» » » Vahid Büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

Vahid Büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid Büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib


“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan  Respublikası  Prezidentinin  2018-ci  il  24   avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. 6.2.1-ci paraqraf üzrə:

Biznes hesabi

1.1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“ – işsiz şəxslərə ödənilən işsizlikdən sığorta ödənişləri, aktiv məşğulluq tədbirlərinin təşkili ilə bağlı xərclər və işsizliklə bağlı digər xərclər daxildir.”;

1.1.2. üçüncü və dördüncü abzaslar ləğv edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:
2.1. 271910-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;
2.2. 271911-ci yarımbənddə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

2.3. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;
2.4. 271917-ci yarımbənddə “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri
ilə əvəz edilsin;
2.5. 271918-ci yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
2.6. 271919-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
3.1. 270000-cı bölmənin birinci cümləsindən “işsizlərə” sözü çıxarılsın və həmin cümləyə “pensiyalar,” sözündən sonra “işsizlikdən sığorta vəsaitləri hesabına işsiz şəxslərə işsizlik sığorta ödənişləri,” sözləri əlavə edilsin;
3.2. 270000-cı bölmənin ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsiz şəxslərə işsizlikdən sığorta ödənişlərinin”
sözləri ilə əvəz edilsin;

3.3. 271900-cı paraqrafın ikinci cümləsində “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;
3.4. 271910-cu maddə üzrə:
3.4.1. birinci cümlədə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məşğulluq” sözündən əvvəl “aktiv” sözü əlavə edilsin;
3.4.2. ikinci cümlədə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə, “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “vətəndaşların” sözü “şəxslərin” sözü ilə və “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;
3.5. 271911-ci yarımbənddə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

3.6. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “işsizlər” sözü “işaxtaran və işsiz şəxslər” sözləri ilə əvəz edilsin;
3.7. 271914-cü yarımbənddə “vətəndaşlara” sözü “şəxslərə” sözü ilə əvəz edilsin;
3.8. 271915-ci yarımbənddə “işaxtaran və işsiz vətəndaşların” sözləri “işsiz şəxslərin” sözləri ilə əvəz edilsin;
3.9. 271916-cı yarımbənddən “boş iş yerləri haqqında məlumat bazasının və” sözləri çıxarılsın;

3.10. 271917-ci yarımbənddə “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “sığorta olunanların əməkhaqlarının” sözləri “sosial iş yerlərində işçilərin əməkhaqqının” sözləri ilə, “sığortaedənlərlə” sözü
“işəgötürənlərlə” sözü ilə əvəz edilsin;
3.11. 271918-ci yarımbənddə hər iki halda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
3.12. 271919-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin və “məşğulluq” sözündən əvvəl “aktiv” sözü əlavə edilsin.

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.