Bagışlanan borc vergiyə cəlb edilir?
Sual:
99.3.5. maddəyə əsasən borcu bağışlanan şəxs 102.1.3. maddəni tətbiq edə bilər?
Cavab:
Bildiririk ki, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı hallar istisna olmaqla, digər hallarda bağışlanan borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur.
Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən təqvim ilində hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azad edildiyini nəzərə alaraq, təqvim ili ərzində bağışlanmış borcun 1000 manatdan artıq hissəsi vergiyə cəlb olunur. Əsas: Vergi Məcəlləsinin 13.2.4-cü, 99.3.5-ci və 102.1.3-cü maddələri.
Mənbə: taxes.gov.az