Xidmətin adı: Ticarət festivalları dövründə ƏDV – nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 24.0.7-2-ci və 165.4-cü maddələri
– AR Prezidentinin 20.02.2017-ci il tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”
– VN-nin Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası”
Xidmətin göstərildiyi yer
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri(BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Koordinasiya şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi: Ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları
İcra müddəti: – Qeydiyyat: 5 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– “Ticarət festivalları dövründə ƏDV – nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi
qeydiyyata alınması haqqında arayış”
Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb
Mənbə: taxes.gov.az
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.