Lixtenşteyn knyazlığı haqqında bilmədiklərimiz
Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik. Beləliklə, bu dəfəki yazıda Lixtenşteyn knyazlığının vergi sistemindən söz açacağıq.
Lixtenşteyn knyazlığı İsveçrə və Avstriya arasında yerləşir. Ərazisi 160 kv.km, əhalisi 36 min nəfərə yaxındır.
Lixtenştyendə vergilər haqqında yeni qanun 2011-ci ilin yanvar ayından qüvvəyə minib. Yeni vergi qanunu daha sadələşdirilmiş və Avropa ölkələrinin vergi sistemləri ilə harmoniya yaradan bir vergi sistemidir.
Gəlir vergisi
Lixtenşteyn knyazlığında qeydiyyata alınmış bütün hüquqi şəxslər əldə etdikləri təmiz gəlirdən12,5% stavkası ilə vergi tutmaya cəlb olunurlar. Qeyd etmək lazımdır ki, illik ödənilən minimal vergi məbləğinin həcmi 1800 İsveçrə frankı təşkil edir.
Bu ölkədə kapitala görə və “kupon vergisi” adını almış vergilər ləğv edilib.
Vergi bazası müəyyənləşdirilərkən, aşağıda qeyd olunanlar artıq nəzərə alınmır:
- dividendlər;
- kapitaldan gəlirlər;
- Xaricdə istehsal fəaliyyəti göstərən bölmələrdən daxil olan gəlirlər;
- icarədən gələn gəlirlər;
- torpaq sahələrindən əldə olunan gəlirlər;
- miras hesabına əldə edilən kapital artımı, vəsiyyətnamə ilə keçən və bağışlanan əmlaka görə;
- investisiyalar, o cümlədən geri qaytarılmayan üzvlük haqları;
Bundan əlavə şəxsi kaptal məbləğinin azaldılmasına icazə verilir, hazırda bu yük 4% təşkil edir ki, onun sayəsində həm vergi bazası aşağı düşür, həm də faktiki ödənilən vergi məbləği azalır.
Modifikasiya edilən xalis dəyər aşağıdakı kimi hesablanır:
+ ödənilmiş nizamnamə kapitalı
+ rezervlər
-hüquqi şəxslərin iştirakçı payı
– xaricdə daşınmaz əmlak
-xaricdəki istehsal bölmələrinin mülkiyyəti
-müəssisənin zərurət duymadığı mülkiyyət
= modifikasiya edilən xalis dəyər
Şəxsi mülkiyyət strukturları
Şəxsi əmlakı idarə edən Lixtenşteyn şirkətlərinin modelinə əsasən, hüquqi şəxslərdən ötrü (istisnasız olaraq heç bir iqtisadi fəaliyyət göstərəməyənmülkiyyəti idarə edənlər üçün) xüsusi korporativ vergilərin yerinə, yeni vergi imtiyazları qəbul edilib.
Şirkət vergi idarəsinə ərizə ilə müraciət edərək “şəxsi mülkiyyət strukturu” statusunu ala bilər. Şəxsi mülkiyyət strukturu kimi tanınan şirkətlər il ərzində minimal məbləğdə (1800 İsveçrə frankı) gəlir vergsi ödəyirlər.
Trastlar
Lixtenşteyndə qeydə alınan və ya faktiki olaraq orada fəaliyyət göstərən trastlar il ərzində 1800 İsveçrə frankı məbləğində minimal gəlir vergisi ödəyirlər.
Bəs, bu kiçik knyazlıqda əməkhaqları hansı səviyyədədir? Beynəlxalq əmək təşkilatının məlumatına görə, Lixtenşteyndə orta aylıq əməkhaqqı məbləği 4090 ABŞ dolları təşkil edir. Əgər, bu obyektiv rəqəmdirsə, onda ölkə orta aylıq maaşlara görə dünyada birinci yeri tutur.
Lixtenşteyn knyazlığının rəsmi statistika idarəsi isə təsdiq edir ki, ölkədə orta aylıq əməkhaqqı 6315 İsveçrə frankı (1 İsveçrə frankı = 1,07 ABŞ dolları) təşkil edir. Çox yəqin ki, bu vergilər çıxılmamışdam öncə olan məbləğdir.