznes

Çexiya ilə bağlı maraqlı faktlar

3-cü hissə

  • Bu ölkədə “çex narı” adlandırılan qiymətli daş çox məşhurdur. Əfsanəyə görə, bu daş möcüzəvi xüsusiyyətlərə malikdir və öz sahibi üçün bir talisman rolunu oynayır.
  • Və əlbəttə ki, çex pivəsi dünyada ən dadlı pivələrdən hesab olunur. Çex pivə bişirənləri dünyada böyük uğur və nüfuza malikdirlər.
  • Bu ölkədə avtomobillə hərəkət etmək üçün, yəni pullu çex yollarında hərəkət etməkdən ötrü avtomobilin qabaq şüşəsinə yapışdırmaq üçün “vinyetka” (etiket-nakleyka) almaq lazımdır.  Bunsuz sizi böyük məbləğdə cərimə gözləyir.
  • Çexiya-da bütün qərb ölkələrində olduğu kimi “bir” rəqəmi üçün bizlərdə qəbul olunduğu kimi şəhadət barmağını deyil, böyük barmağı göstərmək qəbul edilib.
  • “Biabırçılıq” (pozor) sözü çexcə “Ehtiyatlı ol” kimi tərcümə olunur. İlk dəfələrdə bu sözlərlə yazılan nişanlar insanı gülümsəməyə məcbur etsə də, sonra buna bir növ vərdiş edirsən.
  • Praqa şəhəri Vltava çayı üzərində yerləşir.
  • Metroda getmək üçün avtomatdan bütün şəhər nəqliyyatında istifadə olunan universal bilet almaq lazımdır. Biletlər istifadəsinə görə vaxta görə fərqlənir. Avtomat biletlərdə gediş vaxtının başlanmasını özü qeyd edir.
  • Metro vaqonlarında nəzarətçilər olur, amma onlara çox az rast gəlmək mümkündür.
  • Köhnə evlərin damlarında peyk antennaları görə bilməzsiniz – qadağan olunub. Bu qədim şəhərin görkəmini pozur.
Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.